Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

“Azəryolservis”in taleyi necə olacaq?

 

“Azəryolservis” ASC-ni ləğv edib, Nəqliyyat Nazirliyinin tərkibində həmin sahəni idarə edə biləcək şöbə yaratmaq mümkündür”.  

"Xeberinfo.com":  Məlumata görə, bunu Axar.az-a açıqlamasında yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Prezident İlham Əliyevin sərəncamı ilə ötən gün “Azəryolservis” rəhbəri Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-yə sədr təyin edildikdən sonra sözügedən quruma rəhbər təyinatı aparılmamasının səbəbi barədə ehtimalını bölüşərkən deyib. O, sözügedən qurumun Nəqliyyat Nazirliyinə birləşdirilməsinin mümkün olduğunu, lakin əsas məsələnin idarəetmənin effektivliyinə söykəndiyini bildirib:   “Azəryolservis” ASC-ni ləğv etmək elə də böyük iş deyil. Məsələ ondadır ki, cəmiyyət şəbəkələşmiş geniş strukturdur və regionlar üzrə yol tikinti idarələri var. O idarələri və ştatları ləğv etmək olmaz. Çünki daima yollara nəzarət etmək lazımdır. Strukturlaşmada əsas məsələ maliyyələşdirilmə yox, həmçinin idarəetmənin effektivliyidir. “Azəryolservis” ASC-ni ləğv edib, Nəqliyyat Nazirliyinin tərkibində həmin sahəni idarə edə biləcək şöbə yaratmaq olar. Lakin bu da büdcəyə çox gəlir gətirməyəcək. Bu məsələdə əsas hədəf yolların standartlara uyğun olmasıdır, lakin bunu hələlik görmürük”.   Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Cavid Qurbanovu “Azəryolservis” ASC-nin sədri vəzifəsindən azad edərək, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib. “Azəryolservis” ASC-yə sədr təyin edilməməsi isə bu qurumun Nəqliyyat Nazirliyinə birləşdirəcəyi barədə ehtimallara yol açıb.   Xatırladaq ki, fevralın 5-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi də idarəetmənin effektivliyini artırmaq və büdcəyə qənaət məqsədilə həyata keçirilən struktur islahatı kimi dəyərləndirilir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam