Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

“Cəsədləri yığmaq üçün 2-3 min dollar ödəyirlər” –Orta Asiyadan olan miqrantlar Donbasda “işə” dəvət edilir

Yenixeber.org: Bu barədə “Azadlıq radisosu”nun Ukrayna bürosu məlumat yayıb.

Məlumatda deyilir ki, Orta Asiya respublikaları hökumətləri öz vətəndaşlarına sözügedən ərazilərdə işləməyi qadağan etsələr də, çoxları buna məhəl qoymur. Ukrayna hakimiyyəti isə bəyan edib ki, işğal olunan ərazilərdə Rusiyanın sifarişi ilə işləyən xarici ölkə vətəndaşlarına “işğalçıların əlaltıları” kimi baxacaqlar, bu isə konkret cinayət məsuliyyəti yaradır.

Xəbərdə qeyd olunur ki, miqrantlar işğal olunmuş ərazilərdə, məsələn Mariupolda əsasən tikinti işlərinə, Donetsk və Luqanskda isə səngər qazmağa, yaxud döyüş meydanında qalmış rusiyalı hərbçilərin cəsədlərinin toplanması və daşınması işinə cəlb olunurlar: “Bunun üçün onlara işin çətinliyi və təhlükəliliyi dərəcəsindən asılı olaraq, 2000-3300 ABŞ dolları aylıq əmək haqqı ödəyirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam