Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya ilə ABŞ kosmosu da bölüşdürdü

 

Rusiya üçün prioritet Ay, ABŞ üçün isə Marsdır

 

"Xeberinfo.com":    Rusiyanın federal kosmik agentliyi "Roskosmos"un rəhbəri İqor Komarov kosmosun araşdırılması haqqında maraqlı açıqlamalar verib. 
Ans press-in məlumatına görə, o, 14-15 il sonra Rusiyanın Ayı araşdırmaq üçün pilotlar göndərəcəyini deyib. Komarov kosmosun araşdırılması sahəsində ABŞ-la əməkdaşlığın mümkün olduğunu da bildirib.
"NASA üçün prioritet Marsdır. Biz isə ö növbəmizdə Ayı özümüzə prioritet seçmişik. Ona görə də biz iki ölkə olaraq bu proqram üzərində birgə işləyə və bir-birimizi əla tamamlaya bilərik", - deyə Roskosmosun rəhbəri qeyd edib. 
Onun sözlərinə görə, kosmik sahədə araşdırmalar Rusiya ilə ABŞ arasında əməkdaşlıq üçün əla örnək ola bilərdi. Çünki bunun siyasətlə heç bir əlaqəsi yoxdur. Onun fikrincə, "qlobal layihələri birlikdə reallaşdırmaq daha yaxşıdır". Çünki buna daha az investisiya xərclənsə də, hamı üçün daha çox fayda verir.
İqor Komarov Rusiyaya qarşı tətbiq edilən sanksiyaların Beynəlxalq Kosmik Stansiyanın işinə təsir etmədiyini də deyib. "Bununla belə, Rusiya birgə fəaliyyət göstərmək üçün BRİCS ölkələri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında da partnyor axtarır".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam