Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İDLİB DÜYÜNÜ: -Ərdoğan başa düşür ki, Rusiya ondan narazıdır

Maksim Suçkov

“Əl-Monitor”, 05.06.2019

 

Bazar ertəsi günü Rusiya BMT Təhlükəsizlik Şurasının İdlibə dair bəyanatını bloklayıb. Belçika, Almaniya və Küveytin təşəbbüsçüsü olduğu bəyanat Suriyanın şimal-qərbindəki mülki əhali və infrastrukturlara davam edən hücumu qınayırdı.

Yenixeber.org: Rusiyanın BMT missiyası ittihamlara “Twitter” vasitəsilə cavab verib: “Sənəd layihəsində İdlibın “Heyət Təhrir əl-Şam” (HTS) terror qrupu tərəfindən idarə olunduğu qeyd olunmur… BMT Təhlükəsizlik Şurasındakı həmkarlarımız yanlış yanaşma seçiblər”.

Rusiya tərəfindən dəstəklənən Suriya ordusunun İdlibə hücumu ötən ilin yayından gözlənilirdi, lakin son bir neçə ay ərzində tədricən baş verib. Rusiya Bəşər Əsədin, İdlib və şimal-şərq əraziləri daxil olmaqla, bütün Suriyan geri qaytarmasında maraqlıdır.

İdliblə bağlı qarşıdurma Moskvaya Türkiyə ilə böyük xarici siyasət oyunu qurmaq imkanı verib. Bu oyun Moskva və Ankaranı ikitərəfli hərbi-texniki əməkdaşlıq kimi digər məsələdə də yaxınlaşdıracaq. Vladimir Putin 2018-ci ilin sentyabrında Ərdoğana Soçi müqaviləsini imzaladıb və HTS problemini həll etmək də daxil olmaqla, bir sıra ciddi öhdəliklər sırıdıb. Ancaq bu öhdəlikləri tam yerinə yetirmək çətindir.

Türkiyə özünə sadiq müxalif qüvvələri terrorçu qruplardan ayıra bilməyib və Moskva daha qəti hərəkətə keçmə tələbi irəli sürüb. Moskvanın rəyincə, İdlib nəzarətdən kənar vəziyyətdədir, çünki HTS öz mövqelərini möhkəmləndirir.

Bundan başqa, ruslar özləri suriyalılar və iranlıların təzyiqi altında qalırlar, çünki Türkiyə vəd etdiyi sözləri yerinə yetirməyib.

Rusiya Ərdoğana təzyiq etmək üçün bombardımanlarla “hərbi mesaj” göndərir. Ruslar türk mövqelərini hədəf almasa da, suriyalıların bunu etməsinə göz yumurlar.

Ərdoğan bilir ki, Moskva ondan ağıllı oyun gözləyir. Son bir neçə həftədə Putinlə telefon danışıqlarında Ərdoğan Moskva ilə Ankara arasında ixtilafda Dəməşqi günahlandırıb. O, HTS-lə əlaqədar Rusiyanın Türkiyədən narazı olduğunu da başa düşür.

Telefon söhbətləri Türkiyənin İdlib şəhərindəki müxalifət qruplara silah göndərməsinə dair xəbərlərdən bir neçə gün sonra olub. “Reuters”-in verdiyi məlumata görə, silahlar Türkiyəyə sadiq qüvvələrə Suriya ordusunun hücumuna maneə törətmək üçündür.

Bir türk hərbi konvoyu mayın 26-da Rusiya və Suriya təyyarələrinin bir neçə həftədə zərbə endirdiyi bölgə olan Cəbəl əl-Zəviya yaxınlığındakı bazaya gəlib. Kfar Nabuda adlı strateji şəhəri almağa və Suriya ordusunu geri çəkməyə kömək etmək üçün göndərilən zirehli vasitələr rus istehsalı olub. Həmin silahlar 2000-ci illərdə ikitərəfli hərbi müqavilələr əsasında Rusiyadan gətirilib.

Bu xəbər Kremlin ekspertlərini qəzəbləndirib. Amma Moskva Türkiyəni İdlib probleminə cəlb etmək üçün hər cür fürsət tapır və heç bir üçüncü tərəfi, xüsusilə də amerikalılar və avropalıları oyuna qatmır. Buna görə də, BMT-nin bəyanatına sədd çəkib.

“Burada hər kəs öz oyununu oynayır, – deyə bir rus diplomatı “əl-Monitor”a bildirib. – Amerikalılar indi bizimlə türklər arasında ayrılıq salmaq üçün fürsət axtarır. “S-400”-ün çatdırılmasına gəldikdə, Ərdoğanın ifadələri səmimi görünür, amma digər potensial hərbi müqavilələrə dair heç bir şey qeyri-müəyyəndir, buna görə də Ankara ilə olan mübahisələr onların xeyrinə işləyir.

Avropalılara gəlincə, hələ də oyunda olduqları təəssüratı yaratmaq istəyirlər. Ancaq konstruktiv variantların yoxluğundan edə biləcəkləri yeganə şey mənəvi məsuliyyətə məcbur etmək üçün bəyanatlar vermək və sənədlər təklif etməkdir. Biz orada terroristlərlə mübarizə aparırıq və ilk növbədə, avropalılar və amerikalılar öz gözündə çöp axtarmalıdırlar”.

Kremlin sözçüsü Dmitri Peskov prezident Donald Trampın İdlibə hücumu dayandırmaq çağırışlarına bənzər təpki verib. İyunun 3-də mətbuat konfransında o deyib ki, böhranın həlli üçün yeganə yol Türkiyənin Soçi razılaşmalarına uyğun hərəkət etməsidir. “Rusiya terroristlərin İdlibdən hücumunun qarşısını almaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirir”.

Ərdoğanın da Rusiyanın nə etməsinə dair öz fikirləri var. Bu vəziyyətdə kürd məsələsi sövdə predmeti ola bilər. Ya da Suriyanın bu hissəsində Türkiyənin təsir göstərə biləcəyi bəzi proksi qüvvələrini gələcək yerli hökumətə daxil edilməsi. Hər iki halda, İdlibdə gərginliyin daha d artması ehtimalı böyükdür.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam