Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ÜÇÜNCÜ DÜNYA SAVAŞI OLMAYACAQ


 

 Bunu siyasətlə məşğul və hərbi ekspert olmayan mən deyirəm. Gəlin saytda gedən bir sıra mülahizələrə diqqət yetirək.

“Xeberinfo.com”: “Rusiyanın nüvə silahı ilə əzələ nümayiş etdirilməsinin təhlükəliliyi şişirdilib”...2014-cü ilin 1 oktyabr tarixinə olan məlumatına görə ABŞ-ın 1642, Rusiyanın isə 1643 strateji döyüş başlıqlı geniş mənzilli nüvə raketləri var.

Geniş mənzilli ballistik raket (GMBR), sualtı qayıqlarda yerləşdirilən ballistik raket və strateji bombardmançıların sayı ABŞ-da 794, Rusiyada isə 528 ədəddir. Beləliklə nüvə başlıqlarının miqdarına görə hər iki ölkə arasında balans mövcuddur, lakin nüvə silahlarının daşınma sayında ABŞ əhəmiyyətli üstünlüyə malikdir...

Qeyd edək ki, indiyədək heç bir ABŞ generalı nüvə arsenalı məsələsində Rusiya ilə yerlərini dəyişmək istədiyini dilə gətirməyib” (The National internest).

“Xəbərinfo.com” (26.03.2015-ci il): Rusiya Dövlət Dumasının deputatı Roman Xudyakov deyib; ABŞ Avropanı Rusiya ilə müharibəyə çəkə bilməz, çünki avropalılar bu müharibəyə qadir deyil-orada döyüşməyə adam yoxdur. Geridə isə Ukrayna qalır.

Bizim ölkənin siyasi rəhbərliyi heç vaxt düyməyə birinci əl atmaz. Bizdə nüvə düyməsini ancaq o zaman basacaqlar ki, Rusiyaya tərəf raket buraxılaçaq”.

“Xəbərinfo.com” (27..03.2015-ci il): “Dünya savaşı başlayır” yazısında qeyd eilir: Amerikalı ekspert Stiven Koen ABŞ-la Rusiya müharibəsinə lap az qaldığını bildirir. O, deyir: Əgər Qərb indiki formada Kiyevə dəstək göstərməyə davam edəcəksə, biz Rusiya ilə müharibənin başlanğıcını görəcəyik... Sanksiya məsələsində Avropa vahid mövqedə deyil. Avropalılar Rusiya ilə ticarət etmək istəyirlər. Onlar Ukraynanı Krımın itirilməsi ilə barışmağa çağırırlar. Onlar Ukraynanı NATO-nun  üzvü kimi görmək istəmirlər və anlayırlar ki, Ukraynanın Avropa İttifaqına qəbul olunması üçün hələ çox vavt keçməlidir”.

Xatırladaq ki, S.Koen dünyada tanınmış “sovetoloq”dur,müasir Rusiya üzrə politoloq və mütəxəssisdir. Amerikada  SSRİ və Rusiya barəsində strategiya hazırlanan zaman ekspert kimi onun fikri Ağ ev tərəfindən həmişə nəzərə alınıb”.

İndi isə dünya savaşının olub olmayacağı haqqında obyektiv faktlara söykənib öz düşündüklərimi demək istəyirəm. Hal hazırda hərbi güc mərkəzləri şərqdə Çin Xalq Respublikası, qərbdə ABŞ və onların arasındakı Rusiya Federasiyası hesab olunur. ABŞ və Rusiya Federasiyası okean sularının altında, Yer kürəsinin səthində və kosmosda da vuruşurlar. Həmin bu iki hərbi güclərin son illərdə ağılli işləri o olub ki, yeraltında nüvə sınaqlarını dayandırıblar. Kosmosada müəyyən tədqiqatların az bir hissəsində əlbir işləsələr də yer səthində bir birilərinə düşmən kəsiliblər.

İkinci dünya savaşından sonra hər iki dövlət Koreyada, Vyetnamda, Kubada,Yuqoslaviyada, İraqda üz-üzə gəlsələr də müharibə baş verməmişdir. ABŞ İrandan və Əfqanistandan qovulması ilə barışmışdır. ABŞ-ın ən böyük səhvi ondadır ki, terrorcuların (məsələn İŞİD)əməllərinə göz yummaqla,  müasir döyüş silahlarının onların əllərinə keçirilməsinə şərait yaratmaqla Yer kürəsinə sahib olmağa calışır. ”ABŞ MKİ yalnız kəşfiyyat deyil, həm də dünya siyasətinə güc yolu ilə təzyiq alətidir. Bu təşkilat təxribatlarla, qətllərlə, rejimlərin məhvi ilə məşğul olur”,-deyə general Reşentnikov vurğulayıb  (“Xeberinfo.com” 28.03.2015-ci il).Rusiya isə ABŞ-la barışa bilmir.

Müharibənin nə olduğunu amerikalılar deyil, ruslar və avropalılar, xüsusiylə almanlar yaxşı bilirlər. Rusiyasız avropalılar yaşaya bilməzlər. Ona görə ki, avropalılar ən məhsuldar  texnologiyalara sahib olsalar da, emal etməyə xammalları yoxdur, və onlar xammal sarıdan Rusiyaya möhtacdırlar. Xammal da Rusiyada tükənməzdir.

Rusiyaya arxalanan ermənilər artıq  yüz ildən çoxdur ki, Bakıda, Şamaxıda, Göycayda, Gəncədə, Qubada, Qarabağda azərbaycanlılara qarşı amansız qətlimanlar həyata keciribdir. Qərb politoloqları Rusiya üçün gürcüstanı vasitə, ermınistanı alət, Azərbaycanı isə mükafat hesab etsələr də ermənistanı Rusiya üçün unitaz  bilsələr daha yararlı inventar olardı.

İndi isə separatçılar vasitəsilə Ukraynada altı  mindən çox insan öldürülmış, milyon nəfərdən çox vətəndaşlar yurd-yuvalarından  qaçqın salınmışlar. Bəli, Ukraynada ikinci Qarabağ qətlimanı həyata kecirilir.

Putinin ən böyük səhvi ondadır ki, mümkün olmayan keçmiş imperiyanı bərpa etmək üçün millətləri bir-birinin üstünə salışdırib, milli qırğınlar törədir, millətlər arasında düşmənçilik yaradır. Milli məsələni kifayət qədər öyrənmədən çoxmillətli dövləti də idarə etmək mümkün deyil.

ABŞ müdafiə xərclərini indən sonra (585.4 milyard dollar x2)=1.170 triliyon dollara qədər artırsa belə Rusiya Federasiyasına güc gələ bilməyəcək, iqtisadi və maliyyə sanksiyaları da bir nəticə verməyəcək. Ancaq çox millətli dövlət olan RF-nı sarsıdan milli məsələnin həllində kobud səhvlərə yol verilməsi olacaq.   

ABŞ-nın Rusiya ilə Ukraynada üz-üzə gəlməsinə dair əksər politoloqların, siyasətçilərin verdikləri bəyanətlar və qiymətlər qıcıqlandırıcı və qızışdırıcı xarakter daşıyır.

Ukrayna ətrafında baş verən bu indiki kəskin ziddiyətlər Yer kürəsini kosmosda orbitindən çıxara bilən müharibəyə gətirib çıxara  bilər.

Nəhayət, son sözümü demək istəyirəm.Üçüncü dünya savaşı baş verə bilərmi? Tək bir HAL istisna olmaqla heç bir dövlət başçısının, generalın əliylə dünya savaşı baş verməyəcək. Yaxşılar və pislər də - obamalar və putinlər də, generallar da yaşamaq istəyirlər.

Qeyd etdiyim HAL nədir?Həmin HALı gənclik illərimdə hansısa mətbuatda gözlərimlə oxumuşam. Keçmiş İttifaqın qərb tərəfində nüvə başlıqsız istiqamətlənmiş daşıyıcı raket birdən avtomatik qaydada necə olursa işə düşür (belə bir hal qırıcı hərbi təyyarədə də baş vermiş, yəni təyyarə təyyarəçi  tərəfindən idarə olunması mümkünsüzləşmişdi). Artıq onun dayandırılması mümkün olmur. Səlahiyyətli hərbi şəxs başqa bir raketi işə salıb uçan raketi vurub məhv edir. Bax indiki məqamda nüvə başlıqlı bir daşıyıcı raket hər hansı səbəbdən işə düşərsə şübhəsiz ki, müharibə baş verər və Yer kürəsi kosmosda külə dönə bilər...

Mən əminəm ki, sağlam zəka müharibə təhlükəsinə qalib gələcək.

 

 

Quliyev Elxan Sarı o.             


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam