Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

ƏRDOĞANDAN “S-400″LƏRLƏ BAĞLI DAHA BİR AÇIQLAMA:"Yerləşdiriləcəkləri yerlə bağlı Müdafiə Nazirliyi məşğuldur"

“Hazırda “S-400” Zenit raket-müdafiə sisteminin Rusiyadan Türkiyəyə nəqli ilə bağlı hazırlıq davam edir”.

Yenixeber.org: Bunu Bosniya və Herseqovinaya səfərdən öncə Atatürk Hava limanında jurnalistlərə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan “S-400” Zenit raket-müdafiə sisteminin Türkiyəyə nə vaxt çatacağına dair konkret tarix verməyib:“Yükləmə, daşıma sahəsində tədbirlər görülür. Rusiya ilə razılaşdığımız tarixlər var. Burada yerləşdiriləcək yerlə bağlı Milli Müdafiə Nazirliyi məşğuldur. Bunlar başa çatandan sonra gələn “S-400”lər Türkiyədə yerləşdiriləcək”. 

Qeyd edək ki, Türkiyənin Rusiyadan “S-400” Zenit raket-müdafiə sistemini almasına dair razılaşması ABŞ və NATO ölkələrinin narazılığına səbəb olub. Bu razılaşmanın baş tutmayacağına dair iddialar səslənib. Lakin Türkiyə tərəfi bu razılaşmanın heç bir halda pozulmayacağını bəyan edir. /APA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam