Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

İstanbulda ölü tapılan keçmiş İngiltərə hərbçisi James Le Mesurier kimdir?-ARAŞDIRMA

 

 Fotonun müəllifi: JAMES LE MESURİER/TWİTTER

Yenixeber.org: Suriyada humantar yardım işləri aparan, ancaq "Suriya höküməti əleyhinə təbliğat aparır" tənqidi ilə üzləşən "Ağ Dəbilqəlilər" hərəkatının dəstəkçisi James Mesurier-in İstanbulda meyiti tapılıb.

"Ağ Dəbilqəlilər"in işçilərindən biri BBC Türkçəyə Le Mesurier-in meyidinin İstanbulun Karaköy ərazisində "Mayday Rescue Fondu"-nun ofisi yaxınlığında küçədə tapıldığını deyib.

O, "Mayday Rescue Fondu"-nun təsisçisi olub. Təşkilatın ən əhəmiyyətli layihəsi, əsasən, Suriyaya humanitar yardım göstərən "Ağ Dəbilqəlilər"dir.

Fondun işçisi İstanbuldakı ofisdə Le Mesurier-ə məxsus otağın olduğunu deyib.

İstanbul Valiliyi Le Mesurier-nin ölümü ilə bağlı araşdırma aparmağa başladığını açıqlayıb.

                                             Le Mesurier kimdir?

İngiltərə vətəndaşı Le Mesurier İngiltərə ordusunun keçmiş hərbçisi, kəşfiyyatçısı olub.

O, 2014-cü ildə "Mayday Rescue Fondu"-nu qurub və fondun məqsədinin "münaqişə və təbii fəlakət bölgələrində təcili yardım xidməti" olaraq göstərilib.

Fond Livan və Moqadişuda bəzi layihələrlə yanaşı Suriyayla əlaqəli fəaliyyət həyata keçirib.

Fond Suriyadakı layihələrə görə 2015-ci ildə İstanbulda ofis açıb. "Mayday Rescue Fondu"-nun rəhbərliyini Le Mesurier həyata keçirib.

"Mayday Rescue Fondu"-nun saytında fonda maddi yardım edən ölkə və qurumların adları göstərilib: Birləşmiş Millətlər Təşkilatı, Danimarka, Almaniya, Hollandiya, İngiltərə, ABŞ və Kanada hökümətləri, Qətər İnkişaf Fondu və çoxlu xeyriyyəçi.

İngiltərə Kraliçası II Elizabeth 2016-cı ildə "Suriyadakı mülki müdafiə və mülki şəxslərin qorunması ilə bağlı gördüyü işlərə görə" Le Mesurier-ə cəngavərlik adı ilə təltif edib.

Keçən həftə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova Le Mesurier-in keçmiş MI6 (İngiltərə Gizli Kəşfiyyat Xidməti-SİS) agenti olduğunu, uzun illər Balkanlar və Orta Şərqdə xidmət etdiyini iddia edib.

Zakharova Le Mesurier-nin Kosovada xidmət etdiyi dövrdə "terror təşkilatlarıyla" əlaqələrinin olduğunun bildirildiyini irəli sürüb.

Le Mesurier-in cəsədi İstanbulda "Mayday Rescue" fondunun ofisinin yaxınlığında tapılıbFotonun müəllifi: REUTERS
Le Mesurier-in cəsədi İstanbulda "Mayday Rescue" fondunun ofisinin yaxınlığında tapılıb

                                                "Ağ Dəbilqəlilər" kimdir?

"Mayday Rescue Fondu"-nun saytında ən böyük proqram olaraq Suriyadakı "Ağ Dəbilqəlilər" qrupunun dəstəklənməsi gəstərilib.

"Ağ Dəbilqəlilər"-in saytında Suriya üzrə mülki, təcili yardım qruplarının 2013-cü ildə qurulmağa başlandığı, 2014-cü ildə bunların birləşərək "Ağ Dəbilqəliləri" yaratdığı və qrupun demokratik olaraq seçilən idarə heyəti olduğu bildirilib.

Qrup xeyli Qərb ölkələrində humanitar yardım tərəfiylə gözə çarpıb və dəstəklənib.

2016-cı ildə redaksiyamıza danışan "Ağ dəbilqəlilər" yetkililəri deyiblər ki, "bəlkə də öləcəklərini bilə-bilə insanların köməyinə gedirlər".

Qrup 2016-cl ildə Nobel mükafatına alternativ göstərilən Right Livelihood mükafatını alanlar arasında olub.

Amma qrupu tənqid edənlər də var.

"Ağ dəbilqəlilər" Suriyada humanitar yardım göstərirFotonun müəllifi: GETTY IMAGES
"Ağ dəbilqəlilər" Suriyada humanitar yardım göstərir

                                     "Propoqanda edir" tənqidi

Qrupu tənqid edənlərin ön sırasında Suriya hakimiyyəti və onun Rusiya kimi müttəfiqləri gəlir.

Bu tənqidlərin əsasında qrupun "humanitar yardım adı altında Suriyada hökümət əleyhinə təbliğat aparır" iddiası yer tutur.

Əleyhdarları iddia edirlər ki, qrup "humanitar yardım adı altında Suriya hakimiyyətinə qarşı təbliğat" aparırlar.

Qrup Suriya hakimiyyətinin kimyəvi silahlardan istidafədə ittiham edib, amma Suriya və onun müttəfiqləri bu iddiaları əsassız sayıb, bəzi videoları

Təşkilat fəaliyyətinin siyasi olmadığını bildirib. rəsmi Dəməşqi və Rusiya başda olmaqla onun müttəfiqlərini daim mülki obyektlərin bombardman edilməsində və kimyəvi silahdan istifadədə ittiham edir.

Rusiya XİN isə öz növbəsində Ağ Dəbilqəliləri dağıntı və kimyəvi silahdan istifadəni səhnələşdirməkdə, saxtakarlıqda və terrorçularla əlaqədə ittiham edir.

Qrupun Suriyada çəkildiyi iddia edilən bəzi videolarının həqiqəti əks etdirmədiyi bildirilib.

Suriyada kimyəvi silahın istifadə edilməsi və Ümran adlı azyaşlı oğlanın təcili tibbi yardım maşınında çəkiən videoları bu saxta videolardan olduğu iddia olunub.

2018-ci ildə İsrail qrupun üzvlərini Golan Təpələri bölgəsindən təxliyyə edib ordan İordaniyaya yola saldığını elan etmişdi.

İsrail ordusu "Ağ Dəbilqəlilərin" təxliyyə edilməsinin ABŞ və Avropa dövlətlərinin xahişi ilə yerinə yetirdiyini açıqlayıb.

Bu addımla qrupun İsrail dövləti ilə yaxın əlaqələri olduğu barədə iddiaları gündəmə gətirib.(BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam