Redaktor seçimi
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Günün xəbəri

S-400-lərin bu gün Türkiyəyə gətirilir?-İDDİA

 

S-400-lərin bu gün Türkiyəyə gətirilməsi gözlənilir

Türkiyəyə bu həftə gətirilməsi gözlənilən S-400 hava müdafiəsi raketlərini daşıyan təyyarələrin Rusiyada havaya qalxdığı iddia edilib.

Yenixeber.org: Xəbər verdiyimiz kimi, dünən Türkiyə prezidenti R.T.Ərdoğan Bosniya və Herseqovinaya səfərdən öncə Atatürk Hava limanında jurnalistlərin suallarını cavablandırarkən Rusiyadan alınan S-400 hava hücumundan zenit-raket müdafiəsi sistemlərinin qısa bir zaman ərzində təyyarə ilə Türkiyəyə gətiriləcəyini bildirmişdi.

Rusiya prezindenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Türkiyəyə Rusiya istehsalı olan S-400 müdafiə sisteminin göndərilməsini nəzərdə tutan razılaşmanın həyata keçirilmək üzrə olduğunu bildirib. Peskov bu sistemin Türkiyəyə göndərilməsinin hansı mərhələdə olduğu ilə bağlı dəqiq məlumat verməyib. Ötən bazar günü isə hava və raket müdafiəsi sistemlərinin 2 yük təyyarəsinə yüklənəcəyi bəyan edilmişdi. Türkiyəyə yollanacaq S-400 sistemlərini daşıyan təyyarələrin Rusyanın Tver (Levski) şəhərindən havaya qalxdığı iddia edilir.

Cümə axşamı günü S-400-lərin təhlükəsizlik üçün Tverdəki hərbi bazaya aparıldığı bildirilir. Ötən bazar günü saat 15:30-da sistemlərin iki böyük təyyarəyə yerləşdirilməsi başlayıb və bu proses dünən gücə 21.00-da başa çatıb.

Rusiyadan olan hərbi və siyasi mənbələr təyyarələrin Ankaradan gələn təlimatla hərəkət eləməyə hazır olduğunu bildiriblər. Tverdəki bazadan havaya qalxdığı iddia edilən S-400-lərin bu gün Türkiyəyə çatması planlaşdırılır.

S-400 sistemlərinin sazlanması üçün xüsusi texniki heyət artıq Türkiyədədir. Rusiyadan gələn 9 nəfərlik qrupdan əlavə, raket sistemlərini qurmaq üçün texniki işləri görəcək heyətin də bazar ertəsi gününə qədər Türkiyəyə gəlməsi gözlənilirdi.

İlkin mərhələdə sadəcə bir S-400 batareyasının Türkiyəyə gətiriləcəyi, tədarük prosesinin mərhələ-mərhələ aparılacağı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam