Redaktor seçimi
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Günün xəbəri

Brent nefti 40 dollar ətrafında “dalğalanır”

Oilfields in Baku

 

Qlobal göstərici xarakterli Brent neftinin qiyməti, ABŞ-da qazılan quyuların sayındakı azalmanın və İranın neft hasilatını artırmaq planı üzrə yuxarı səviyyəni bəyan etməsilə əlaqədar olaraq 40 dollar ətrafında, itki və qazanc bölgələri arasında dalğalanır.
Xeberinfo.com:  Baker Hughes Inc.-ın məlumatlarına görə, ABŞ-da qazılan neft quyularının sayı 2009-cu ilin Dekabr ayından bu yana ən aşağı səviyyəsinə enib.
İranın neft naziri Bijan Namdar Zanganeh, İranın bazarı yenidən balanslaşdırmağa çalışan digər istehsalçı ölkələrə qatılmadan əvvəl, hasilatı gündəlik 4 milyon barrelə çıxarmağı planlaşdırdıqlarını deyib. Qısası İran, neft hasilatının dondurulmasına dair məsələdə digər dövlətlər ilə ölkədə hasilat səviyyəsi gündəlik 4 milyon barelə çatdıqdan sonra birləşə bilər.
Neft, son 12 ilin ən aşağı səviyyəsinə düşməsinin ardından, güclənən tələbat və ABŞ-da azalan hasilatın qlobal təklif artığını azaldacağı gözləntilərinin gücləndirməsinin dəstəyi ilə, builki itkisini geri alıb.
Analitiklər bildirirlər ki, İranın istehsalı bazarın gözlədiyindən daha sürətlə artarsa, qiymətlərdə aşağı istiqamətli risk var. Amma hazırda neft olduqca yaxşı bir yuxarı istiqamətli təkan götürüb.
Brent nefti Londonda ICE Futures Europe bazarında 11 sent yüksələrək 40.50 dollara çıxıb, WTI isə Nymex bazarında 7 sent düşərək 38.43 dollara geriləyib. /”Marja”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam