Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tramp-ın “müsəlman qadağanının” axırı nə olacaq? -“The Guardian” yazır

trampXeberinfo.com:  “The Guardian” yazır ki, ABŞ prezidenti Donald Trump-ın müsəlman qadağanına Amerika, Avropa və dünya boyunca etirazların ardınca ölkənin yeni administrasiyası bir tərəfdən prezidentin qərarını dəstəklədiyini və onun qüvvədə qalacağını bildirib, digər tərəfdən qadağanın yaratdığı problemin şişirdildiyini vurğulayıb.

Ağ Ev administrasiyasının başçısı Reinhold Richard Priebus NBC telekanalına müsahibəsində deyib ki, ötən şənbə Amerika Birləşmiş Ştatlarına 325 min nəfər səfər edib və onların yalnız 109-u hava limanlarında saxlanıb.

O bildirib ki, hətta bu adamların da əksəriyyəti sonradan sərhəd yoxlamasından keçirilərək ölkəyə buraxılıb.

Ağ Evin prezidentin ilkin sərəncamına bir qədər “dəqiqləşdirmələr” etdiyi də bildirilib. Priebus deyib ki, qadağan yaşıl kartı olanlara şamil edilməyəcək. Bununla belə, o əlavə edib ki, qadağan siyahısına düşməyən başqa ölkələrin vətəndaşlarına da giriş məhdudiyyəti qoyula bilər.

Lakin Amerika boyunca siyasətçilər və hüquqşünaslar prezident qadağanına güclü müqavimət nümayiş etdiriblər.

Şənbə gecəsi Brooklyn-də federal hakim Trump-ın müvəqqəti və ya qismən qadağanını dayandıran hökm verib.

Bunun ardınca Virginia və Massachusetts-dəki federal hakimlər də buna bənzər hökmlər çıxarıb.

Demokratlar bəyan ediblər ki, saxlananlara və etirazçılara lazımi dəstək veriləcək.

Konqresmen John Lewis Atlanta hava limanına yollanıb, New York meri Bill de Blasio CNN telekanalına deyib ki, prezidentin fərmanı Birləşmiş Ştatların Konstitusiyasına ziddir.

Priebus və prezidentin başqa bir müşaviri Kellyanne Conway israr ediblər ki, Trump-ın qadağanları ABŞ-ın daxili və xarici siyasətlərini pozmayıb.

Priebus NBC kanalına müsahibəsində hava limanlarında xaosun baş verdiyini inkar edib və deyib ki, administrasiyanın üzr istəməsi üçün heç bir səbəb görmür.

“The Guardian” yazır ki, bazar günü Fox News şəbəkəsinə müsahibəsində Conway sadəcə olaraq saxta məlumat verib və deyib ki, guya federal hakimlərin hökmləri fərmanının icrasını dayandıra bilməz.

Conway deyib ki, səfər edənlərin 1 faizinə görə bu qədər hay-küy salmağa dəyməz və bu, əslində ölkənin təhlükəsizliyi fövqündə çox kiçik bir bədəldir.

Məqalədə deyilir ki, hakim respublikaçıların beş-altı millət vəkili Trump-ın fərmanı ilə razılaşmadığını bildirib. Halbuki seçki kampaniyası zamanı Trump-ın müsəlman qadağanı barədə bəyanatlarına daha çox respublikaçı millət vəkili mənfi reaksiya vermişdi.

Şənbə günü Jeff Flake və Ben Sasse də daxil bir neçə respublikaçı millət vəkili fərmanının “qeyri-məqbul” və “həddən ziyadə geniş” olduğunu dilə gətiriblər.

Lakin bazar günü senatorlar John McCain və Lindsey Graham daha sərt tənqid səsləndiriblər. Onların verdiyi birgə bəyanatda deyilir ki, fərmanın üzərində “yaxşı işlənməyib”.

Onlar deyiblər ki, fərman yaşıl kart sahiblərinə şamil edilməməliydi və “biz bütün dünyadan olan və müsibətlərdən çıxmış qaçqınlara arxa çevirə bilmərik”.

Senatorlar bildirirlər ki, bu fərman terrorizmlə mübarizədə ABŞ-ın özünə ziyan gətirəcək bir aktdır.

CBS telekanalının Face the Nation verilişində danışan McCain əlavə edib ki, bu fərman bəzi yerlərdə İŞİD təbliğatına kömək etmiş olacaq.

Senatdakı respublikaçıların lideri Mitch McConnell deyib ki, onun Ağ Evin fərmanını nə tənqid, nə də müdafiə etmək niyyəti yoxdur.

Bununla belə, o “dini yoxlamalara” qarşı olduğunu deyib və bildirib ki, bu fərmanın legitimliyinə qiymət məhkəmələrdə verilməlidir.

Hazırda Trump-ın sərəncamının Konstitusiyanın verdiyi zəmanətləri pozduğu iddia edilir və bu iddialara məhkəmə qaydasında baxıldıqdan sonra onların leqallığı barədə nə isə demək mümkün olacaq.

Trump öz seçki kampaniyasının sonlarına yaxın, “müsəlmanlara qadağan” ifadəsindən “müsəlman” sözünü çıxarsa da, onun fərmanı birbaşa müsəlmanları dini zəmində hədəfləyir.

Washington-da prezidentin ən güclü dayaqları olan iki qüdrətli fiqur – vise-prezident Mike Pence və Nümayəndələr Palatasının spikeri Paul Ryan vaxtilə müsəlmanların ABŞ-a miqrasiyasına qadağan qoyulması çağırışını pisləyiblər.

Lakin cənab Ryan şənbə gecəsi bəyan edib ki, o fərmanı dəstəkləyir və onu dini təftiş hesab etmir.

Qadağan haqqında nə bilirik?

Çikaqoda prezident Trump aksiyaFotonun müəllifiSCOTT OLSON
Image captionÇikaqo və digər şəhərlətdə prezident Trump-ın sərəncamına qarşı nümayişlər keçirilib

“The Telegraph” qəzeti isə Donald Trump-ın sərəncamının və ya fərmanının ümumilikdə nə olduğunu izah edir.

Fərman və ya icra hakimiyyətinin sərəncamı nə deməkdir?

İcraçı orqanın sərəncamı ABŞ prezidentinin hökumət orqanlarına verdiyi rəsmi göstərişdir.

Cənab Trump-ın sözü gedən “müsəlman qadağası” sərəncamında əhalisi müsəlman olan 7 ölkənin vətəndaşlarına 90 gün müddətində ABŞ-a səfər etmək qadağan olunur.

Bu fərman həmçinin Birləşmiş Ştatların qaçqın sistemini 120 gün müddətinə dayandırır. Cənab Trump deyir ki, belə “sərt yoxlama” “radikal İslam terrorçularının ABŞ-a daxil olmalarının qarşısını alacaq”.

Fərman kimləri təsirləndirir?

Fərman əslində vətəndaşlarına ABŞ ərazisinə qadağan qoyulmuş ölkələrin adlarını çəkmir. Əvəzində fərmanda ABŞ qanunlarından birinə istinad edilir. Bu qanunda isə Suriya, İran, Sudan, Liviya, Somali, Yəmən və İraqın adları var.

Bəzi vizalar, o cümlədən diplomatik vizalar bu fərmandan istisnadır. Lakin bəzi xəbərlərə görə şənbə günü ABŞ ərazisinə buraxılmayanların arasında ABŞ-da yaşamağa hüquq verən yaşıl kartlı şəxlər də olub.

Buna baxmayaraq yaşıl kartlar barədə fərmanda birbaşa söz getmir. Maraqlısı budur ki, qadağan siyahısına daxil olan ölkələrin arasında Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Misir yoxdur, halbuki 11 sentyabr terror hücumlarını bu ölkələrin vətəndaşları törətmişdilər.

Fərman qaçqınları necə təsirləndirir?

Bu qadağan Birləşmiş Ştatların Suriya qaçqınları proqramını dayandırır. Bu proqramla ABŞ Suriyadan 2016-cı ildə 12 min 486 qaçqın qəbul edib.

Fərmanda habelə bildirilir ki, Yaxın Şərqdən qaçqınların qəbulu zamanı xristianlara müsəlmanlarla müqayisədə üstünlük veriləcək.

Fərman 2017-ci ildə ABŞ-ın qəbul etməli olduğu qaçqınların sayını 100 mindən 50 minə endirir.

İcra orqanının sərəncamı icra üçün icbaridirmi?

İcra qərarları hüquqi baxımdan icbaridir və Federal Reyestrdə qeyd olunur.

Lakin bu sərəncamlar barədə məhkəmələrə müraciət edilə və onlara baxıla bilər.

New York Times “müsəlman qadağanının” qanunsuz olduğunu yazır.

Qəzet yazır ki, 1965-ci il tarixli Miqrasiya və Vətəndaşlıq Qanunu miqrantlara qarşı onların milliyyətinə görə ayrı-seçkiçiliyi qadağan edir.

Sonra nə olacaq?

Qadağanın opponentləri bildiriblər ki, bu fərmana qarşı hüquqi müstəvidə mübarizə aparacaqlar.

Onlar habelə xristianlara müsəlmanlardan daha artıq güzəşt edilməsinin leqallığını sorğu-suala çəkəcəklər.

“Qara yumoru” olanların İQ göstəricisi yüksəkmiş?

“The İndependent” yazır ki, Cognitive Processing jurnalında dərc olunmuş elmi məqaləyə görə yeni araşdırma “qara yumor” və ya “qəddar yumor” hissi olanlarda aqressivlik və başqa hisslərin də olduğunu göstərir.

Vyana Tibb Universitetindən Ulrike Willinger-in rəhbərlik etdiyi alimlər qrupu orta yaşı 33 olan və 76-sı qadın olmaqla 156 nəfər arasında sorğu aparıb. Bu sorğu onların tanınmış alman karikaturaçısı Uli Stein-in qara yumorlu karikaturalarını necə qavradıqlarını və onlardan nə dərəcə zövq aldıqlarını müəyyən etməli idi.

Qara yumorun nümunələrindən biri belə idi: Bir qadın ərinin meyitinin kimliyini təsdiq etmək üçün morqa dəvət olunur. Qadın meyitə baxdıqdan sonra deyir: “Olmağına ərimdir. Amma siz onu hansı yuyucu tozla təmizləyib belə ağarda bilmisiniz?”

Eyni zamanda təcrübə iştirakçılarının intellektual səviyyəsi və ya İQ göstəricisi də öyrənilib.

“The British Psychological Society Research Digest” jurnalı yazır ki, araşdırma zamanı üç qrup müəyyən edilib. Maraqlıdır ki, qara yumordan ən çox “ləzzət alanların” intellektual səviyyəsi də yüksək olub.

Qara yumora ortabab və ya laqeyd yanaşanların isə İQ rəqəmi də ortabab çıxıb.

Və nəhayət bəlli olub ki, qara yumoru başa düşməyən və ya qəbul etməyən üçüncü qrupdakıların intellektual səviyyəsi xeyli aşağı imiş.

Digər bir tapıntı bundan ibarətdir ki, qara yumoru yüksək qiymətləndirən şəxslərin, həm də aqressivlik səviyyəsinin yüksəkliyi qeydə alınıb.

Hələ 1905-ci ildə Freud yazırdı ki, yumor çox zaman basqı altında olan seksual və aqressiv istəklərin boşalmasına kömək edir.

“The İndependent” yazır ki, bu sonuncu müddəa təsəlli ola bilər, çünki qara yumor çox ağıllı adamların aqressivliyini neytrallaşdırırmış.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam