Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Koronavirusun "vətənində" karantin rejimi ləğv edildi

 

Koronavirusun ilk yayılmağa başladığı yer olan Çinin Hubey vilayətinin Uhan şəhərində 76 gündür davam edən karantin rejimi aradan qaldırılıb.

Yenixeber.org: Yerli hökumət 11 milyon əhalisi olan Uhan sakinlərinin icazə almadan şəhərə çıxa biləcəklərini açıqlayıb.

Beləliklə, 11 həftəlik karantindən sonra ilk dəfə küçəyə çıxmaq sərbəst olub.

Aprelin 8-dən başlayaraq qatarlar sərnişinləri daşımağa başlayıb.

Rəsmi məlumata görə, Çində pandemiya nəzarət altına alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 434 000-i ötüb. Bunların 302 964 nəfəri sağalıb, 82 191 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam