Ginnesin Rekordlar Kitabına daxil edilən diktatorlar – TÜRKMƏNİSTANIN SANKSİYALARA MƏRUZ QALMAMASININ SİRRİ NƏDİR?
Leonid Berşidski
“Bloomberg”, 15.08.2019
Yenixeber.org: İngilis komediyaçısı Con Oliverin “Son həftənin axşamı” şousu “Youtube”-da 3,6 milyon dəfə izlənilib. Qərb izləyicilərinin diqqətini çəkən bölümlərdən biri dünyanın ən qapalı ölkələrindən biri olan Türkmənistana aiddir. Bu, “Sərhədsiz Reportyorlar”ın 2019-cu ilə aid mətbuat azadlığı siyahısında Şimali Koreyadan aşağıda olan yeganə dövlətdir.
Oliver, xüsusilə Türkmənistan lideri Qurbanqulu Berdıməhəmmədovun Ginnesin Rekordlar Kitabında qeydiyyata almasına istehza ilə yanaşıb. Hətta özü də rekord vurmağa çalışıb: Berdıməhəmmədovun atdan yıxılan şəkli formasında nəhəng tort hazırlatdırıb. Ancaq Ginnesin Rekordlar Təşkilatı “rekord”u qeydə almayıb.
Berdıməhəmmədovun Ginnes rekordları iddiası gülüncdür. Amma daha böyük məsələ Qərb dünyasının zülmkarlara münasibətidir.
“Guinness World Records” markası hüquqları ABŞ-da qeydiyyatdan keçmiş “GWRUK Acquoice Corp Ltd Group”-a aiddir, Kanadada yerləşən “Jim Pattison Group Inc”-in törəmə şirkətinə. O, “Ripley Entertainment“-ə də nəzarət edir. Muzeylər və akvariumlar şirkətinə. “GWRUK” 2017-ci ildə 26.6 milyon funt sterlinq (32.1 milyon dollar) gəliri olmuş kiçik bir firmadır.
Gəlirlərin çox hissəsi hər Milad mövsümündə yaxşı satılan Dünya Rekordlar Kitabının nəşrindən qazanılır, ancaq daha kiçik bir hissəsi rekord qərarlarının qəbulundan gəlir. Şirkətin hesabatında deyilir: “Biznesin bu hissəsi ildən-ilə güclənir”.
Şirkətin bazasında Türkmənistan hökumətinə aid olan 14 qeyd tapdım. Oliverin proqramında qeyd olunmamış bəziləri, həqiqətən, adamı heyrətləndirir:
“Ən böyük buta” (“buta tez-tez Türkmənistanın toxuculuq məhsullarında əsas motivi təşkil edən, medalyona bənzər naxışdır”).
“Ulduz şəklində ən böyük dam” (yeni açılan hava limanında) və “ən böyük memarlıq ulduzu” (televiziya qülləsində).
“Ən sürətli at” (“Axan”, Berdıməhəmmədova məxsusdur).
“Böyük xor” (Berdiməhəmmədovun bəstələdiyi mahnını oxuyublar).
“İlk qaz-benzin zavodu” (əslində, 1980-ci illərdə açılıb).
Onların əksəriyyəti 2018-2019-cu illərdə qeydə alınaraq Ginnesin Rekordlar Kitabına daxil edilib. Yəni bu qeydlər kitabının arxasında duran şirkət diktatorlar hesabına pul qazanıb.
“Guinness World Records” hakimini dəvət etmək minlərlə dollara başa gəlir. Buna imkan vermək üçün Berdıməhəmmədov kimi qlobal təbii qaz ehtiyatlarının 10%-inin üstündə oturan diktator olmaq lazım deyil. Bundan əlavə, “GWURK” gəlirlərinin əksəriyyəti, hesabata görə, Qərb ölkələrindən gəlir. Yəni şirkət qəsdən diktatorlara xidmət göstərmir. Əks təqdirdə, başqa bir diktatura, Türkmənistanın qonşusu Özbəkistan da çox gözəl “rekordlar” qeydə aldırardı.
Başqa bir repressiv rejim olan Səudiyyə Ərəbistanı Rekordlar Kitabında sadalanan səfeh nailiyyətlərə sahibdir (məsələn, 2016-cı ildə vəliəhd şahzadə Məhəmməd bin Salmanın liberallaşdırması çərçivəsində yaradılan Əyləncə Baş İdarəsi, eyni zamanda, bir neçə şəhərdə 962.168 atəşfəşanlıq), lakin o, kitabda adambaşına ən çox edam edilən ölkə kimi də qeydə alınıb. Bu, tiranlara pul müqabilində şüurlu yaltaqlanma kimi görünür.
“Transparency International”-ın “dünyanın ən korrupsiyalaşmış ölkəsi” adlandırdığı Şimali Koreya da “ən böyük gimnastika meydançası”na görə siyahıya salınıb.
Ginnesin Rekordlar Təşkilatı Türkmənistanla bağlı suallarımı cavablandırarkən, mənə siyasətə laqeyd olduğunu söyləyib.
Türkmənistan nüvə silahı əldə etməyə və müharibəl törətməyə çalışmır. Digər tərəfdən, hökumət dünyaya ölkə haqqında mümkün qədər az məlumat verir. Haradan olursunuzsa-olun, oraya getmək üçün viza almaq çox çətindir. Hökumət hətta Beynəlxalq Valyuta Fondunun ölkə iqtisadiyyatına dair mütəmadi rəylərinin dərcini dayandırıb.
Berdıməhəmmədovun, Oliverin şousunda göstərildiyi kimi, kiçik iddiaları var. Onları gizlətmir, çünki öz şücaətlərini əks etdirir. İnsanlar ona lağ edir.
Oliver Berdıməhəmmədovu atlara qeyri-adi sevgidə günahlandırıb. 3 gün əvvəl və buna rəsmi təpki verilməyib.
2016-cı ildə bənzər bir vəziyyətdə (keçilərlə bağlı) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan alman komediyaçısı Yan Bomermanı küncə sıxışdırıb. O, xarici məmurları təhqir etdiyinə görə Almaniya hakimiyyət orqanları qarşısında komediyaçını məsuliyyətə cəlb etmək tələbi qoyub (sonradan ittihamlar ləğv edilib).
Başqa sözlə, Berdıməhəmmədov Çinə qaz satmaqda və sakit əylənməkdə davam edir. Çoxsaylı siyasi məhbuslar və 120-dən çox itkin düşmüş müxalifin 6 milyonluq ölkəsində kefi istədiyini edir. Çünki heç kimin işinə qarışmır.
Belə səssiz diktaturaların mövcudluğu (az deyillər) Qərb sanksiyalarının dəyərlərdən daha çox maraqlarla əlaqəli olduğunun sübutudur. Türkmənistana heç bir sanksiya tətbiq edilmir: ABŞ-la bəyənilən ticarət sazişi var…
Tərcümə: Strateq.az