Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Bank binasında 120 ədəd patron aşkarlandı -Tərtərdə

 

Yenixeber.org:  Bu gün ANAMA agentlik tərəfindən Tərtər şəhərində aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında məlumat yayıb.
 Elman Hüseynov küçəsi 9 ünvanında yerləşən Kapital bankın binasının zirzəmisinə baxış keçirilib, 120 ədəd 5.45 çaplı patron aşkar edilərək götürülüb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 03 aprel 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Qazax, Yevlax, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 7 otlaq sahəsinə, 6 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 159 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilmiş, 5 123 ədəd partlamamış hərbi sursat, 74 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 1 330 105 kv.m ərazi (477 818 kv.m əl ilə, 363 000 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 376 287 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam