Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TÜRKLƏR KİMDİR VƏ KİMLƏRDƏN İBARƏTDİR ?

 

 

"Xeberinfo.com":  III hissə - İskitlər

AVROASİYADA İSKİTLƏR: 

1960-61-ci illərdə sovet arxeoloqu Aleksandr Daniloviç Qraç Tuvaya arxeoloji ekspedisiya təşkil edir. Arxeoloji qazıntılar nəticəsində iskit dönəminə aid maddi mədəniyyət nümunələri ilə yanaşı kəllə sümükləri də aşkar olunur. Həmin sümüklərin əsas qisimi 40 yaşdan yuxarı insanlara az qismi isə uşaqlara aid idi. Sümüklər təhlil edilir və rus ictimaiyyətinə 1968-ci ildə sovet antropoloqu Vitali Veniaminoviç Qinzburq tərəfindən təqdim olunur.

Əldə olunmuş kəllərin 18-i kişi, 19-u isə qadın kəlləsi idi. Kəllə qutularındakı ilk, keçid, və son dövrlər özünü açıq aydın göstərirdi. Bu dövrlərin nə olduğunu qeyd etməmişdən öncə, Qinzburqun bu kəllə qutularını hansı tiplərə aid etdiyini bildirim: avropoid, nisbətən monqoloid, metis, Orta Asiya tipi. Maraqlı burasındadır ki, Qinzburq bu kəllə qutularından bir neçəsini müasir dövrdə avropa ədəbiyyatlarında  nordik-iranian adlandırılan tipə aid etmişdi. Və o tipin ikiçayarasında yəni Mesopotamiyada tunc dövründə mövcud olduğunu bildirmişdi. Nordik-iranian tipi bəzi antropoloqlara görə ari-fars kökənli tayfalarla bağlıdır. Çex antropoloqlarının fikrincə bu tipin ari-fars kökənli tayfalarla əlaqəsi məntiqsizdir. Çünki “nordik” ifadəsi Avropada yaşayan dolixokefal, uzun sifətli əhaliyə aid olunur. İbarənin ikinci hissəsi yəni “iranian” keçmişdə və müasir dövrdə yaşayan farslara aiddir. Qısaca desək, nordik-iranian ifadəsi çex antropoloqlarına görə dolixokefal fars deməkdir. Farsların istər qədim dövrdə yaşayan qismi olsun istərəsədə müasir dövrdəki sələfləri olsun, onlar heç zaman dolixokefal olmayıblar. Deməli rus antropoloqlarından əlavə Avropadakı bəzi antropoloqlarda reallığa başqa cür yanaşmaqla, hind-avropa ailəsini vahid bir kökdə birləşdirməyə çalışır. Çex antropolqlarının fikrini əsas götürsək görərki, Mesopotamiyada dolixokefal əhalinin fars yox, prototürk adlandırılması daha düzgündür.

Qinzburqun dövrləşməsi onu göstərir ki: iskitlər ilk dövrdə avropoid; orta dövrdə yəni Skifiyanın mövcud olması dövründə metis və avropoid; son dövrdə - Skifiyanın süqutu və iskit-hun keçid dövründə metis və monqoloid olmuşlar. Qinzburqun bu dövrləşməsi sırf Tuvada və ona yaxın ərazilərdə  aparılan tədqiqatlarına əsaslanırdı. II hissədə də qeyd etmişdin ki, Skifiya geniş bir ərazində mövcud olmuşdu və fərqli-fərqli etnik qruplar yaşayırdılar. Buna görədə İskit dönəmini müxtəlif dövrlərə ayırmaq doğru hesab olunmaya bilər. Əks arqument kimi bildirmək lazımdır ki: ilk dövrdə yəni andronova insanın soyundan gələn iskitlər avropoid olmuşlar və “çar skifləri” yəni hakimiyyətdə olan təbəqə də həmin andronovo insanın soyundan gələn hakimlər idilər. Andronovo insanın avropoid olduğunu artıq qeyd etmişəm. Deməli ilk dövrdə sadəcə kiçik qrup və ya yeni torpaqlar tutmaq niyyətilə köç edən savaşçı qrup həmin soydan gələnlərdir. Artıq sonrakı dövrdə Skifiyanı yaradan döyüşçülər məntiqi olaraq hakimə, hökmdara, çara çevrilmişdilər. Məhz buna görə də bütün dünya antropoloqları çar skiflərinin avropoid olduğunu şüphəsiz qədul edir.


Etnos şəklində avropoid, geniş çarlıq şəkilində avropoid və metis ( bəzəndə monqoloid ), Skifiyadan sonrakı dövrdə yəni hakim təbəqənin süqutu nəticəsində metis və monqoloid. Qinzburqun və digər antropolqların dövrləşmədəki səhvləri ondan ibarət idiki, onlar bir hakim etnosun dövlətin dağılması ilə məhvini yəni tamamilə yox olmasını eyni hesab edirdilər. Lakin Anadoluda və Azərbaycanda məskunlaşan “savaşçı iskitlər” haqqında heç bir fikir irəli sürülmür. Gələcəkdə Azərbaycanda və Anadoluda sırf iskit dönəmi ilə bağlı arxeoloji qazıntılar aparılsa böyük ehtimalla aşkar olunacaq sümüklər, hətta Skifiyadan sonrakı dövrdə belə qeyd olunan ərazilərdə yaşayan iskitlərin hələdə hakim etnosa məxsus antropoloji quruluşu saxladığını göstərəcək. O zaman biz Qinzburqun dövrləşməsindəki yanlışın Azərbaycanı və Anadolunu həmin dövrləşməyə daxil etməmisində olduğunu görəcəyik.

İskitlərlə bağlı Avropa antropologiyası xüsusilə - çex, alman və italiyan antropoloqları maraqlı fikir irəli sürmüşlər. Onların fikrincə İskitlərin yaratdığı Skifiya insan irqlərinin formalaşmasına və fərqliləşməsinə böyük təsir göstərmişdi. Nəticə etibarilə Skifiya dağıldıqdan sonra Avropadan Asiyanın mərkəzinə qədər bu tiplər formalaşmışdı: Nordik, Dinarik, Mediterranian, Alpin, cənubi Baltik, Dravid və s. Sonrakı tədqiqatlarda hətta Dravid tipinin belə ari-iskit qarışmasından meydana gəldiyi fikrini irəli sürmüşdülər. Bu fikrin reallıqla əlaqəsi nə qədərdir, demək çətindir amma Skifiyanın mövcudluğu həqiqətən də Avrasiyadakı tiplərə böyük təsir göstərmişdi.



2002-ci ildə Xarkov universietinin arxeoloqu V. N. Karazin hələ 50-ci illərdə P.D.Liberova tərəfindən Volkovskova rayonunda aşkar olunan sümüklərdən əlavə skif dönəminə aid yeni sümüklər tapdı. Həmin tapıntıların araşdırlması üçün Avropanın müxtəlif yerlərindən antropoloqlar dəvət olundu. Həmin vaxt rus antropoloqları belə bir fərziyyə ilə çıxış etmişdilər ki: Sibirdən Ukraynaya qədər yayılan bu etnosun əsasını “slavyanlar” təşkil etmişlər və buna görədə həmin tapıntı iskit yox slavyan adlandırılsın. Lakin araşdırmalar nəticəsində məlum olduki, həmin ərazidə hakim nəslin nümayəndələrindən başqa sadə əhali arasında da dolixokefal baş quruluşu yayılmışdı. Buna görədə həmin tapıntıları slavyan adlandırmaq qeyri-mümkün idi.

Bəli, həmin tapıntılar slavyan yox iskit adlandırıldı. Lakin iskitlərin kökünü yenidən ari-fars mənşəli tayfalara bağladılar. Bunun əsas səbəbi ondan ibarət idiki, əgər iskitləri türk mənşəli olaraq qəbul etsəydilər gərək Avopada bir neçə xalqın etnogenez prosesində hunlardan əlavə başqa türk tayfalarınında iştirak etdiyini qəbul edəydilər. Bu isə prinsip etibarilə doğru deyildi. Lakin reallıq budur ki, iskitlər hunlar qədər olmasada Avropanın etnogenezisinə təsir göstəriblər. Buna sübut kimi Macar antropoloqları bu gün Macarıstanda sadə kənd əhalisi arasında daha geniş yayılan və macar antropoloqlarına görə hunlara qədər macarların əsas antropoloji quruluşu olan “dinarik” antropoloji tipini göstərirlər. Onların fikrincə Dinarik tipi iskit soyundan birbaşa və ya qarışıq şəkildə gələn əhaliyə aiddir. İskitlərdən fərqli cəhəti bu tipin mezokefal olmasıdır. Avropoid olan dinarik əhali bütün avropa əhalisindən yalnız burnun haça hissəsinin ( burnun qığırdağa qədər olan hissəsi ilə burnun başlanğıcı arasındakı dik hissə ) çox çıxıntılı olmasıdır. Armenoiddən fərqli olaraq bu hissənin çox çıxıntılı olması buruna əyrilik vermir. Əksinə burun düz və ensizdir.

İskitlərin Avropaya doğru yönəlmiş hissəsində monqoloidlik axtarmaq doğru deyil. Çünki yuxarıda da qeyd etmişdim ki, Qinzburqun fikrincə ilk və orta dövr iskitləri avropoid olmuşlar. Lakin rus antropoqları Avropadakı axtarışlarından sanki bixəbərmiş kimi Mərkəzi Asiyada monqoloid quruluşlu iskit axtarışına çıxmışdılar. 1980-ci ildə Aymırlıqda (Qoxman), 1987- cil də isə Tumendə ( Qoxman, Alekseyev ) aparılan araşdırmalar iskitləri ari-fars kökənli monqoloid bir etnos kimi qəbul etməyə məcbur etdi. Lakin 2008-2010-cu illərdə MDU-nun antropoloqu Çikişeva tərəfindən həmin ərazilərdə aparılan araşdırmalar sübut etdiki : iskitlərdə monqoloidlik göstəricisi cənubdan gələn əhali ilə qarışma nəticəsində yaranmışdı. Və iskit dönəmində həmin əhali ümumi Skifiyanın bir neçə faizini təşkil edir. Sıralamaya gör Skifiyada : avropoid, metis, avropoid (qeyri-türk), dördüncü və ən az qismini monqoloid təşkil edirdi. Qoxman və Alekseyevin tədqiqatları yalnız dövrün ideologiyasına əsaslanırdı.Əlavə olaraq bildirmək lazımdır Çikişevadan öncə 2007-ci ildə Kozinçev “iskitlərin Asiya mənşəli monqoloid əhalidən törəmə” olduğu fikrini daha doğrusu fərziyyəsini müzakirə etməyin belə mənasız olduğunu bildirmişdi. Çünki bütün faktlar iskitlərin avropoid olduğunu və onların Şərq kökənli deyil, Avropa və Asiyanın kəsişməsində bir yerdən çox-çox əvvəl gəldiyini sübut edir.

Avropa və Asiyanın kəsişməsində bir yer sözsüz ki, Qafqaz daha dəqiq desək Azərbaycandır. Kozinçevin fikri bu gün Azərbaycanda qəbul olunan Urmiya nəzəriyyəsinin sübutundan xəbər verir. Həmçinin 6 min il öncəyə aid Azərbaycanın müxtəlif yerlərində tapılan kəllə qutularının sahibləri olan prototürklərin, iskitlərin ataları olduğunu açıq aydın göstərir. Əgər Kozinçevin fikrini müasir dövrə Çikişevdə təsdiq edirsə deməli türkün tarixi Türkiyə antropoloqlarının və tarixçilərinin dediyi kimi 3 min il yox, 6 min ildir.

 

                                        Ardı var...

Müəllif:

Bakı Dövlət Universiteti

Tarix fakültəsi, Antropologiya ixtisasının

Son kurs tələbəsi Zamin Qafar Adnalı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam