"Xeberinfo.com": Əlibəy Hüseynzadə Türklərin hansı mədəniyyətə, necə böyük bir tarixi keçmişə, adət-ənənələrə sahib olduqlarını öz yazıları, əsərləri vasitəsilə cəmiyyətə çatdıraraq türk olduğunu unutmuş türklərə, türk olduqlarını xatırlatdı.
Böyük Azərbaycan ədibi Əlibəy Hüseynzadənin yolunu davam edirmək niyyəti ilə, türklərə türk olduğunu antropoloji mövqedən xatırlatmağa çalışacam. Türklərin etnik və fiziki antropologiyası eyni zamanda türklərin ata yurdu məsələsi bu məqalədə yer alacaq.
Çox qədim və tədqiqatı çətin tarixi keçmişə malik olan Türklərin etnik və fiziki antropologiyasını da tədqiq etmək çətindir.Vaxtilə nəhəng bir əraziyə malik olan qədim türk xalqlarının tarixinin öyrənilməsinin müəyyən obyektiv səbəbləri vardır : Türk xalqlarını birbirindən təcrid etmək, onların qədim dövlətə, mədəniyyətə malik olduğunu göstərməmək, yeni yaranmış nəslin dünyagörüşündə bu qədim xalqın qədimliyinin tarixi köklərinə aid baxışların dərin kök atmasına yol verməmək.
Rus və digər dünya tədqiqatçılarının Mərkəzi Asiya nəzəriyyəsini qəbul etməsindən sonra bu günə qədər, türklərin həm fiziki antropologiyası həmdə qədim tarixi şüphə yaradır. Bu nəzəriyyədən istifadə edərək, ya türklərin fiziki antropologiyasını ya da tarixini yalnış qələmə verirlər.
Misal olaraq ; 1925-1939-cu illərdə erməni mənşəli Nazan Maksudyan Türkiyədə Türk Antropoloji Məcmuasını təhlil etmiş və “türklərin barxikefal Alpin irqinin mükəmməl təmsilçiləri olduğu” qənaətinə gəlmişdir. Əslində Nazan Maksudyanın bu tədqiqatı başa düşüləndir. Səbəb “Mərkəzi Asiya” nəzəriyyəsinin Maksudyana subyektiv tədqiqat üçün verdiyi hüquqdur. Çünki nəzəriyyədə türklərin mərkəzi Asiyadan çıxdığını və bütün dünyaya yayıldığı göstərilir. Beləliklə o,Türkiyədəki türklərin oğuz türkləri ilə heç bir əlaqəsi olmadığı düşüncəsini yarada bilərdi. Nazan Maksudyan tarixdə sürüşdürmə yaratmaq məqsədilə, Türkiyədəki dolixokefal baş quruluşlu insanları tədqiqatdan kənar edərək, bütün Türkiyənin braxikefal olduğunu bildirdi. Nə qədər obyektiv tədqiqatçı olsa da heç kim düşmənin tarixini mükəmməl yazmaz. Çünki bu onun gələcək nəsilləri üçün problem yaradar. Nazan Maksudyanın tədqiqatları və ya digər tədqiqatçıların nəzəriyyələri məqsədyönlü şəkildə türkləri türklükdən uzaqlaşdırmaq, onlara fərqli bir tarix yazmaqla, türklərin heç vaxt dövlətçilik ənənlərinə, mədəniyyət yaratma qabilləyinə malik olmadığını aşıladı. Daha doğrusu aşılamağa çalışdılar. Çünki türklüyü Azəbaycan xalqının beynindən sildiyini düşünən SSRİ-nin zamanında belə, türklüyü, türk dili və mədəniyyətini təbliğ edən, qoruyub saxlayan ziyalılar vardı.
Türkiyə antropoloj araşdıramalarında belə bir cümlə yer alır : “ Türkler brakisefal, savaşçı ve beyaz bir ırk olan Andronovo İnsanları’nın soyundan gelirler”. Mərkəzi Asiya nəzəriyyə ilə tanışlıq insanda belə bir təsəvvür yaradır ki, monqoloid cizgilərinə malik olmayan türk əsl türk deyil, o sadəcə dilini dəyişərək türkcə danışmış və türkləşmişdir. Bu fikir kökündən yalnışdır. <!--[if !supportLineBreakNewLine]--> <!--[endif]-->
Paleantropoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Andronovo insanı yəni bu mədəniyyətin qurucuları miladdan öncə III-II minilliklərdə yaşamışlar. Andronovo insanı ağ irqə mənsub olmuş, kəskin çıxıntılı burun quruluşuna görə sarı irqdən fərqlənmişdir. Lakin yuxarıda Türkiyəli antropoloqlarının araşdırmalarında səhv ondan ibarətdir ki, onlar Andronovo insanını braxikefal göstərirlər. Lakin bütün tədqiqatlar Andronova insanın baş quruluşunun dolixokefal olduğunu göstərir. Ümumiyyətlə irqi göstəricilərdən hesab olunan baş quruluşu 3 qrupa bölünür: dolixokefal, mezokefal və braxikefal. Bu baş quruluşları göstəricilərlə təyin olunur. Bunun üçün xüsusi sürüşkən xətkeşə malik pərgar lazımdır. Bu pərgarın vasitəsilə: başın enlilik diametri və uzunluq diametri ölçülür, daha sonra enlilik diametrində alınan rəqəmi 100-ə vurub, başın uzunluq dimaterində alınan rəqəmə bölürlər :
(Be × 100) ÷ Bu
Hesablanma nəticəsində alınan qiyməti aşağıda verilmiş baş göstəricilərinə uyğunlaşdırılır və baş quruluşu tapılır (antropoloqların bir qismi bu rəqəmlər üçün standart aralıq qoymuşlar 70-88) :
*75.9-a qədər bəzəndə 76-ya qədər dolixokefal ;
*76-dan yuxarı 80.9-a qədər mezokefal ;
*81-dən yuxarı braxikefal.
Kərəm Məmmədovun “Antropologiyay Girş” adlı kitabında da qeyd olunur ki, Andronovo mədəniyyətinin qurucularının baş göstəricisi 74-76-dır. Türkiyə antropoloqları nədənsə bu baş quruluşunu braxikefal kimi göstərir. Həmçinin qeyd etmək yerinə düşər ki, Azərbaycan türklərinin aid olduğu Kaspi tipinin baş göstəriciləri də 75-76-dır. Bundan başqa "Çuvaş Respublikasının ərazisindəki Balanova qəbristanlığında əldə edilən paleoantropoloji materiallar burada da qədimdən dolixokefal antroploji tipə malik insanların yaşamalarını sübut edir. Antropoloqlar ensiz sifətli dolixokefal kəllə quruluşlu insanların Volqaboyuna miladdan əvvəl III-II minilliklərdə Cənubi Qafqazdan gəldiklərini qeyd edirlər. erkən dəmir dövründə də Şərqi Avropa əhalisinin əksəriyyətini skiflər təşkil edirdilər. Paleoantropoloji materiallar skiflərin dolixokefal və ensiz sifətli olduqlarını göstərir"
Türkiyəli tədqiqatçı Kamuran Gürünün Türkiyədə və Qafqazda apardığı tədqiqatlar zamanı məlum olmuşdur ki, “Türkiyənin mərkəzində braxikefal baş quruluşu, şərqində və cənubda isə dolixokefal baş quruluşu üstünlük təşkil edir. Braxikefal gürcülərdən və ermənilərdən fərqli olaraq Azərbaycan türklərinin baş quruluşu dolixokefaldır”. Kamuran Gürünün tədqiqatları ilə Nazan Maksudyanın tədiqatlarını müqayisə edəndə, Masksudyanın Türkiyənin dolixokefal əhalisini necə göz ardı etdiyini görmək mümkündür.
Andronovo mədəniyyətinin yarandığı dövrdə Azərbaycanda Kuti, lullubi və başqa türk tayfaları yaşayırdı. Antropoloqlar lullubiləri Aralıq dənizi irqinə aid edirlər. ( hansı ki, bu gün Azəbaycan vəTürkmənistan türkləri bu irqə aid olunur) Teodros Hami də kutiləri Şuşa azərbaycanlıları ilə eyniləşdirdi. Antropoloqlar həmin dövrdə Azərbaycan ərazisində yaşamış türk tayfalarının dolixokefal olduğunu bildirirlər. Həmçinin E.Resler, Q.F.Debets, R.D.Muğanlinski, O.Babakov, M.Q.Abduşelişvili, L.V.Oşanin və başqa antropoloqlar Cənubi Qafqaz və Türkmənistan əhalisininən qədim çağlardan müasir dövrə qədər eyni antropoloji tipin daşıyıcıları olduğunu yazmışlar .Eyni fikiri Cənubi Azərbaycan əhalisi haqqında başqa antropoloqlar da söyləyir.
Bütün qeyd olunanları analiz etmək üçün qısa şəkildə deyə bilərəm ki : Azərbaycanda dolixokefal, ağ irqə mənsub əhali yəni türklər ən qədim dövrlərdən yaşadığı halda( son tədqiqatlar hətta Şumerlərində türk olduğunu göstərir ) , Mərkəzi Asiyada bu tipə mənsub əhali e.ə III-II minillikdən etibarən yaşamağa başlamışdır. Buradan da açıq-aydın görünürki, türklər Mərkəzi Asiyadan deyil, Azərbaycandan çıxmış və dünyaya yayılmışdır. Və Mərkəzi Asiyanın monqoloid əhalisi ilə qarışan Andronova mədəniyyətinin nümayəndələri bu gün ki Mərkəzi Asiya türklərini formalaşdırmışdır.
Antropologiyanı dərindən və ya ümumiyyətlə bilməyən bəzi tarixçilər türklərin müasir tipik formasını və tarix səhnəsindəki məhşurluğunu nəzərə alaraq tarix boyu mövcud olan türkləri monqoloid adlandırırlar. Lakin antropoloqlar türklərin müxtəlif tarixi şəraitlərdə miqrasiyalarına, mələzləşmələrinə, və onların xarici görünüşündə baş verən dəyişikləri nəzərə alaraq yuxarıda qeyd etdiyim kimi ilk türklərin:
- monqoloid deyil, avropoid olduqlarını
- ata yurdlarının Mərkəzi Asiya deyil Azərbaycan olduğunu
- monqoloid cizgilərinin türklərdə e.ə II-I minilliklərdə formalaşmağa başladığını ( səbəb kimi iki amil göstərilir: birincisi türklərin Mərkəzi Asiyaya köçməsi ilə Cənubi Asiyadan gələn braxikefal monqoloid əhali ilə qarışması ; ikincisi soyuq və sərt iqlimə köç edən türklərin qum,toz və qar fırtınasından gözlərinin qıyıqlaşması, epikantusun yaranması yəni gözün üst qapağının dərisinin kipriklərə doğru qatlanması və gözü qoruması, dərilərinin coğrafi mühitə uyğunlaşaraq mis-qızılı-sarımtıl rəngə çevrilməsi, burunlarının isti və quru iqlimdə yastılaşması, nisbətən enliləşməsi. Mərkəzi Asiya türklərindən fərqli olaraq Sibir əhalisinin burunu düz və az enli bəzəndə ensizdir. )
- köçün istiqamətinin Xəzər dənizinin şimalından Volqaboyuna, cənubdan isə Mərkəzi Asiyaya, Mərkəzi Asiyadan Şimal-şərqi Asiyaya, oradan da Amerikaya doğru olmasını ( sübut kimi Andronova və Afanasyevo mədəniyyətlərinin qurucularını,Volqaboyundan və Asiyadan - Pazırık kurqanlarıdan tapılmış paleoantropoloji tapıntları və Şimali Amerika hindularının - qızıldərililərinin etnoqrafiyasını, linqivistikasını və antropoloji quruluşlarını göstərmək olar)
Tanınmış rus antropoloqları ( Debets, Resler, Bunak və b. ) Azərbaycandan Mərkəzi Asiyaya köç etmiş və monqoloid göstəricilərini özündə birləşdirən türklərin geri yəni qərbə doğru qayıdışını saqa (skif) və hun dövrünə aid edirlər. Və atayurda qayıdış zamanı skiflərin kutilərdən cuzi fərqləndiyini antropoloqlar qeyd edirlər.
Maraqlı bir məqamı nəzərənizə çatdırım :Türkiyəli yazar Emine Uşakgilin 455 səhvəlik “Mənim Cümhuriyyətim” kitabında maraqlı bir qeyd var. Emine Uşakgilin yazdığına görə "1930-cu illərdə baş ölçmə məhşur imiş. 1932-ci ildə iyun ayında Tarix konqresində Türkiyəli alim, tibb üzrə mütəxəssis, antropoloq Şevket Aziz Kansu Atatürkə xitabən “Ey Şanslı Dolixokeafal” deyə sözlərinə başlayır. Hətta Atatürkə bir də başölçmə aləti hədiyyə etmişdir. Atatürk bu alətlə ətrafındakıların başını ölçmüş, və çox hissəsi “saf qan” (dolixokefal) olmadıqları üçün çox üzülmüşlər."
Saf qan ifadəsi ilə aydın olurki, Türklərin dolixokefal hissəsi xüsusilədə Azərbaycan türkləri müasir türklərin ulu babalarıdır. Türklərin atayurdu Azərbaycandır..
Zamin Qafarov Adnalı