Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Koronavirus sentyabrdan yayılmağa başlayıb - İDDİA

Yeni növ koronavirusun (SARS-CoV-2) yayılması dekabrda deyil, sentyabrda başlamış ola bilər.

Yenixeber.org: Bu qənaətə Kembric Universitetinin araşdırmaçıları gəliblər.

Araşdırmada bildirilib ki, koronavirusun yayılmağa başlaması ötən ilin sentyabrında Uhandan cənubda gerçəkləşmiş ola bilər.

Virusun kökünü araşdıran alimlər onun yayılmağa başladığı tarixin 13 sentyabr – 7 dekabr arası olduğunu iddia ediblər.

Alimlər bunu genlərin mutasiya yolu ilə orqanizmlərin qlobal hərəkətini xəritələyən riyazi alqoritm olan filogenetik şəbəkədən istifadə edərək təhlil ediblər.

“Virus insandan insana ötürülə bilmə xüsusiyyətini son mutasiyasından bir neçə ay öncə əldə etmiş ola bilər, ancaq başqasına keçmədən bir neçə ay bir heyvan və ya insanın içində olub. Sonra isə 13 sentyabr – 7 dekabr aralığında insanlararası yayılmağa başlayıb”, - Kembric Universitetinin genetika üzrə mütəxəssisi Piter Forster açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam