Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycan bayrağında İslam rəmzi niyə aşağıdadır? -Gözlənilməyən izah…


Deyin görək, hansı binanın təməli, bünövrəsi aşağıda yox, yuxarıdadır?..

Yenixeber.org: Bəzən üçrəngli müqəddəs  bayrağımıza baxan istər müsəlman, istər qeyri-müsəlman vətəndaş, soydaşlarımız, yaxud əcnəbi qonaqlarımızın beynində belə bir sual yaranır ki, Azərbaycan müsəlman dövlətidirsə, nədən onun dövlət bayrağında İslam rəmzi olan yaşıl rəng aşağıdadır. Xüsusən özlərini hamıdan çox müsəlman sayan bəzi qardaş-bacılar buna hiddətlənirlər ki, deməli, bu dövlət üçün türkçülük, çağdaşlıq, müasirlik, yaxud qərbçilik, avropaçılıq İslamdan, müsəlmanlıqdan, Allaha bağlılıqdan üstündür, yuxarıda dayanır... Hətta güney müsəlman qonşumuzun Bakıda, yaxud öz ölkələrində, xaricdə təşkil etdiyi tədbirlərində bilərəkdən Azərbaycan bayrağı elə qoyulur ki, yaşıl rəng yuxarıda olsun... Bu məsələ üstündə dəfələrlə aramızda incikliklər yaranır...

Qardaşlar, bacılar, dindaşlar, soydaşlar, bu, tamamilə yanlış bir düşüncədir. Əvvəla, Allah qatında yuxarı-aşağı anlayışı yoxdur.  Yaradanı göydə arayan inanclılar da yanılırlar. Allah hər yerdədir... Eləcə də onu sevən qəlbimiz, ona bağlı olan ruhumuz... Deyə bilərikmi, qəlbimiz, ruhumuz başımızdan aşağıdadır, yoxsa yuxarıda?.. Allah sevgisi, Ona təslimçiliyimiz də - İslam da qəlbimizdədir, ruhumuzdadır. Və qəlbimizin, ruhumuzun məkanca harada yerləşməsindən asılı olmayaraq o, bütün cismimizin fövqündə dayanır...
Məsələnin sırf üçölçülü dünya sistemindən yanaşdıqda da məntiqi izahı var. Deyin, görək Yer üzündə tikilmiş və ya tikilməkdə olan hansı binanın bünövrəsi aşağıda yox, yuxarıdadır? Fiziki dünya qanunları baxımından belə bir bina tikmək mümkündürmü?.. 1918-ci ildə Azərbaycanın növbəti  müstəqil dövlətini quran babalarımız da, çox güman ki, onları və bizləri İslam fundamentalizmində günahlandırmağa bəhanə axtaracaq Qərbin anlamayacağı bu məntiqi nəzərə almışlar. Və İslam rəmzi olan yaşıl rəngi aşağıda qoymaqla hər şeyin, o cümlədən türkçülüyün də fundamentində, bünövrəsində, təməlində məhz Allah sevgisinin, ona təslimçiliyin- müsəlmanlığın dayandığını, İslama bağlılıq olmadan bir dövlət binasının uçacağını göstərmişlər...  Üstəlik, bayrağın tən ortasında - müasirlik- qərbçilik rəmzinin- qırmızı rəngin üzərində İslamdan da öncə türklərin daşıdığı, sonradan müsəlman dövlətlərinə də sirayət edən aypara və ulduz rəmzlərini yerləşdirməklə  müsəlmanlıq və türklüyün vəhdət təşkil etdiyini, bu ikisi olmadan çağdaşlığın, inkişafınn mümkün olmadığını və olmayacağını demək istəmişlər...
Odur ki, deyilənləri yaxşı düşünək və  müstərih olaq və qəlbimizdə öncə Allah sevgisini qoruyaq ki, ona dayanan xalqımız, dövlətimiz, bayrağımız da bu cahan durduqca var olsun!
Bayraq günümüz mübarək olsun!..

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam