Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bakını qurama “Dron Oyunları”na cəlb etmənin məqsədi nədir? – PATRUŞEVİN SƏFƏRİ VƏ AZƏRBAYCANI PİS VƏZİYYƏTDƏ QOYAN İSRAİL

Əziz Rzazadə

“Strateq.az”, 11.09.2019

 

Yenixeber.org:   Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya gəlişinin min cür yozumu arasında yalnız birinə üstünlük verirəm: “Azərbaycankı bazalarından havalanan İsrail dronları”. Həm də Patruşevin Bakıdan əvvəl İrəvanda olması da, məıncə, bu ehtimala söykəncdir. Çünki 2016-cı ilin aprel döyüşlərində dronların istifadəsi Ermənistanda ciddi təşviş və etiraz doğurub.

Rəsmi məlumatdan görünür ki, Rusiya Təhlükəsizlik Şurasının katibi prezident İlham Əliyevlə görüşdə kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, terror, ekstremizm və digər məsələlərlə yanaşı, dövlətlərarası əməkdaşlığın mühüm aspektlərini də müzakirə edib. O cümlədən Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi.

Birbaşa dəyim, “Game of Thrones” (“Taxt-tac Oyunları”) serialına bənzər olaraq, Azərbaycanın “Game of Drones” (“Dron Oyunları”) cəlb edilməsinin məqsədli və düşülmüş olması qənaətindəyəm. Bu fikrə gəlmənin əsaslarını göstərə bilərəm.

Ardıcıllığı gözləyərək, “Azərbaycankı bazalarından havalanan İsrail dronları” barədə ilk açıqlamanın kimdən gəldiyini xatırladım.

Avqustun 21-də İraqdakı Xalq Səfərbərlik Birləşmələrinin (XSB) rəhbərlərindən biri – Əbumehdi əl-Mühəndis son bir ayda “Haşdi-Şəabi”nin silah anbarlarına zərər verən sirli partlayışlarda İsraili təqsirkar sayıb və həmlələrin Azərbaycan vasitəsilə İraqa istiqamət almış 4 İsrail dronu ilə gerçəkləşdirildiyini bildiribİddianı “Haşdi-Şəabi”nin digər funksionerləri dəstəkləməyiblər.

Azərbaycanın Müdafiə Nazirliyi ittihamı təkzib edib. İraqla ümumi sərhədlərin yoxluğu təkzibin ən güclü dəlillərindən biridir. Çünki İsrail dronlarının Azərbaycandan havalandığı təqdirdə, onların İraq səmasına girişi yalnız qonşu İran və ya Türkiyə ərazisindən ola bilərdi. Bu halda, həmin ölkələrin hava hücumundan müdafiə sistemləri gözlərini yummalı idi.

“Haşdi-Şəabi” hələ də hücumların başlanğıc coğrafiyası barədə qəti qərar verməkdə tərəddüd edir.

Bu arada, Azərbaycan KİV-lərinin nəzərindən yayınmış bir məlumatı da xatırlatmağa ehtiyac var: sonrakı bəyanatların birində dronların “Suriya dümokratik qüvvələri”nin nəzarət etdiyi ərazidən havalanması da iddia olunub.

Eyni zamanda, YouTube-da mühacirətdə olduğu aydınlaşan Şeyx Tohid İbrahimbəyli adlı bir azərbaycanlı din xadiminin “İsrail Azərbaycanı pis vəziyyətdə qoydu. Ciddi xəbərdarlıq. “Həşduş-Şəabi”qırmızı xətdir – intiqam” adlı bir video yayılıb.

Maraqlı olan İsrailin bu ittihamlara susqun qalmasıdır. Amma xatırladım, İraqdakı partlayışlardan əvvəl Suriyadakı hədəflərə zərbə endirildikdə, “The Jerusalem Post” həmlələrin “ABŞ-ın xeyir-duası və Rusiyanın razılığı ilə” həyata keçirildiyini yazmışdı.

“The New York Times”-da “İrana zərbə endirmənin gizli tarixçəsi” adlı irihəcmli araşdırmanın dərcindən sonra İsrail dronları ilə bağlı hay-küy daha da qızışıb.

“Obama İsrailin qəfil zərbə ehtimalını ciddi qəbul edib. Amerikanın casus peykləri İsrail dronlarının Azərbaycandakı bazalarından çıxaraq İran sərhədi üzərindən cənuba uçuşunun müşahidəsini aparıb. Dronlar İran nüvə obyektlərinin geniş şəkillərini çəkib və İranın hava hücumundan müdafiə sisteminin müdaxiləni aşkarlayıb-aşkarlamadığını araşdırıb. Amerika hərbi liderləri, israillilərin Ay işığının daha gur və ya zəif olduğu və ya ilin qum fırtınalarının az və ya çox olduğu vaxtını seçə bilib-bilməyəcəkləri ilə əlaqədar təxminlər ediblər.

Hərbi planlaşdırıcılar Tehranın İsrail zərbəsinə necə cavab verəcəyini və bunun qarşılığında Amerikanın necə cavab verməli olduğunu proqnozlaşdırmaq üçün müharibə oyunları keçiriblər: hər hansı bir hücuma görə ABŞ-dan xeyir-dua alındığı zənnində İran Yaxın Şərqdəki Amerika hərbi qüvvələrinə həmləni ağlından keçirəcəkmi?

Nəticələr acınacaqlı olub: İsrailin zərbələri İranın nüvə proqramına yalnız zəif təsir edəcək və ABŞ Yaxın Şərqdə daha bir müharibəyə məruz qalacaq.

Ağ Ev sonda ABŞ-ın əvvəlcədən həmlə aksiyasına qoşulmayacağı barədə qərar qəbul edib. İsrail belə bir həmləyə başlasa, Pentaqon əməliyyata kömək etməyəcək, amma İsrailin də yolunu kəsməyəcəkdi”.

Azərbaycan Xarici İşlər Nazirliyinin təkzib etdiyi bu iddia ilk dəfə ABŞ-ın “Atlantic” nəşrində irəli sürülüb. Dəqiq vaxt göstərilməsə də, tarixin 2010-cu ilə uyğun gəldiyi söylənilir.

Yeri gəlmişkən, İsrail tərəfi bu və digər iddialarla bağlı sussa da, İran tərəfi təpki verib. 2019-cu ilin martında Ərdəbil şəhərinin imam-cüməsi Seyyid Həsən Amili deyib: “Hətta Azərbaycan Respublikasının Lənkəran şəhərindən sionist rejim PUA-sı bizim nüvə məntəqələrimizdə casusluq etmək üçün hərəkətə keçsə də, yenə biz Azərbaycan xalqına dəstək verməkdən əl çəkməyəcəyik”.

İsrail rəsmiləri və mediası Azərbaycana dron satışı ilə bağlı faktları heç vaxt gizlətməyib.

2012-ci ildə Azərbaycan və “Israel Aircraft Industries” şirkəti arasında “Harop” kamikadze-dronlarının tədarükünə dair böyük müqavilə imzalanıb.

2018-ci ilin aprelində isə İsrail-Azərbaycan hərbi əməkdaşliğinin bəzi sirlərini açan “Haaretz” qəzeti müğənni Nərmin Kərimbəyovanın çəkildiyi 4 dəqiqə 15 saniyəlik videoda Azərbaycan ordusunun malik olduğu hərbi sistemlər, ilk növbədə, “Aerospace Industries” və “Rafael Advanced Defense Systems” şirkətləri tərəfindən İsraildə istehsal olunan qabaqcıl silah sistemləri mövzusuna toxunub.

“Haaretz”-in məqaləsində qeyd olunub: “Son illərdə bir çox yük təyyarələri Azərbaycan-İsrail marşrutu ilə müntəzəm olaraq uçur. “Silk Way” şirkətinin yük təyyarələri Ben-Qurion beynəlxalq hava limanında həftədə üç dəfə eniş edir. Uçuşların izlənilməsi üzrə beynəlxalq saytlara görə, son iki il ərzində Azərbaycan Müdafiə Nazirliyinə məxsus altı təyyarə İsrailin cənubundakı hərbi bazaya enib, bir neçə saat ya yüklənib və ya boşaldılıb”.

Buna əlavə olaraq: “…keçmişdə iki ölkə arasında təhlükəsizlik əməkdaşlığına dair məlumatlar açıqlayıb. İsrail Azərbaycana radar sistemləri və dronları satır və xarici mətbuatın xəbərlərinə görə, İsrail Azərbaycan ərazisindən istifadə etməklə, İranda kəşfiyyat məlumatı toplayır”.

“Times of İsrael” isə 2018-ci il avqustun 29da “İsrail dronmeykeri erməniləri Azərbaycanın istəyi ilə bombaladığını bildirib” adlı bir hesabat dərc edib. Hesabatda İsrail Prokurorluğunun “Aeronautics Defense Systems Ltd” şirkətinin şirkətin icraçı direktoru Amos Matan, müavini Meir Rizmoviç, inkişaf direktoru Haim Hivaşar və marketinq direktoru David Qoldinə qarşı iddia qaldırmasının təfərrüatları qeyd olunub. Həmin şəxslər bir sıra cinayətlərdən başqa, həmçinin Müdafiə İxracına Nəzarət Qanununu pozmaqda ittiham olunublar.

Şirkətlə əlaqədar istintaq 2017-ci ilin sentyabr ayında başlayıb. “Aeronautics” 2 il ərzində “əhəmiyyətli müştəri” ilə 20 milyon dollarlıq razılaşma əldə edib. “Bir qayda olaraq, İsrailin müdafiə firmaları birbaşa müştərilərini adlandırmaqdan çəkinirlər. Ancaq ifadədən belə başa düşmək olar ki, sözügedən ölkə Azərbaycandır”, – deyə məqalədə qeyd olunub.

“PUA texnologiyasında ixtisaslaşmış “Aeronautics” “Orbiter 1K”-yə bənzər, lakin hücum imkanlarına sahib olmayan və yalnız kəşfiyyat üçün istifadə edilə bilən digər dronlar da istehsal edir. Azərbaycan Müdafiə Nazirliyi tərəfindən idarə olunan, “Aeronautics Defense Systems”-in törəmə şirkəti olan “Azad Systems” hazırda “Orbiter” platformasının ən azı 2 modelini istehsal edir”.

“Times of İsrael” yazıb ki, “2017-ci ildə “Orbiter 1K” sistemini Azərbaycan hərbçilərinə nümayiş etdirərkən, şirkətdən PUA-nın bir erməni hərbi mövqeyinə qarşı istifadəsi ilə testdən keçirilməsi istənib… Belə bir sınaq İsrail qanunlarına görə qeyri-qanunidir, çünki həqiqi hədəflərə qarşı nümayişlər aparmaq üçün “Aeronautics” icazə almalıdır… və İsrail Ermənistanı düşmən dövlət hesab etmir”.

Ermənistana gəlincə, o, İsrail dronlarının Azərbaycana satışı və cəhbə xəttində istifadəsinə dəfələrlə etiraz edib. 2016-cı ildə isə hətta Ermənistanın İsraildəki səfiri Armen Melkonyan bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası təqdim edib. Sənəddə açıq şəkildə Azərbaycana silah tədarükünün dayandırılması tələbi yer alıb.

“Game of Drones”-də İsrail tərəfinin yaxasını kənara çəkərək Azərbaycanı hədəfə çevirməsi təkcə KİV-lər sayəsində həyata keçmir. Audio-vizual nümunə “Mossad”ın İranın nüvə proqramı əleyhinə əməliyyatından bəhs edən, 2019-cu ildə kinorejissor Yuval Adlerin çəkdiyi “The Operative” (“Əməliyyatçı”) filmidir. Epizodların birində gizli obyektdə Azərbaycan bayrağının dəxilsiz görünməsi ilə sanki İsrail-Azərbaycan gizli əməkdaşlığına eyham vurulur.

“– Köşkünüzdəki bayraq Azərbaycan bayrağıdır?

– Bayrağı tanıdınız?

– Hə. Amma orada heç olmamışam.

­ Mən bir dəfə uzun müddət Azərbaycanda yaşamışam…”

Rəsmi Bakı ilə 5 milyard dollarlıq hərbi alış-veriş heç kimə gizlin olmadığı kimi, İsrailin PUA istehsalında Rusiya ilə əməkdaşlığı da çoxdan bəllidir. Təfərrüatlara varmaq istəmirəm, çox uzun hekayətdir.

Nəhayət, Patruşevun gətirdiyi mesaj nə ola bilər?

Yəqin ki, “Game of Drones” hay-küyündə qabaqcıl İsrail silahlarının istifadəsi ilə əlaqədar İrəvanın etirazının bir daha xatırladılması deyil, həm də “Azərbaycanla hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi” ifadəsi altında gizlənən Rusiyadan dronların satın alınması təklifi.

Bir sözlə, Kreml öz ovlağında başqasının ov etməsini istəmir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam