Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

EPŞTEYNİN ADASINDA OLAN PREZİDENTLƏR TƏŞVİŞDƏ: "arxiv" kimin əlinə keçib? -ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 21 avqust 2019-cu il

 

Yenixeber.org:  Bilinməli olan budur ki, ABŞ “dərin dövlət”i ilə Rotşildlər böyük savaş içindədirlər. Ailə, yəni Rotşildlər dünyadakı ən ağıllı, ən yaxşı təşkilatlana bilən, ən yaxşı idarə edən, hədəfə ən yaxşı  kilidlənən, ən yaxşı mühasirəyə alan gücdür.

ABŞ-ın dərinliklərində yerləşən silah lobbisi də, əlbəttə, laqeyd qalınacaq bir güc deyil. Ancaq ailə “Dünyanı idarə etmək bizim işimizdir” deyir. Və işə ABŞ “dərin dövlət”indən başlayır. Buna qarşı çıxanlarla, silahı əlində tutanlarla var gücü ilə toqquşur.

Ailəni anlamaq köşə yazıları ilə baş tutan iş deyil. Rotşildlər nəhəng gücü təmsil etməkdədirlər. Haqlarında çox şey yazılmadığı üçün anlamaqda çətinlik çəkirik. Ancaq bu haqda məlumatlı olanlar üçün çətin bir şey yoxdur.

Rotşildlər qurduqları sistemlə əmin addımlarla irəliləməkdədirlər. Epşteyn də onların adamı idi. Bu səbəblə günlərdir yazıram. Onun öldürülməsi savaşın qaynağını göstərdiyi üçün çox önəmlidir. Hazırda dərinliklərdə böyük sarsıntı mövcuddur. Sadəcə biz bilmirik. Arxiv, yəni Epşteynin sahib olduğu qeydlər ortaya çıxdıqdan sonra hər şey dəyişəcəkdir. Buna zərrə qədər şübhəniz olmasın.

Epşteynlə bağlı baş verənlərə fərqli bucaqdan baxsaq belə, qarşımıza böyük bir güc icması çıxır. Epşteynin həbsinə qərar verən, girovla zaminə buraxılmasını əngəlləyən şəxs xüsusi prokuror Robert Müllerin dostu hakim Riçard Bermandır.

Xatırlatmaqda fayda var: Müller kimə qarşı savaş açmışdı? Əlbəttə, Trampa qarşı. Nəyə görə? Devirmək üçün.

ABŞ “dərin dövlət”inin adamı olan hakim Berman, Epşteynin vəkili Reyd Veynqartenlə qarşı-qarşıya gəldi. Reyd Veynqarten “Hörmətli hakim, Rza Zərrabı girovla zaminə buraxdığınız zaman onun yaxın dostu Babək Zəncanini yaxından tanıdığınız üçünmü belə qərar vermişdiniz?” sualını ortaya atdı. Ancaq bu sualın cavabı yox idi.

Epşteyni müdafiə edən Reyd Veynqarten, Martin G. Vaynberq və Maykl Miller Rotşild ailəsinin vəkillər siyahısında olan şəxslərdir. Ancaq dərin strukturla savaşdıqlarını bildikləri üçün onlar Epşteyni xəstəxanada saxlamağa qərar vermişdilər. Bu, çox ağıllı həmlə idi. Çünki onlar da Epşteynin öldürüləcəyini bilirdilər. Rüzgar o yöndə əsirdi, anlamışdılar. Autopsiyanı özləri etdirmək istəsə də, ABŞ “dərin dövlət”i buna izin vermədi. Ölümü rəsmi olaraq “cinayət” kimi qeydə alınsaydı, gələcəkdə sıxıntılara səbəb ola bilərdi. Bir əl bunun qarşısını alırdı.

Pentaqon hər bir detalı 100% ələ keçirdikdən sonra Epşteyn öldürüləcəkdi. Lakin elə bir neçə sənəd əldə edilmişdi ki, Epşteyn öldürüldü.

Pentaqonun qəti surətdə bu cinayətin arxasında olmadığı ortadadır. Bu fikri dilə gətirən çox adam var. Riçard Bermanın Epşteynin ölüm xəbərini alan zaman Sohodakı bir restoranda stəkanı yerə vurduğunu nəzərə alsaq, “dərin Amerika” bu hadisənin arxasında deyil. Heç bir hakim ölən bir şübhəli üçün məyus olmaz. Reaksiya da verməz. ABŞ-da qayda belədir.

ABŞ-da son illərdəki ən önəmli iki məhkəmə işinin xüsusilə Nyu Yorka göndərilməsi Zərrab və Epşteynin mühakimə olunmasının birbaşa Riçard Bermana verilməsi üçün idi. Epşteynin şəbəkəsindən keçməyən bir neçə şəxsdən birinin də Riçard Berman olması, əlbəttə, önəmli idi.

Kiçik Müqəddəs Ceyms adası 1998-ci ildən etibarən Epşteynin adası olub. Bu ada şəbəkə daxilində olanlar arasında “Kiçik Müqəddəs Cefss” adlandırılıb. Adanın xüsusiyyətlərindən biri çox önəmli iki tunelinin olması idi. Dənizli mərməri ilə bəzədilən məbəd adanın ən önəmli yeri idi. Adada İstanbuldakı Qapalıçarşıdan alınan əldətoxunma xalılar və türk hamamı ilə diqqəti cəlb edən malikanə vardır. Burada çox önəmli şəxslər 12-13 yaşlı qızlarla görüşürdülər.

Önəmli şəxslər burada qəbul edilərkən, 2016-cı ildə Epşteyn yeni bir addım atdı. Kiçik Müqəddəs Ceyms adasının yanındakı Böyük Müqəddəs Ceyms adasını 18 milyon dollara satın aldı. Və orta miqyaslı şəxsləri bu yeni adada qəbul etməyə başladı.

Bill Klintonu adada görən çox önəmli bir adam Epşteynə “İnana bilmirəm. Bill Klinton burada. Bu, necə oldu?”deyərək, sual edib. Epşteyn də “Klintonun mənə borcu var. Burada olmağa məcburdur. Onun bu məsələdə seçim haqqı yoxdur” deyərək, cavab verib. Epşteyn ABŞ Prezidenti haqqında danışırdı. Ancaq adi bir amerikalı kimi… Bu, inanılmaz bir şey kimi görünsə də, belə idi.

“Dərin Amerika” nə qədər güclü olsa da, bu iki adanın yalnız kiçik bölümlərində axtarış apara bilib. Sadəcə müəyyən yerlərə giriblər. Dünyanın ən böyük gücü olsa da, “dərin Amerika” adada axtarış apara bilmir. Məlum olmayan həqiqətlərdən biri də bu idi. Qanunların bunu əngəllədiyini söyləyən “dərin Amerika”nın adamları, əlbəttə, kimisə buna inandıra bilmir. Ətrafı ABŞ gəmiləriylə əhatə edilən bu adalar çox önəmlidir. Çünki yıxılacaq bu böyük strukturun altında kimin qalacağı bəlli deyil.

Xaos qapıdadır. Bill Klinton belə, həyat yoldaşı Hillari Klintonun və ya kürəkəninin burada ola biləcəyindən narahatdır. Eyni durum Obama ailəsi üçün də keçərlidir. Tramp ailəsi üçün də durum fərqli deyil. Adalar ətrafında qorxu dağları böyüyür. Tramp “Ədliyyə nazirimiz məsələ ilə bağlı böyük təhqiqat aparır” deyib.

Bu hadisədə ən şanslı olan Epşteyndir. Öldürüldüyü üçün və ya öldüyü üçün biri şanslı ola bilərmi? Bəli, Epşteyn çox şanslı bir adamdır. Çünki yaşasaydı hər gün fərqli bir işgəncə metodu ilə tanış olacaqdı. Onu öldürənlər bu addımı, əlbəttə, özlərini xilas etmək üçün atsalar da, müəyyən mənada onu da xilas etmiş oldular.

50 əyalətdə adi amerikalıların belə haqqında danışdığı, Avropa və Afrikada yüksək rütbəli şəxslərin narahatlıqla izlədiyi bu durum səssiz böyüyən qar uçqunu halına gəlir. Bu qar uçqununun getdikcə böyüməsi “Görəsən, altına kimləri salacaq?” sualını da sirrli bir hala gətirməkdədir. Qiyamət qopacaq. Bir az gözləyin. Gündəliyə çox böyük ssenari gəlir. Hazır olun…

Arxivi – qeydləri ələ keçirən kimdirsə, kimlərdirsə və hara verdilərsə, onlar nəzarəti ələ alacaq. Dünyadakı hər bir adamı yola gətirəcək. Heç kimsə qarşı çıxa bilməyəcək. Bu qədər təsirli bir silah mövcuddur və yoxa çıxmışdır. Ancaq uzun müddət ərzində gizli saxlana biləcək bir şey deyil.

Epşteynin öldürülməsi və qeydlər haqqında yazılmağa başlanması gedən savaşın bir cəbhəsidir. Ssenarini yazanların hesabı necə lazımdır, elə də işləyir. Ağlı başında olan hər kəs bunun nəticəsini gözləyir. Bu an belə qeydlər arasında seçimlər edilə bilər. İşə salınacaq qeydlərin nüvə silahı kimi olacağına şübhə yoxdur. Baxaq, görək, hücum haradan başlayacaq? Əgər qeydlər Pentaqonda deyilsə, onları çox çətin günlər gözləyir.

Bir güllə belə atmadan ABŞ-ı təslim alarlarsa, təəccüblənmərəm. Çünki ortada böyük bir ağıl var. Bu, aydındır. Baxaq, görək, nə olacaq?

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam