Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

ANAMA: 3 ədəd partlamamış hərbi sursat aşkar olunub

Azərbaycanın cəbhəboyu rayonlarında 3 ədəd partlamamış hərbi sursat aşkar olunub.

Xeberinfo.com:   Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.

 

Tərtər rayonu

Cəmilli kəndi - 1 əkin sahəsi və 7 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 8 000 kv. m ərazi yoxlanılıb.

Şıxarx kəndi - 2 ev və həyətyanı sahə, 5 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (100 mm-lik OF-412 top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 11 000 kv. m ərazi yoxlanılıb.

 

Ağdam rayonu

Əfətli kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 1 500 kv. m ərazi yoxlanılıb. (FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Qaradağlı kəndi - 1 ev və həyətyanı sahədə 1 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarı ilə 1 000 kv. m ərazi yoxlanılıb.

Horadiz şəhəri - 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi) aşkar edilərək işarələnib və zəruri təhlükəsizlik tədbirləri görülüb, nəticə etibarı ilə 1 760 kv. m ərazi yoxlanılıb. Aşkar olunmuş sursatın partlayış yolu ilə zərərsizləşdirilməsi növbəti gün yerinə yetiriləcək. (DİN-in "102" Xidməti-Zəng mərkəzi sisteminin məlumatı)

15 İyun tarixində 3 ev və həyətyanı sahə, 3 əkin sahəsi, 17 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat (1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, 1 ədəd 100 mm-lik OF-412 top mərmisi və 1 ədəd 152 mm-lik top mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 23 260 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 15 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 605 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 531 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam