Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Adı korrupsiya qalmaqallarında hallananlar vəzifə pillələrində niyə yüksəlirlər?

 

Cavid Qurbanovun yeni vəzifəyə təyinatı kifayət qədər ciddi müzakirə mövzusu açıb; İqtidar köhnə sistemi niyə dəyişmək istəmir?

Natiq Miri: “ABŞ-la qarşıdurmada Rusiya məğlub olsa və güclü Ukrayna meydana çıxsa...”
"Xeberinfo.com":  Məlumata görə, son dövrlərdə Azərbaycanda adı korrupsiyaya bulaşan iri dövlət məmurlarının yeni vəzifələrə təyinat almaları ölkə gündəminin əsas mövzularından birinə çevrilib. Son olaraq, bu ayın 10-da Cavid Qurbanovun “Azeryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunması buna misaldır.
Qeyd edək ki, indiyə qədər Cavid Qurbanovun adı dəfələrlə korrupsiya qalmaqallarında hallanıb. Amma göründüyü kimi, ona yenidən etimad göstərildi. 
Əvvəllər Azərbaycan hakimiyyəti adı korrupsiyada hallanan məmurları həbsə atdırırdısa, indi bunun tam əksini edir. 2005-ci ildə sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin səs-küylü həbsləri bunu deməyə əsas verir. 
Ekspertlər hesab edirlər ki, bununla iqtidar köhnə sistemi dəyişmək istəmədiyini biruzə verir. Bu, bir növ kadr dəyişikliyi olarsa, qurulacaq yeni sistemə inamsızlıqdan irəli gəlir. 
Politoloq Natiq Miri bütün bunların alternativ sistemin olmamasından irəli gəldiyi qənaətindədir: “Əslində bu Azərbaycanda olan korrupsioner-oliqarx sistemin tərkib hissələridir. İnsanlarla birgə yaradılan sistemdir. Bu sistemin alternativinin ortalığa qoyulmasını və bu istiqamətdə institutlaşmış səviyyədə konkret təkliflərin olduğunu heç kəs bilmir. Yəni alternativ olaraq, başqa istiqamətdə islahatların aparılmasını görmürük. Hiss olunur ki, hakimiyyət bu sistemin dəyişməsinə hazır deyil. Hazır olmadığı üçün də bu sistemi dağıtmaq istəmir. Çünki sistemə daxil olan korrupsioner məmurlar bir-birlərinə zəncirvari bağlıdırlar. Zəncirin birinin həlqəsinin qopması, həlqənin bütövlükdə çözülməsinə səbəb olar ki, bu da gələcəkdə sistem üçün təhlükələr yaradar. Ona görə də, yalnız hakimiyyət daxilində müəyyən dəyişiklər olur. Bir məmur digəri ilə əvəzlənir, yaxud işdən çıxarılmadan başqa vəzifəyə təyinat alır. Toplananların yalnız yeri dəyişir. Bütövlükdə nəticə dəyişmir. Bu sistemin aradan qaldırılması istiqamətində heç bir addım atılmır. Və hakimiyyətin özü sanki bunu istəmir. Əslində Qərbin tələbləri bu yöndədir. Belə görünür ki, hələlik hakimiyyət mövcud sistemlə getmək istəyir”.
Natiq Miri ölkəmizdəki sistemin dəyişməsində Ukrayna hadisələrinin nəticələrinin mühüm rol oynadığını da qeyd etdi: “İqtidar ABŞ-Rusiya qarşıdurmasında qonşu dövlətin gələcək taleyinin necə olacağının aydınlaşmasını gözləyir. Əgər Rusiya qarşıdurmadan məğlub çıxarsa, demokratik ölkə olaraq, güclü Ukrayna yaranarsa, o zaman postsovet ölkələri də buna uyğun dəyişəcəklər. Ancaq bu gün bütün bunlar baş vermədiyindən Azərbaycan hələ də gözləmə mövqeyindədir. Və sadəcə, müəyyən yerdəyişmələrlə gününü keçirir. Ortada ciddi islahatlar yoxdur. Hesab edirəm ki, Rusiya məsələsi həll olmayana qədər ciddi islahatlar olmayacaq”.
Politoloq “korrupsiyaya qarşı mübarizə” məsələsinə də toxundu: “Korrupsiyaya qarşı mübarizə” əslində kiçik məmurları ehtiva edir. Bu ittihamla həbs olunan məmurlar sistemin bəlaları olaraq, ortaya çıxıblar. Onlar özbaşına deyillər. İpi dartmış olsalar, ucları çox uzaqlara gedər. Təəssüf ki, bu ipi dartmaq istəyənlər yoxdur. Görüntü xarakterli müəyyən həbslər baş verir. Korrupsiyaya qarşı dövlət proqramı və iradə yoxdur. Bu sistemi dəyişmək yolunda siyasi qərar verildiyi təqdirdə, bunu asan şəkildə etmək mümkün olar. Bununla bağlı qurum yaradılacaq və həmin korrupsioner məmurlar bu sistemdən keçiriləcək. Hazırda Azərbaycanda belə sistem yoxdur. Çünki buna siyasi iradə yoxdur. Ola bilsin ki, bu, gələcəkdə olacaq”.
Politoloq “hakimiyyətin yerdəyişmələr planı oturuşmuş sistemə olan inamdan irəli gələ bilərmi” sualına belə cavab verdi: “Müəyyən təzyiqlər olmasa, hakimiyyətə indiki şərait sərf edir. Məhz bu sistemlə toplumu idarə edirlər. Kimsənin səsi çıxmır. Müxalifət tamamilə bir küncə sıxışdırılıb, zəiflədilib. Mütləq hakim bu sistemdir. Qərbin təzyiqi altında sistem dəyişəcəksə, təbii ki, müəyyən risk faktorları olacaq. Çünki bunu dəyişmək elə də asan olmayacaq. Böyük kapitala sahib insanları özbaşına buraxmaq olarmı? Bu insanların özü hakimiyyət üçün təhlükələr yaradacaqlar. Böyük kapitalla məşğul olan insanları özbaşına buraxmaq çox çətindir. Çünki onlar kapitallarını siyasi yöndə də xərcləyə bilərlər. Hakimiyyət bunu çox gözəl bilir. Ona görə də, bu şəxslərdən sistemin tərkibində istifadə edir. Onlar da müəyyən mənada, hakimiyyətin təhlükəsizliyinə təminat verirlər. Ancaq gələcəkdə bu, belə olmaya da bilər”.(musavat.com)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam