Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Beyləqanda qanunsuz balıq ovunu və satışını kimlər himayə edir?

 

Tural Aslanlı: "Rayonun mərkəzi bazarında qanunsuz balıq satışı artıq əhalinin sağlamlığı üçün ciddi təhlükə mənbəyinə çevrilib"

"Xeberinfo.com":  Məlumata görə, jurnalist qanunsuz balıq satışı ilə bağlı Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevə və rayon polis rəisi Füzuli Şıxəliyevə müraciət edib:
"Ölkədə son illər bazarlarda satılan mənşəyi bilinməyən qanunsuz ovlanan balıq satışı ilə bağlı dəfələrlə mətbu orqanlarda yazılar dərc edilməsinə baxmayraq hələki bu problem yerində qalmaqda davam edir. Yaşadığım Beyləqan rayonundada hər il eyni adamlar eyni şəxslər məhz mənşəyi bilinməyən qanunsuz ovlanan yaxud başqa rayonlarda çirkli sularda yetişdirilən balıqları satmaqla məşğuldurlar. Apardığım araşdırmadan belə qənaətə gəldim ki, Beyləqan şəhərinin mərkəzi bazarında və kəndlərdə maşınla qapı-qapı satılan balıq məhsulları həqiqətən vətəndaşlarımız üçün təhlükə mənbəyidir. Çünki kənar rayonlardakı mənşəyi bəlli olmayan gölməçələrədən tutularaq gətirilən bu balıq məhsulları gələcəkdə insan orqanizimində ciddi xəstəliklərin yaranmasına gətirib çıxarda bilər. Nədənsə Beyləqan rayonunda qanunsuz balıq satışı ilə məşğul olan şəxslərə qarşı heç bir aidiyyatı orqan tədbir görmür. 
Halbuki Gigeniya və Epidemiologiya Mərkəzinin, həmçinin Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rayondakı şöbələri mərkəzi bazarda və kəndlərdə avtomobil arxasında satılan balıq məhsulları ilə maraqlanmalıdırlar. Qanuna görə adını çəkdiyimiz bu qurumlar bazarlarda satılan ət məhsullarının yoxlamalı və standartlara cavab verib vermədiyi barədə rəy, akt tərtib etməlidirlər. Məsələnin başqa tərəfi isə Beyləqan şəhər bazarında və küçələrdə satılan balıq məhsullarının bir çoxu qanunsuz ov məhsullarıdır. Yəni balıq satanlar həmdə  qanunsuz balıq ovu ilə (brokonyerliklə) məşğul olurlar. Qanunsuz balıq ovu ilə  (Brokonyer) məşğul olmağa görə isə Azərbaycan Cinayət Məcəlləsində bir neçə maddə (256, 257, 258) mövcuddur. 
Ancaq nədənsə Beyləqan polisi, Təbiətin mühafizəsi idarəsi  və aidiyyatı orqanlar qanunsuz balıq ovu və satışı ilə məşğul olanlara göz yumurlar. Dəfələrlə rayon ərazisindən keçən Qarabağ, Xan Qızı kanallarında, Boz Qovu deyilən ərazidə və bir çox drenlərdə elektrik cəryanı ilə kütləvi balıq ov həyata keçirilib. Elektrik cəryanı ilə tutulan yüz kilolarla balıqlar isə həmişəki kimi Beyləqan bazarında və rayon küçələrində vətəndaşlara “təzə balıq” adı ilə satılıb, bu gündə satılır. 
Apardığımız arşdırmalarda oda məlum oldu ki, Beyləqan bazarında qanunsuz balıq satışı ilə bağlı Gigeniya və Epidemiologiya Mərkəzi rayon şöbəsinin və hüquq mühafizə orqanlarında işləyən bəzi şəxslərin xəbərləri var. Hətta onlar bu işlərlə məşğul olan şəxslərdən arada “hörmətdə” görürlər. Ancaq əminəm ki, Beyləqan Polis İdarəsinin rəisi hörmətli Füzuli Şıxəliyev bu məsələdən xəbərsizidr. Məhz buna görədə Beyləqan Polis İdarəsinin rəisi Füzuli Şıxəliyev və rayon icra başçısı Vaqif Abdullayev cənablarına müraciət edərək rayonun mərkəzi bazarında, küçələrində satılan qanunsuz balıq satışının qarşısının alınmasını xahiş edirəm. Çünki bir vətəndaş kimi, rayonda satılan mənşəyi bilinməyən zərərli, xəstəlik mənbəyi olan balıqlar gələcyimiz üçün ciddi problemdir. İnanıram ki, Beyləqan rayon hüquq mühafizə orqanları və aidiyyatı qurumlar bu məsələ ilə bağlı ciddi şəkildə tədbir görəcəklər". 
Pia.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam