Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Budurmu regionlardakı inkişaf?

                 

 

"Xeberinfo.com":  Son  vaxtlar  TV  kanallarında  Bakı  ətrafı  kəndlərdə  və  əksər  rayonlarda  yolların  bərbad  olması, məktəblərin, xəstəxanaların   heç  olmaması  və  olub  istifadəyə  yararsızlığı, elektrik  dirəklərinin  çürüyüb  sıradan  çıxması, kasıb  camaatın  əyrü- üyrü   dirəklərlə  naqilləri  evlərinə  aparması, işməyə  suyun  tapılmaması... barədə   kadırlar  göstərilir.  Göstərilən  kadırlara  və  bu  kadırlara  verilən  şərhləri  dinləyəndə  adamın  əli  üzündə  qalır, matı- qutu  quruyur. Ölkədə  sürətli  inkişafın  olduğunu  yüksək  kürsülərdən  barbar  bağıran  hakimiyyət  nümayəndələrinin  nə  qədər  yalan  danışdığı  ortaya  çıxır. Əl  boyda ölkədə  bu  qədər  nöqsanın  olduğu  adamda  heyrət  və  təəccüb  doğrur.    

   Qoy  dəyərli  oxucular  bilsin  ki,mənim  də  doğulduğum  kəndi  də  nəzərə  alsaq  ölkədə  yüzlərlə  kənd  var  ki, orada  elektrik  dirəkləri  keçən  əsrin  60-cı illərində  basdırılıb. Aradan  yarım  əsrdən  çox  vaxt  keçməsinə  baxmayaraq, hələ  də  dirəklər  dəyişdirilməyib, naqillər  əvəzlənməyib. Çox  yerdə  kasıb  camaat  öz  gücünə  çürümüş  dirəkləri, sınmış  naqilləri  dəyişdiriblər  ki, bu  da  standartlara  cavab  vermədiyindən, hər  an  təhlükə  törədir.

  Çox  maraqlıdır  ki, regionların  inkişafı  ancaq  rayon  mərkəzlərində  hiss   olunur, o  da  küllü  miqdarda  pul  vəsaiti  hesabına. Hətta  iş  o  yerə  çatır  ki, hesablanıb  ayrılmış  pul  çatmır  və  yenidən  prezident  öz  hesabından  əlavə  olaraq  bir  neçə  milyon  manat  yarımçıq  işin  başa  çatdırılması  üçün  vəsait ayrır.

   Müstəqilliyimizdən  xeyli  vaxt   keçib, bu  vaxtda  gözə  dəyən, bizi  sevindirən  işlərimiz  heç  də  az  deyil. Bunu  görməmək, dəyərləndirməmək  ən  azından insafsızlıq, ədalətsizlik  olardı. Amma  bəzi  sahələrdə  işin  tempini  aşağı  salmaq, onu  keyfiyyətsiz  görmək, lazımsız   işlərə  daha   çox  pul  xərcləmək, qaçanı  qovmamaq   adamda  narazılıq  yaradır. Adi  bir  misal:  Uzn  illərdir  ki, Dünya  bankının  dəstəyi  ilə  Bakı- Tbilisi  İpək  yolunun  yenidən  qurulması  aparılır. Mən  də  bu  yolla  illərdi  ki, kəndimizə  gedib  gəlirəm. Hər  dəfə  də  yolun  müəyyən  hissəsinin  sökülüb  yenidən  qurulduğunu  və  təmirini  görürəm. Axı  bunu  qabaqcadan  eləmək  mümkün  deyildimi?  Fikir  vermisiniz, ya  yox,bilmirəm.Amma  mən  nəzər  salmışam. çox  yerdə  piyada  keçidləri  qoyulmayıb.piyadalar  cəhənnəm, heç  heyvanların  keçməsi   üçün  də  bir  iş  görməyiblər.Dəfələrlə  TV-lər  heyvanların  yolu  keçəndə  maşınlar  tərəfindən  tələf  olmasını  göstəriblər.Görəsən  yolun  lahiyəsini  verənlər  bu  vacib  məsələləri  unudub, yoxsa  icraçılar?

    Bu  gün  ölkədə  elə  vecsiz  sahələrə  pul  xərcləyirlər  ki, adam  qalır  çaşbaş. Axı  bu  pulla  suyu  olmayan  kəndlərə   su, yolu  bərbad  olan  yerlərə  rahat  yollar  çəkmək  olar. Bu  qədər  varı, dövləti  olan  bir  ölkənin  də  uşaqları  uçuq-sökük, isdiliyi  olmayan  məktəblərdə  oxuyarmı?!  Təbii  ki, yox.Bəs  onda  niyə  bu  noqsanlar  baş  alıb  gedir, niyə  sadə  xalq  problemlər  içində  yaşayır? Ona  görə  ki, əksər  məmurlar  ancaq  özlərinin  ciblərini  fikirləşir, kimdənsə  qorxusu  olmur.Qorxuda  olmayan  yerdə  əliəyrilik, məsuiliyyətsizlik  labütdür.

 

 

 Məhərrəm  Şəmkirli          


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam