Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

““QARA QUTU” RUSİYAYA GÖNDƏRİLMƏMƏLİDİR” –“MİQ 29 uzaq məsafədən sıradan çıxarılıb”

modern.az_1564044130_1564042415_0001_134

İyulun 24-də qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Rusiya istehsalı olan MİQ 29 təyyarəsinin qalıqlarının tapılıb-tapılmaması və pilotun taleyi ilə bağlı hələ rəsmi məlumat yayılmayıb.

Yenixeber.org: Müdafiə Nazirliyinin mətbuat xidməti iyulun 24-də bildirib ki, təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MİQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

İyulun 27-də müdafiə naziri Zakir Həsənov qəzanın səbəblərinin araşdırılması və müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə yaradılan əməliyyat qərargahında olub.

Nazirliyin mətbuat xidməti bildirir ki, Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Nazir digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş verib. Bununla yanaşı, mətbuat xidməti qəzanın ilkin səbəbləri ilə bağlı məlumat verməyib.

Yerli media qəzaya uğramış təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qohumlarına istinadən təyyarənin yerinin müəyyən edildiyini və onun sahilə çıxarılması üçün işlər aparıldığını yazıb.

uzeyir

Hərbi ekspert Üzeyir Cəfərov isə Azərbaycana məxsus təyyarənin qəzaya uğramasını Rusiyanın müdaxiləsi ilə əlaqəndirir. “MiQ-29 təyyarələri son 3 ildə Ukraynada hərtərəfli təmir edilib və işlək vəziyyətdə, yeni rabitə və naviqasiya avadanlıqları ilə tam təmin edilib. Təyyarənin yaşı çox olsa da, ona son nəsil avadanlıqlar quraşdırılb. Burada hərb elmini oxumamış “professor, filtifessorluq” edən “tovariş”lərə xatırladıram ki, MİQ-29 təyyarəsini heç kim heç nə ilə vurmayıb. Sadəcə kənardan, uzaq məsafədən – bu, maksimum 300 kilometr məsafəni də rahatca əhatə edib öz işini görən REM (Radio Elektron Mübarizə, rusca REB- Radio Elektronnaya Borba) avadanlıqları vasitəsilə naviqasiya, rabitə avadanlıqlarını anidən sıradan çıxarmaq yolu ilə təyyarə “ölü vəziyyətinə” salınıb. Gerisi məlumdur”, – ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov facebook səhifəsində yazıb.

Üzeyir Cəfərov hesab edir ki, qəzaya uğramış təyyarənin “qara qutusu” tapıldıqdan sonra tədqiq edilməsi üçün Rusiyaya göndərilməməlidir.

“Təyyarənin “qara qutusu” tədqiq edilmək üçün NATO qurumlarına göndərilməlidir. Çünki 2008, 2010, 2011-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələrin qəzalarından sonra “qara qutular” Rusiyaya göndərilib və indiyədək qəzaların səbəbləri ilə bağlı ekspertizaların nəticələri Azərbaycan tərəfinə təqdim edilməyib”, – hərbi ekspert Amerikanın Səsinə bildirib.

Ekspert bildirir ki, Rusiyanın Cənub Hərbi Dairəsinin Radio Elektron Mühafizə qoşunlarının iyulun 18-də Xəzər dənizində qəza baş vermiş ərazinin yaxınlığında başladığı hərbi təlimlər avqustun 7-dək davam edəcək.

Ekspertin şərhinə Rusiya və Azərbaycanın rəsmi qurumları hələ münasibət bildirməyib.

29 yanvar 2008-ci ildə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MiQ-29″ döyüş təyyarəsi təlim uçuşu zamanı Bakıdan 60 kilometr şimalda qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Qəza nəticəsində pilotlar Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub.

2010-cu il martın 3-də Azərbaycan Silahlı Qüvvələrinə məxsus SU 25 tipli hərbi təyyarə Bakıdan 430 kilometr qərbdə Azərbaycanın Şəmkir rayonu ərazisində təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot həlak olub.

2011-ci il fevralın 3-də SU 25 markalı təyyarə hərbi təlim zamanı Kürdəmir rayonu ərazisində (Bakıdan 170 kilometr qərbdə) qəzaya uğrayıb. Təyyarənin hər iki ekipaj üzvü katapult yolu ilə xilas olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam