Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İran neft bazarını çökdürəcək

 

İranın Neft naziri Bijan Zanganeh, Tehranda Almaniyanın Baş nazirinin müavini Sigmar Qabriel ilə keçirdiyi birgə mətbuat konfransında gündəlik neft hasilatını mümkün olan ən qısa müddətdə gündəlik 4.7 milyon barrelə çıxarmağı planlaşdırıldığını deyib.
 
"Xeberinfo.com":   Məlumata görə, Zanganeh, həmçinin qaz hasilatının bu il gündəlik 120 milyon kub metr artırıldığını da qeyd edib.
 
Zanganeh, İranın yeni neft kontraktlarını Dekabr ayında Londonda keçiriləcək konfransda müzakirə ediləcəyini bildirib.
 
İran, İyun ayında gündəlik 2.85 milyon barrel neft hasil edib.
 
İRAN NEFT HASİLATINDA SÜRPRİZ EDƏ BİLƏR
 
Keçmişdəki örnəklərə baxılsa İranda sanksiyalar səbəbindən azalan neft hasilatının, hamının düşündüyündən daha sürətli şəkildə əvvəlki səviyyələrinə qayıda bilər.
 
Analitiklər və treyderlər, Tehranın sanksiyalar qalxdıqdan sonra 2012-dən əvvəlki hasilat səviyyələrinə çatması üçün ən azı bir ilə ehtiyacı olduğu mövzusunda həmfikirdilər.
 
Amma bəzi faktlar isə İran istehsalını daha tez müddətdə əvvəlki səviyyəyə qaytara biləcəyinə işarə edir. OPEC-n üzvləri Liviya və Venesuelanın gözləniləndən daha sürətli şəkildə neft hasilatını bərpa etməsi İrana nümunə ola bilər.
 
VENESUELA
 
2002-ci ildə "Petroleos de Venezuela" dövlət neft şirkətində tətil keçirilmişdi.
 
Tətil zamanı avadanlıqlara böyük ziyan vurulmasına və şirkətin minlərlə işçisini işdən çıxarmasına baxmayaraq, Latın Amerikası ölkəsi istehsalını dörd ay ərzində gündə 2 milyon barrelə qaldıra bilmişdi. O dövrdə Beynəlxalq Enerji Təşkilatı (IEA) hasilatın bərpasını "gözləniləndən daha kəskin" adlandırmışdı.
 
LİVİYA
 
İkinci örnək isə Müəmmər Qəddafinin hakimiyyətdən uzaqlaşdırılması ilə nəticələnən mülki müharibədən sonra Liviyada hasilatın bərpa edilməsidir.
 
Münaqişələr ərzində Liviyada istehsal tamamilə dayandı. Analitiklər, treyderlər və Liviyalı üsyançılar hasilatın gündə təxminən 1 milyon barrel səviyyəsinə çıxmasının 18 ay alacağını deyirdilər. Ancaq 6 ay ərzində istehsal əvvəlki səviyyəyə çatdı.
 
"Wood Mackenzie" və "Standard Chartered" də daxil olmaqla bir çox analitikin birgə qənaəti; İranın hazırda 2,8 milyon barrel səviyyəsində olan istehsal gücünü sanksiyalardan əvvəlki səviyyə olan gündəlik 3,8 milyon barrelə çıxara bilməsi üçün ən azı bir ilə ehtiyacı olduğu istiqamətindədir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam