Türklər kimdir və kimlərdən ibarətdir
II hissə -İskitlər
"Xeberinfo.com": Sibirdən Anadoluya qədər olan geniş bir ərazidə yaşamış, məskunlaşmış olan sakların hansı antropoloji tipə aid olmasını, hansı morfoloji xüsusiyyətləri daşımasını söyləmək həm çətin həmdə sadədir. Çətinliyi ondan ibarətdir ki, böyük Skif çarlığı yaradan bu toplumun daxilində türklərdən başqa qeyri-türklərdə yaşamışdır. Yəni Skifiya polietnik bir cəmiyyyət olmuş özündə müxtəlif etnik qrupları ehtiva etmişdir. Məsələnin sadə tərəfi isə ondan ibarətdir ki, burada biz sırf türklərin- skif türklərinin etnik antropologiyasını araşdıracayıq. Çünki polietnik cəmiyyətdə yaşasalar belə sakların özünə məxsus morfoloji göstəriciləri və antropoloji quruluşları var idi. Bu gün geniş rus çöllərində və Sibirdə aparılan arxeoloji araşdırmalarda saklara məxsus qəbrlərin tapılması və həmin qəbrdəki kəllə sümüklərinin rekanstruksiyası bizə sakların antropoloji tipi haqqında məlumat verməyə imkan verir. Lakin rekanstruksiyalar yəni kəllə sümüyünün çıxıntılarına, relyefinə, formasına və s bu kimi göstəricilərinə görə bərpa edilmələri heç də həmişə tam dəqiq məlumat vermir. Çünki bu gün Rusiyanın türk-rus birliyini siyasi arenaya çıxararaq öz ölkəsinin vahidliyini qorumaq üçün tapılan bütün kəllələrə olmasa da bir qisminə “slavyansayağı” rekanstruksiya verməklə Skfiyada slavyanların və türklərin vahid etnos formasında yaşadığını sonradan ayrıldığını göstərməyə çalışır. Və həmçinin skif dönəminə aid bütün kəllələri “skif türkləri” kimi göstərir. Yuxarıda da qeyd etdiyim kimi Skifiya polietnik bir cəmiyyət idi və o dövrə məxsus yalnız vahid bir çərçivəyə salınmış antropoloji göstəricilərə uyğun olan kəllələri iskitlərə aid etmək olar. Aparılan araşdırmalar göstərirki hunlardan fərqli olaraq monqoloidlik xüsusiyyətlərinin daha az bəzəndə ümumiyyətlə olmadığı iskitlər hakim sülalənin nümayəndələri olmuş və ya bəzi mənbələrdə “savaşçı skiflər” deyə adı keçən qrupa aid olmuşlar.
“Türklər kimdir və kimlərdən ibarətdir” yazımın birinci hissəsində türklərin atayurdu ilə bağlı məsələyə yer verilmişdir. Və iskitlərin Sibirdən Anadoluya qədər olan yürüşü ata yurda qayıdış kimi səciyyələndirilmişdir. İskitlərin ata yurda qayıdışını sübut edəcək faktlar varmı ? Və ya iskitlərinin köklərinin Sibirlə bağlı olmadığını, bəzi Türkiyə ədəbiyyatlarında ilk türklər deyə adı keçən sakların monqoloid olmadığını gösətərən hansı faktlar var?
Müasir Sibir əhalisinin baş quruluşu e.ə I əsr- eramızın I əsrində cənubdan gələn braxikefal baş quruluşlu, qeyri türk əhali ilə qarışması nəticəsində bu günki Sibirlə yanaşı, sonrakı vaxtlarda qazax, qırğız türkləri meydana çıxmışdır. Sözsüz ki, növbəti hun dönəminin təsiri də olmuşdur. I hissədə “Andronovo insanı” haqqında qısacada olsa məlumat vermişdim ki: Sibirdə baş quruluşu dolixokefal olan avropoid görünüşlü insandır. Bundan əlavə Ukok şahzadəsi kimi tanınan başqa bir tapıntının da antropoloji göstəricilərini qeyd edim:
- rus tədqiqatçılarının hind-avropa mənşəli adlandırdığı Ukok şahzadəsinin baş quruluşu dolixokefal olub müasir sibir əhalisindən fərqlənir
- ensiz üzü və burnu onu daha çox qərbə yaxınlaşdırır.
- şahzadənin boyunun uzunluğu 168 sm olmuş və kostitusional antropologiyasına görə monqoloid qadınlardan çox fərqlənmişdir. Yəni müasir Sibir qadınları kimi qısa əl və ayaqlara deyil dolixomorf bədən quruluşuna - uzun əl və ayaqlara malik olmuşdur.
- diş və çənənin osteometrik ölçüləri onu daha çox avropa antropoloji ədədbiyyatlarında “nordik, mediternian,caucasiod” adlandırılan tiplərlə uyğunlaşdırır. ( nordik - Skandnavların aid olduğu tip, mediternian - aralıq dənizi tipi ilə eynilik təşkil edir, caucasiod - avropalıların qafqazlılara və onlara yaxın antropoloji göstəricilərə malik insanlara verdiyi ümumi irqi ad ) Maraqlıdır ki, Avropa ədəbiyyatlarında bu 3 tipin mənşəyi Qafqazda xüsusilədə Azərbaycanda axtarırlar.
- göz yuvaları geniş və nisbətən iri olan Ukok şahzadəsinin gözləri Türkiyə antropoloji ədəbiyyatlarında Azərbaycan və Anadolu türkləri üçün istifadə olunan “badəm gözlər” ifadəsinə daha çox uyğun gəlir. Yəni şahzadə badamı gözlərə malik olmuşdur. Gözləri enli və bir-birindən aralı yerləşmişdir.
Bütün bunlar Sibirin skif dönəmindən öncəki zamanda antropoloji quruluşunun avropoid olduğunu gösətirir. Ukok şahzadəsi, Pazırık mədəniyyəti və Andronova insanı ümumilikdə sakların ilk dönəmdə avropoid olduğunu göstərsədə, rus tədqiqatçıları siyasi məsələlərə görə bunu qəbul etmir və ari-fars kökənli olduğunu irəli sürürlər. Lakin son tədqiqatlar Ukok şahzadəsinin İran və Qafqazın köklü xalqına yəni türklərə qohum olduğunu genetik cəhətdən sübut etdi. Pazırık xalçası üzərindəki atlının təsviri də o dövr üçün mövcud olan çin təsvirlərindən avropoid görünüşlü olması ilə çox fərqlənir. Bütün bunların skiflərin etnik antropologiyası ilə əlaqəsi ondan ibarətdir ki: “iskitlər tarixin elə bir dönəmində, elə bir miqrasiya və köç şəraitində yaşamışlar ki, onların antropoloji göstəricilərində monqoloid cizgilərinə bir neçə faiz bəzəndə ümumiyyətlə heç rast gəlinmir. Ilk vaxtlarda sırf qara saçlı avropoid olan iskitlər öz tarixlərinin sonlarına yaxın cənubdan gələn monqoloid əhali ilə qarışmağa, eyni zamanda təbii coğrafi şəraitin nəticəsində dəyişməyə başlamışlar. Sözsüz ki, iskit dönəminin bitməsi iskitlərin yox olması demək deyil. Cənubdan gələn braxikefal monqoloid cizgili əhali ilə qarışan iskitlərin Sibirə yaxın ərazilərdə qalan hissəsi bizim eranın V-VI əsrlərində tarix səhnəsinə “hun” adı ilə çıxmışdır. Bəzi tarixçilər və antropoloqlar e.ə III minillikdə yaşayan prototürkləri, iskitləri, hunları bir-birindən ayıraraq fərqli şəkildə izah etməyə çalışırlar Hələ kuti, lullubi, turukki dönəmində Asiyaya köç edən türklərin gələcəkdə iskit, daha sonra isə hun adı ilə ortaya çıxdığını ya qəsdən yada bilmədən qeyd etmirlər.
Sovet dövrü antropoloqlarının bəzilərini çıxmaq şərtilə sözsü ki, əsas qismi dövrün və ya ideologiyanın tələbi ilə skiflərin mənşəyini ya tamamilə cənubi Asiyanın monqoloid əhalisinə bağlıyır ya da skif dönəmində Orta Asiyada və Sibirdə ağ irqə mənsub əhalinin mövcudluğunu inkar edirdilər. Məsələn sovet antropoloqu, 1950-ci ildə professor adını qazanmış, Orta Asiya və Qərbi Avropanın paleoantropologiyası üzrə mütəxəssis hesab olunan Tatyana Trofimova və həmin dövr tədqiqatçılarından olan Leonid Yablonski öz araşdırmlarının nəticəsi kimi qeyd edirdilər ki: “Orta Asiyanın Sibirə yaxın hissəsində müasir dövr taciklərin, qazaxların, qırğızların antropoloji xüsusiyyətlərini özündə birləşdirən skiflər olmuşlar. Andronova insanın skiflərin kökü ilə heç bir əlaqəsi yoxdur. Yalnız Tacikistan və Türkmənistanın cənub rayonlarında aralıq dənizi irqi ilə eyni antropoloji göstəriciləri daşıyan paleoantropoloji tapıntılara rast gəlmək olar” Sovet dövrünün türk anlayışına zidd tədqiqat işləri aparan antropoqları olsalar belə onlar da skiflərdə aralıq dənizi irqinin müxtəlif versiyalarının mövcud olduğunu təsdiq etmişlər. Lakin skiflərin antropoloji tipinin ağ irqə mənsub göstəricilərində səbəbkar kimi ari-fars mənşəli tayfaları və ya slavyanları qeyd edirdilər.
Skiflərin mənşəyi və xarici görünüşü ilə bağlı Q.F.Debeç, M.Q.Levin, V.P.Alekseyev, V.İ.Xarnatoviç kimi sovet antropoloqları həmfikir idilər. Onlar belə hesab edirdilər ki, özündə monqoloid və avropoid xüsusiyyətlərini daşıyan skiflərin heçdən var olması yəni ağ və sarı irqlərin qarışmasından yaranması fikrini inkar etmək düzgün deyil. Çünki Afansayeva və Andronova mədəniyyətinin nümayəndələri ilə skiflərin antropoloji göstəriciləri üst-üstə düşür. Yalnız cüzi fərqləri çıxmaq şərtilə.
1980-ci illərdə İ.İ.Qoxman əldə olunan tapıntıları yenidən təhlil edərək geniş bir ərazidə mövcud olan Skifiyanın əsas antropoloji tipinin ilk öncə avropoid olduğunu tam olaraq qəbul etdi. Daha sonrakı tədqiqatlarında o, Baykal gölündən Tuvaya qədər olan ərazidən tapılan kəllərin sırf avropoid irqinin dolixokefal, uzun sifətli varinatı olduğunu təsdiq etdi. Əlavə olaraq həmin tapıntıları aralıq dənizi irqinin qədim versiyası olduğunu bildirdi. Rus tarixçilərindən fərqli olaraq antropoloqları əldə olunan kəllələrin dəqiq analizini verməyə məcbur idilər. Çünki hansısa tarixi mənbəni gizlətmək və yox etmək mümkün olduğu halda antropoloji tapıntıların kökünü kəsmək mümkün deyil.
Ardı var...