Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PUTİN RUSİYASI UÇURUMA YAXINLAŞIR:ört-basdır edilən inflyasiya, yeməyə, geyimə pulu çatmayan rusiyalılar... – Araşdırma

Olqa Solovyova

Nezavisimaya gazeta, 12.03.2019

 

Hələlik təkcə Rusiya məmurları rusiyalıların maddi durumu haqda nikbinliklə doludurlar. RF vətəndaşlarının özləri isə maddi rifahlarının pisləşdiyindən xəbər verirlər. 

Yenixeber.org: Demək olar, üçdə biri hesab edir ki, onların maddi durumu son aylarda pisləşib, hər beşincisi isə bu il boyunca sonrakı pisləşməni gözləyir. Ən yaxın gələcəkdə maaşının azalmaq imkanını istisna etməyənlər qismi də çoxalır. Və sosioloqların sorğuladığı bütün vətəndaşlardansa pensiyaqabağı adamlar içində belə bədbinlərin sayı gözəçarpar dərəcədə yuxarıdır.

“İctimai rəy” fondunun (İRF) sorğularından irəli gəldiyi kimi, sorğuya tutulan 1500 rusiyalıdan cəmi 6%-inin maddi durumu yaxşılaşıb, 31%-ininki pisləşib, 62%-də isə heç bir dəyişiklik qeydə alınmayıb. Mənfi əhvali-ruhiyyə çoxalır. İRF-in yada saldığı kimi, haradasa, bir il qabaq sorğulananların maddi durumun yaxşılaşdığından 9%-i, pisləşmə haqda isə 18%-i xəbər verirdi, təxminən, 72 % iddia edirdi ki, onlarda heç bir mənalı dəyişiklik baş verməyib.

Rusiyalılar cari durumu da ehtiyatla dəyərləndirirlər. Sosioloqlar məlumat verirlər – yalnız hər onuncu bu günki maddi durumunu yaxşı, sorğulananların 27%-i pis, 60%-dən çoxu orta hesab edir. Təxminən, bir il qabaq durum bir az yaxşıydı: rusiyalıların 15%-i öz cari durumunu yaxşı, 22%-i pis, sorğulananların 63%-i orta hesab edirdi.

Bundan savayı, hər on rusiyalıdan biri boynuna alır ki, hətta yeməyə də pulu çatmır, hər dördüncüyə geyim pulu bəs etmir, hər üçüncünün isə məişət texnikasını almağa gücü yetmir.

Bununla yanaşı, yaşayış məntəqəsinin tipindən asılı olaraq durum fərqlənir. Məsələn, kiçik şəhər və kəndlərdə artıq hər üçüncü adamın paltar almağa pulu bəs etmir.

Sosioloqlar xəbər verirlər ki, bütün sorğulananlardan yalnız hər beşindən biri ən yaxın illərdə durumun yaxşılaşacağını gözləyir. Vətəndaşların 22%-ə yaxını qarşıdakı ildə öz maddi vəziyyətinin pisləşəcəyini gözləyir, sorğulananların 37%-i heç bir dəyişiklik gözləmir. Həm də bu halda ölkənin ən böyük şəhərlərinin sakinləri öz gözləntilərində daha bədbin olublar. Rusiyalıların mənfi əhvali-ruhiyyəsi son bir ildə güclənib. Məsələn, bir il qabaq vətəndaşların yalnız 12%-i maddi durumunun pisləşəcəyini gözləyir, sorğulananların 30%-isə yaxşılaşmağa ümid edirdi.

“Nielsen” şirkətində “İstehlakçı rifahının dəyişilməsi” adıyla aparılan araşdırmanın yekunları üzrə məlumat veriblər ki, Rusiyada araşdırma iştiraskçıları 2014-cü illə müqayisədə yemək almağa və kommunal xidmətlərin hesabını ödəməyə daha çox pul xərcləməyə başlayıb. Bununla yanaşı, sorğulananların ancaq 3%-i etiraf edib ki, pulu sərbəst işlədə bilir. “Nielsen”də qeyd edirlər – “34% öz maliyyə durumunu rahat dəyərləndirir, 63%-də isə vəsait ancaq ən lazımi şeylərə bəs edir. Dünyada orta qiymət nikbin görünür – uyğun olaraq 15%, 53% və 32%”.

Rusiyalılar öz maddi durumlarının sadəcə mücərrəd şəkildə pisləşəcəyini gözləmir, tamamilə konkret problemlərdən qorxurlar – özəlliklə cari ildə əməkhaqqının azalacağından. Bu, Maliyyə Araşdırmaları Milli Assosiasiyasının (MAMA) apardığı araşdırmalardan irəli gəlir. Mütəxəssislər 140 yaşayış məntəqəsindən 1600 respondenti sorğulayıb və pis nəticəyə gəliblər. MAMA-da məlumat verirlər: “Maaşların azalacağını gözləyən rusiyalıların sayı 2017-ci ilin sonundan bəri 5 faiz bəndlə (f. b.) artıb”.

Həm də 55 yaşlı və daha yaşlıların arasında bədbin köklənənlərin payı bütün sorğulananlar içindəkindən çoxdur: bu halda artıq 14% bu il boyunca öz maaş səviyyəsinin azalacağını gözləyir. Ali təhsilli rusiyalılar arasında da bədbinlərin sayı bütün sorğulananların içindəkindən çoxdur. Ali məktəb bitirənlər içində 12% hesab edir ki, maaşları il boyunca azalacaq, halbuki orta və xüsusu təhsilli şəxslər arasında belə bədbinlərin sayı aşağıdır – 9%.

Bununla belə, MAMA-da qeyd  etdikləri kimi, rusiyalıların yarısı (53%) yenə də güman edir ki, 2019-da məvaciblərinin həcmi dəyişməyəcək, 29%-i isə hətta donluğun atracağını gözləyir…

… “NG” ekspertlərinin fikrincə, bu qədər mənfi əhvali-ruhiyyədə qəribə heç nə yoxdur. “Brokerin kəşfi” şirkətinin analitiki Timur Niqmatullin rusiyalıların gerçəkdən sərəncamında olan gəlirləri xatırladır. O deyir: “Qeyd etməyinə dəyər ki, gerçək gəlirlər artıq bir neçə ildir azalır. Bu, indi 2013-cü ildəkindən, təxminən, 11% azdır”.

İkinci səbəb – kredit üzrə faizlərin artımıdır. Yəni, onun sözlərinə görə, ev təsərrüfatları ikinci yarımildə gəlirlərin azalmasını kreditləşmə hesabına tarazlamaq imkanına malik deyildi və bəzi hallarda istehlakı azaltmağa məcbur idi.

“Mani Fani” şirkətinin baş direktoru Aleksandr Şustov hesab edir ki, gerçək müşahidə olunan inflyasiya ildə 10-12 faiz təşkil edir, statistika idarələri isə 4-5% haqda məlumat verir – bu da bədbinliyə hansısa qəzəbi əlavə edir.  

“Rusiyanın dayağı” təşkilatının birinci vitse-prezidenti Pavel Siqal qeyd edir ki, sürətlənən inflyasiya, publun valyuta bazarındakı dayanıqsız durumu və Rusiya iqtisadiyyatı üçün başqa mənfi amillər rusiyalıların əhvali-ruhiyyəsinə birbaşa təsir edir. Ekspert xəbərdarlıq edir: “Belə dəyişikliklər aşağı və ya orta gəlirli vətəndaşlar üçün ailə büdcəsinə zərbə vurmaq iqtidarındadır”.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam