Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“8-ci kilometr” bazarında ürəkbulandıran mənzərə

 

Bakının ən böyük ticarət mərkəzlərindən biri olan “8-ci kilometr” bazarında ərzaq məhsullarının satıldığı hissədə antisanitariya baş alıb gedir.

"Xeberinfo.com":  Məlumata görə, xüsusən də ət və balıq məhsullarının satıldığı piştaxtaların arası ilə keçmək mümkün deyil. İstər səliqəsiz şəkildə düzülmüş, üstü örtülməmiş ətlərin görüntüsü, istərsə də piştaxtaların ətrafına atılan zir-zibil ürəkbulandıran görüntü yaradır.

Xüsusən də bazarın bayır hissəsində, əhalinin gediş-gəlişinin çox olduğu yerdə asfaltın üzərinə qoyulan karton qutuların içərisində satılan balıqlar onlardan istifadə edən insanların sağlamlığı haqqında narahatlığa əsas verir. Bayırda satış həyata keçirən satıcılar onlara bazarda yer verilmədiyini əsas gətirsələr də bu durum alıcıların bir çoxunun narazılığına səbəb oldu.

56 yaşlı alıcı Sevil Həsənova bildirdi ki, bu antisanitar vəziyyət müxtəlif xəstəliklərin mənbəyidir: “Təəssüf olsun ki, insanların bəziləri savadsızlıqdan, bəziləri isə imkansızlıqdan bu məhsulları alırlar, ancaq bu birbaşa xəstəlik deməkdir”.

Musavat.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da təsdiqlədi ki, “8-ci kilometr” biabırçı bir vəziyyət hökm sürür, xüsusilə də balıq satışı problemli vəziyyətdədir: “Çox təəssüf ki, baytarlıq idarəsi orada qayda-qanun yaradıldığını iddia edir. Ancaq daim bu bazardan şikayətlər gəlir...

Bazarlar Azərbaycanda istehlakçıların hüquqlarının ən çox pozulduğu, xəstəliklərin ən intensiv yayıla bildiyi yerlərdir. Bu sahədə qayda-qanunun yaradılmasına hələ ki, nail olunmayıb, alıcılar bir çox hallarda aldadılır. Məhsulların təhlükəsizliyi təmin olunmayıb. Səhər erkən saatlarda bazara girsək görərik ki, ağzı açılmamış şorabalara möhür vurulub, minlərlə cəmdəyin üstünə guya baytar nəzarətindən keçdiyinə dair möhür vurulub. Guya ki, baytarlar səhərə qədər yatmayıb müayinə aparıb. Ət məhsullarında qətiyyən bruselyoz xəstəliklərinin yoxlanması aparılmır. Laboratoriyaların adı var, ancaq özü yoxdur. Satıcılardan pul yığılmaqla hər cür qanunsuzluğa göz yumulur”.

 

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam