Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Levada Mərkəzi”:"Rusiyalıların 82%-i ukraynalılara yaxşı yanaşır" -SORĞU

Rusiya və Ukraynada keçirilən sosial sorğunun nəticələrinə əsasən rusiyalıların 82%-i ukraynalılara yaxşı yanaşır. Ukraynada isə respondentlərin 77%-i rusiyalılara yaxşı münasibət göstərir. Bu göstəricilər Rusiyanın “Levada Mərkəzi” və Ukraynanın Beynəlxalq Sosiloji İnstitutunun birgə keçirdiyi araşdırmasının nəticələrində öz əksini tapıb.

Yenixeber.org: “Son üç il ərzində Rusiya sakinləri arasında ukraynanılara qarşı münasibət əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ukrayna cəmiyyətində də ruslara qarşı az da olsa analoji olaraq yaxşılığa doğru dəyişikliklər var”, “Levada Mərkəzi”nin hesabatında yazılıb.

Rusiyalıların 13%-i ukraynalılara pis yanaşır. Rusiyalılara pis yanaşan ukraynalıların sayı isə 14%-dir.

Rusiyalıların 85%-i Ukrayna hakimiyyəti haqda mənfi fikirdədir. Ukraynalılar arasında Rusiya hakimiyyəti haqda suala respondentlərin 69%-i eyni cavab verib.

Rusiyalıların və ukraynalıların demək olar ki yarısı, 52% və 48%-i ölkələrin müstəqil olmasını, lakin arada sərhəd, viza və gömrük rejiminin olmamasını istəyir. Rusiyada respondentlərin 17%-i iki ölkənin bir dövlət olmasının tərəfdarıdır. Ukraynada bu göstərici 4%-dir.

“Rusiya vətəndaşları tərəfindən Ukrayna hökümətinə qarşı və Ukrayna vətəndaşları tərəfindən Rusiya hökümətinə qarşı əhəmiyyətli dərəcədə mənfi münasibətə baxmayaraq, respondentlər arasında 2016-cı ildən 2019-cu ilədək ölkələrin hakimiyyətinə qarşı müsbət fikirdə olanların sayı az da olsa artıb”, “Levada”nın hesabatında bildirilir.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam