Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ebolanın dərmanı -koronavirusun da qarşısını ala bilər?

 

ABŞ-da alimlər təcrübə altında olan makakaları koronavirusun ağır formalarından qoruya biliblər.

Yenixeber.org: Eksperimentin nəticələri “bioRxiv”də dərc edilib.

Bildirilib ki, amerikalı alimlər buna meymuna Ebola ilə mübarizədə istifadə edilən remdesivir preparatı vurmaq vasitəsilə nail olublar.

Araşdırmaçılara görə, bu, heyvanlar üzərində aparılan təcrübədə təsdiqini tapan və SARS-CoV-2-yə təsir edən ilk preparatdır.

“Müalicə zamanı remdesiviri bacardıqca tez vurmaq lazımdır”, - araşdırmanın müəllifləri vurğulayırlar.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 094 000-i ötüb. Bunların 520 946 nəfəri sağalıb, 135 569 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam