Redaktor seçimi
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Günün xəbəri

Erməni mediası MİQ-29-un qəzaya uğramasında “Rusiya izi” arayır: “AZƏRBAYCANA QARŞI ELEKTRON TƏXRİBATLAR YENİ DEYİL”

Naira Ayrumyan

Lragir.am (Ermənistan), 21.08.2019

 

Yenixeber.org: Azərbaycan qəzaya uğramış təyyarənin pilotunu axtarmaqda Rusiyaya etibar etməyərək iyulun 25-də itmiş təyyarəni tapan Türkiyəni dəvət edib.

Təyyarəçi Rəşad Atakişiyevin Xəzər dənizində aşkarlanmış cənazəsini bu gün (dünən-tərc.) dəfn ediblər. Qəzanın səbəblərini açmağa imkan verəcək “qara qutu”nu da tapıblar, amma Azərbaycan mətbuatında artıq indidən qəribə eyhamlar vurulur.

Həlak omuş pilotun qayınatası, politoloq Qabil Hüseynli bildirib ki, “Rəşadın aviaqəzada həlakı müəmmalıdır”. O bu zaman qəribə ifadə işlədib: “Ölkə rəhbərliyi, mən də “qara qutu”nu Rusiyaya analizə göndərməyi istisna edirik”.

Hərbi ekspert, ehtiyatdakı polkovnik-leytenant Üzeyir Cəfərov yada salıb ki, təyyarə və pilotun axtarışı üçün, əsasən, Türkiyə mütəxəssisləri cəlb edilib. O qeyd edib: “Onların rusiyalı həmkarları isə axtarışlara belə də başlamayıblar, lakin  bu bildirilmişdi də”.

O deyib: “İki addımlığımızda nə baş verdiyi haqda məlumatı Türkiyə Müdafiə Nazirliyi tərəfdən almışıq. Bu ki biabırçılıqdır!”

MiQ-29 hərbi təyyarəsinin qəza səbəbləri haqda rəsmən heç nə deyilmir. Lakin ölkə rəhbərliyinin köməyə Rusiyanı deyil, Türkiyəni çağırmaq və “qara qutu”nu da Ankaraya göndərmək qərarı Rusiyaya münasibətdə hansısa şübhələrdən danışır. Təlim uçuşu keçirən üç təyyarədən biri necə belə gözlənilmədən dənizə düşə bilərdi? Ekspertlər müxtəlif versiyalar təklif edirlər – təyyarə ya vurulub, ya da onun elektron idarəetməsinə “qıraqdan” müdaxilə ediblər.

Azərbaycana münasibətdə elektron təxribatlar artıq yenilik deyil – ölkə ötən il elektrik təchizatındakı kəsinti ilə bağlı hərfi mənada qaranlığa batıb. O zaman xarici “elektron” müdaxilə haqda versiyalar irəli sürülüb. İndi Rusiya və Türkiyə Suriyanın İdlib əyalətində üz-üzə gələrkən Ankara Rusiya haqda nüfuzdan salan material əldə etməyi qaçırmaz – əlbəttə, onun Azərbaycan təyyarəsinin qəzasında əli varsa. Habelə Azərbaycanda kimin ağa olduğunu göstərmək üçün məqamı da əldən buraxmaz.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam