Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İslahatların ilginc səbəbi: - Hökumət istiqaməti dəyişib, avropalılar Bakıya gəlir...

İslahatların ilginc səbəbi:

“Vergilər Nazirliyinin və Əmlak Komitəsinin İqtisadiyyat Nazirliyinə birləşdirilmsinin bir anlamı ola bilər - qarşıdan genişmiqyaslı özəlləşdirmə gəlir”.

Yenixeber.org: Bu sözləri ekspert Erkin Qədirli deyib. Onun fikrincə, dövlət mülkiyyətində olan bəzi sahələr (müəssisələr) xarici investorlara satılacaq.
İddia edib ki, Azərbaycan hökuməti Avropanın nüfuzlu şirkətlərini, iş adamların ölkəyə investisiya yatırmalarına nail olmaq istəyir: “Bu ilin yaz aylarında ziyalılarla görüşdə İlham Əliyevin gözlənilmədən “məhkəmə islahatlarına ciddi ehtiyac var” deməsi təsadüfi deyildi.

Prezident bunu niyə incəsənət və s. sahələrin adamlarıyla görüşdə desin ki? Məsələ görüş iştirakçılarında deyil, zamanlamada idi.
Prezidentin o sözləri deməsindən bir neçə həftə sonra Birinci vitse-Prezident Fransaya rəsmi səfər etdi.

Səfərdə onunla bir neçə nazir və başqa yüksək rütbəli şəxslər oldu. Fransanın Baş nazirilə danışıqlar, ardınca hökumətlərarası anlaşmalar imzalandı. Rotşildlə görüş oldu. Rotşild sonra Bakıya da gəldi, burada da danışıqlar apardı. Fransızların ölkəmizin maliyyə, nəqliyyat (özəlliklə dəmir yolu) və energetika sahələrinə çoxdan maraq göstərdiklərini bir neçə dəfə yazmışam. Görünür, işlər sürətlənir, anlaşmaya gəlinib”.

Politoloq deyib ki, məhkəmə islahatı, hər şeydən öncə, xarici ivestorlara hesablanıb:
“Ardınca Prezident əmək müqavilələri, tibbi sığorta, eləcə də sağlam əmək bazarının yaranması üçün başqa önəmli məsələlərdən danışdı. Bu günlərdə İsveçrənin investorları ölkəmizə gəlib. Onların da, başqa sahələrlə yanaşı, maliyyə sistemimizə marağı az deyil. Ola bilsin yaxın gələcəkdə ölkəmizə böyük xarici banklardan hansınısa, ya da bir neçəsini buraxdılar.

Bu siyasətin yürüdülməsini Maliyyə Nazirliyinə tapşırmaq olmazdı (onun görəvləri başqadır), İqtisadiyyat Nazirliyinin bundan öncəki durumu isə bu işlərin görülməsi üçün yetərli deyildi. İndiki halında (vergilər və əmlak görəvlərilə birlikdə) bu nazirlik daha yetkilidir”. (BakuPost)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam