Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

İran-ABŞ gərginliyi - qanlı savaşa keçə bilərmi?

Ekspert: “ABŞ İranı hərtərəfli zəiflətməyə çalışır, lakin Tehranın məğlub olub geri çəkilməsi inandırıcı deyil”

İranla ABŞ arasında gərginlik səngimək bilmir. Ötən gün İran prezidenti Həsən Ruhani Tehranın Vaşinqton sanksiyaları aradan qaldırsa və keçən il çıxdığı 2015-ci il razılaşmasına qayıtsa, Birləşmiş Ştatlarla danışıqlara hazır olduğunu bildirib.

Yenixeber.org: ABŞ prezidenti Donald Trampın administrasiyası nüvə və təhlükəsizlik məsələləri ilə bağlı daha əhatəli razılaşmaya dair danışıqlara açıq olduğunu bəyan edib.

Bütün bunlarla yanaşı, ABŞ-ın keçən il beynəlxalq razılaşmadan çıxaraq, İrana qarşı sanksiyaları bərpa etməsi və İranın əsas iqtisadi sektoru olan neft sektorunu hədəf alan yeni ölçülər tətbiq etməsindən sonra Birləşmiş Ştatlar və İran arasında gərginliklər daha da artıb.

İki dövlət arasında gərginliyin qanlı savaşa keçməsi mümkündürmü? Bu, nə qədər realdır?

NÉzakÉt MÉmmÉdova ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Nəzakət Məmmədova bildirib ki, İran-ABŞ gərginliyi İran ərazisində savaşa keçməyəcək: “Ən pis halda üçüncü ölkələrin ərazisində ABŞ, onun Yaxın Şərqdəki müttəfiqləri - xüsusilə İsrail və Səudiyyə Ərəbistanı ilə İran arasında hərbi, kəşfiyyat, diplomatik qarşıdurmanın olması mümkündür. Eləcə də İranın Səudiyyə, İsrail ərazisində, habelə ABŞ-ın Yaxın Şərqdəki hərbi, diplomatik obyektlərinə terror-təxribat addımları atması gözlənilir. Eynilə, həmin ölkələrin İran ərazisində, həmçinin Yaxın Şərqdə ”Şiə hilalı" adlanan və İranın geosiyasi nüfuz dairəsinə daxil olan ərazilərdə İran və onun müttəfiqlərinə qarşı analoji addım atması gözlənilə bilər. Lakin bunları ABŞ və İranın rəsmi orduları yox, müttəfiq dövlətlərin ordularının, eləcə də muzdlu qoşunların vasitəsilə edəcəyi ehtimalı daha güclüdür. İran Hizbullah, Həşdi-şabi, Mehdi ordusu, SEPAH-ın Qüds briqadası vasitəsilə öz Orta Şərq planlarını hərbi və kəşfiyyat yolu ilə həyata keçirməyə davam edə bilər, necə ki, ABŞ birbaşa öz ordusu vasitəsilə yox, müttəfiqləri və muzdlu ordular vasitəsilə bunu həyata keçirir. İranın nəzarətində husilər, şiə qruplaşmalarından başqa bir çox vasitələr var ki, ən azından onu ABŞ, Səudiyyə və İsrail qarşında güclü edir. Səudiyyə Ərəbistanı 1924, İsrail 1948-ci ildə yaradılıb, 1776-cı ildən müstəqillik qazanıb dünya xəritəsinə daxil olmuş ABŞ-ın isə Orta Şərqdə mövcudluq tarixi çox uzun deyil. Belə bir şəraitdə, İran şübhəsiz ki, ərazisindəki müxtəlif imperiyalar dövründə Orta Şərqi idarə edib, onun burada çoxəsrlik dayaqları, bağları var. Bu, İranı düşmən qüvvələr qarşısında güclü, yenilməz edir. Hər halda, İranı asanlıqla parçalamaq, məğlub etmək olmayacaq, Suriya, İraqdan fərqli olaraq o, milliyyətindən asılı olmayaraq öz ərazisindəki əhalini və nəzarətində olan bölgə ölkələrinin əhalisini vahid şiəlik ideologiyası ətrafında səfərbər etməyi bacarıb. İran diplomatiyasının min illik təcrübəsi var. Bu təcrübə indi də özünü göstərir".

Ekspert bildirib ki,  İran bir dövlət kimi ABŞ tərəfindən vaxtaşırı ona edilən ultimatum xarakterli bəyanatlara səssiz qala bilməz: “İran ABŞ-ın ultimatumlarına bir qayda olaraq cavab olaraq bildirir ki, bu ultimatumlar müstəqil dövlət olan İrana qarşı başqa bir dövlət tərəfindən təhdiddir və biz beynəlxalq məhkəməyə müraciət edəcəyik. Çünki İran başa düşür ki, əgər onlar ABŞ-ın sərt xarakterli ultimatum bəyanatlarına sərt cavab versə, bu, ABŞ-ın əlində fürsət olacaq ki, İrana qarşı hərbi əməliyyatlar həyata keçirsin və təzyiqləri gücləndirsin. İran bu məsələdə sivil görünməyə çalışır, anlaşmazlıqları hüquq yolu ilə çözməyə çalışır. İran bu yolu seçməkdə həm məsələnin ədalətli həll olunmasını, həm də vaxt udmaq istəyir. Çünki beynəlxalq məhkəmələr illərlə uzanan prosesdir. ABŞ-İran münasibətlərində beynəlxalq məhkəmənin olmağı birinci dəfə deyil. Ümumiyyətlə, İran həmişə özündən güclü rəqiblə rastlaşanda və artıq güc yolu ilə məsələni həll edə bilməyəcəyini gördükdə, bu zaman beynəlxalq məhkəməyə müraciət edir. Məsələn, 1950-ci illərdə İranın təcrübəsində belə bir hal olmuşdu ki, Britaniya ilə neft müqavilələri üzündən böyük gərginlik yaranmışdı və İran beynəlxalq məhkəməyə müraciət etmişdi. ABŞ və müttəfiqləri İranın üstünə getdikcə İran münaqişədən yayınmaq istəyir. İran qazanmağa çalışdığı zamanda ola bilər ki, öz siyasətində müəyyən düzəlişlər edəcək. Qeyd edim ki, ABŞ İranın qarşısına qoyduğu tələblərlə İranın bütün xarici siyasət ideologiyasını alt-üst etmək istəyir”.

Məmmədova hesab edir ki, İran öz xarici siyasət prioritetlərindən əl çəkməyəcək: “İran çalışacaq ki, tərəfdaş ölkələrlə hərbi, siyasi, diplomatik əlaqələrini daha da genişləndirsin. Bu ölkələrə də əsas olaraq Çin, Rusiya daxildir. Həmçinin Böyük Britaniya da hazırda İrana qarşı sərt mövqedən çıxış etmir. Əksinə, Böyük Britaniya ilə İranın münasibətləri yaxşıdır və Avropa Birliyi ölkələri də bu məsələdə ABŞ-a qarşı çıxırlar və İranla həmrəylik nümayiş etdirirlər. Əgər İran beynəlxalq məhkəməyə müraciət etsə, qalib gəlmək şansı çoxdur. Çünki ABŞ-ın İrandan əsas istəyi İranın Suriyadan çıxması və Yaxın Şərqdəki ölkələrin daxili işlərinə müdaxiləni azaltmasıdır. Amma İran Suriyada qeyri-qanuni şəkildə qalmayıb. İran Suriya hakimiyyətinin dəvəti ilə o ölkədədir. Amma ABŞ-la Suriya arasında belə bir müqavilə olmayıb. ABŞ terror qruplaşmalarına qarşı mübarizə adı altında BMT-dən sanksiya alaraq koalisiya qüvvələrinin rəhbəri kimi orada idi. Aydındır ki, İran Orta Şərq ölkələrinin daxili işlərinə qarışır. Çünki İranın orada böyük geosiyasi maraqları var və o, qeyri-qanuni yollarla öz maraqlarını həyata keçirir. Amma beynəlxalq hüquq çərçivəsindən baxanda görürük ki, İranın bu məsələdə qalib gəlmək şansı daha çoxdur. İran da məhz buna güvənir. İran enerji resurslarından ildə milyardlarla dollar pul qazansa da, əhalinin vəziyyəti bu gəlirlərə uyğun deyil. Bunun əsas səbəblərindən biri xüsusilə son 6-7 ildə ölkənin xarici banklarda olan valyuta ehtiyatlarının xeyli hissəsinin ABŞ tərəfindən faktiki mənimsənilməsidir. Görünür, ABŞ həm də bu yolla İran iqtisadiyyatını çökdürməyə və əhali arasında narazılıq yaratmağa çalışır. Bütün bunlardan görünür ki, ABŞ İranı hərtərəfli zəiflətməyə çalışır. Lakin İranın məğlub olub geri çəkilməsi inandırıcı deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam