Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

D vitamini koronavirusa yoluxma riskini azaldır? – Alimlərdən ARAŞDIRMA


ABŞ alimlərinin araşdırması nəticəsində D vitamini əskikliyinin COVID-19-a yoluxma riskini artırdığı məlum olub. 
Yenixeber.org: Bu barədə ABŞ-ın İllinoys ştatında yerləşən “Northwestern” universitetinin bir qrup tədqiqatçısı araşdırma aparıb. Araşdırmaya görə, D vitamini çatışmazlığı ölüm hallarının artmasına səbəb ola bilər. 
Eyni zamanda İtaliya, İspaniya və İngiltərə kimi ölkələrdə koronavirusdan ölüm hallarında D vitamini səviyyəsinin aşağı olduğu aşkarlanıb. 
"Təhlilimiz göstərir ki, D vitamini COVID-19-a yoluxma riskinin qarşısını almasa da, kifayət qədər D vitamini olan xəstələrin ölüm nisbəti yarıya enəcək və fəsadları azaldacaq" - deyə, tədqiqat qrupunun rəhbəri Vadim Bekman bildirib.               

Bakman qeyd edib ki, COVID-19-a qarşı həssas olan afro-amerikalılar və vitamin çatışmazlığı olan yaşlı xəstələr üçün əlavə olaraq müalicə zamanı D vitamini əlavələrindən istifadə edilə bilər.
Lakin insanları virusa qarşı D vitaminini qəbul etməyə səsləmək tez olar, çünki vitamin lazımi dozada qəbul edilmədiyi təqdirdə bunun əks təsiri ola bilər. Son nəticə üçün araşdırmalar dərinləşdirilməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam