Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Ötən il hərbi sahədə 19 korrupsiya halı aşkarlanıb

 

Ötən il hərbi hissələrdə və hərbi şəhərciklərdə 9,7 milyon manat dəyərində əsaslı tikinti işləri yerinə yetirilib

 

 

Yenixeber.org: Bu, Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. 

Sənəddə qeyd olunub ki, 3 hərbi hissənin 1 zabit yeməkxanasının tikintisi başa çatdırılaraq istismara verilib. Bundan başqa, zabitlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 123 mənzildən ibarət 6 ədəd yaşayış binası tikilib. Hazırda 1 hərbi şəhərciyin, 1 hərbi hissə və sursat anbarlarının, 1 hərbi hissənin, 1 yanacaq-sürtkü materialları bazasının, 2 ədəd avtomobil saxlancının, 10 post-qaravul məntəqəsinin və 2 ədəd silah-sursat anbarının tikintisi davam etdirilir. 

Hesabata əsasən, 1 yeni şəhərciyin və 1 hərbi hospital kompleksinin tikintisinin başlanmasına hazırlıq işləri aparılır. Gəncə və Naxçıvan şəhərlərində, Ələt qəsəbəsində ən müasir tələblərə uyğun yeni hərbi hospitalların, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin tikintisi aparılır. 

Bildirilib ki, 2017-ci ilin iyununda Azərbaycan Prezidentinin iştirakı ilə Şirvan şəhərində 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodlarının açılış mərasimi keçirilib. Yaxın zamanlarda daha 2 zavodun - artilleriya və tank topları üçün müxtəlif çaplı mərmilərin isti ştamplanması və mexaniki emalı və həmin mərmilərin atəş yığımlarının gilizlərinin istehsalı zavodlarının açılışı nəzərdə tutulur.

Hesabat dövründə korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş vətəndaş müraciətləri əsasında aparılan araşdırmalar nəticəsində təsdiqini tapan 19 hal üzrə materiallar hüquq mühafizə orqanlarına verilib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam