İRANLILAR BAKIDA HANSI QİYMƏTƏ EV ALIR? –Ermənistan və Gürcüstanda qiymət onlar üçün daha sərfəlidir - ARAŞDIRMA
“Khabaronline. ir” 21.01.2019
Hökumətlər həmişə öz vətəndaşlarını mənzillərlə təmin etmək üçün xüsusi proqramlar hazırlayır və miqrantları qəbul etməli olan bəzi ölkələr, əslində, bunu sığınacaq axtaran şəxsləri daimi məskunlaşdırma üçün təşviq vasitəsi hesab edirlər.
Yenixeber.org: İranın mənzil bazarı balanssız tələb-təkliflə əlaqədar xüsusi bir mövqedə olsa da, bu bazarda sərmayəçilər yeganə istehsalçı deyil; digər ölkələrdəki mənzil qiymətləri, eləcə də əməkhaqqı bəzən potensial tələbatı faktiki olaraq müəyyən edir.
Ev təsərrüfatlarında mənzilin əhəmiyyəti Dünya Mənzil və Ev Təsərrüfatlarının Tədqiqi Mərkəzinin hər il müxtəlif ölkələrdə mənzil qiymətlərini müqayisə etmək məqsədilə apardığı araşdırmada əks olunub.
“Mənzil Qiymətləri İndeksi” adlandırılan cədvəldə fərqli ölklərdəki qiymətləri müqayisə etmək mümkündür.
2018-ci ilin “Mənzil Qiyməti İndeksi”nə əsasən, İranın paytaxtında hər kvadrat metr yaşayış yerinin qiyməti 2070 $ olub. Bu rəqəm dünyada 1 kvadrat metrə düşən orta qiymətə görə ölkəmizi dünyada 48-ci sıraya qoyur.
Qeyd edək ki, hesabat İran iqtisadiyyatının hələ inflyasiya fırtınası və milli valyutanın məzənnə itkisindən əvvəl hazırlanıb.
Xarici valyuta (dollar – $) qiymətinin kəskin artması və milli valyutanın dəyərinin azalması, şübhəsiz ki, digər ölkələrə nisbətən mənzil qiymətini ucuzlaşdırır, lakin satınalma gücü ilə müqayisədə artan qiymətlər üçün zəmin yaradır.
Başqa sözlə, İranda bahalı dollar ölkəni dollar gəliri olan və rial xərcləyənlər üçün ucuz edir.
Hesabat göstərir ki, yaşayış yeri İranda faktiki satınalma gücünə nisbətdə çox bahalı əmtəədir. Statistika göstərir ki, keçən il İranda 1 kvadrat metrə görə qiymət 4 milyon tümən olub; qiymətlərin kəskin artması ilə bu il o, 10 milyon tüməndən yüksəyə çıxıb.
Tədqiqat zamanı mənzilin çoxotaqlı və ya yaşayış binası olması əsas götürülür, torpaq və ya villanın satınalma qiyməti nəzərə alınmır.
Dünyanın ən bahalı mənzili haradadır?
Bu kateqoriyada Honq-Konq dünyanın ən bahalı mənzil bazarına malikdir. Bu ölkədə 1 kvadrat metr təxminən 29.180 dollara başa gəlir. Honq-Kong çiçəklənir və firavandır, ölkədə xarici investorların mövcudluğu daşınmaz əmlak bazarına təsirini göstərib.
Bəzi hesablamalar göstərir ki, Honq-Konqun əmlak bazarının müştəriləri ən çox Çin, Yaponiya, Rusiya və digər Asiya dövlətlərin vətəndaşlarıdır.
Qətər və Əmirlikdə mənzil İrana nisbətən daha bahadır
Hesabata görə, BƏƏ paytaxtında 1 kvadrat metrin orta qiyməti 2.705 $, Qətərdə isə 4.558 dollardır, ancaq İranın digər qonşularında yaşayış binasında 1 kvadrat metrin alış qiyməti nisbətən aşağıdır.
Göründüyü kimi, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdə yaşayış evlərinin dəyəri bu ölkələrdə çoxsaylı transmilli şirkətlərin iştirakı ilə geniş biznes sahəsinə çevrilir.
Bu iki ölkə xaricində 2018-ci ildə İraq, Rusiya, Ermənistan, Türkiyə, Azərbaycan, Qazaxıstan və Pakistanda mənzillərin orta qiyməti İrana nisbətən ucuzdur.
Bəzi digər ölkələr, əlbəttə, mənzil qiymətləri ilə bağlı dəqiq məlumat verməyib.
Məsələn, rusiyalılar ölkənin əsas şəhərlərində, mərkəzdə 1 kvadrat metrə 1.390 $ ödəməli olacaq; iraqlılar 1 kvadrat metrə bərabər mənzilə 1289 dollara sahib ola bilərlər. Ermənistanda 1 kvadrat metrin orta qiyməti – 1.194 $, Türkiyədə – 1049 $, Azərbaycanda – 1.328 $, Qazaxıstanda – 958 $, Gürcüstanda – 937 $, Pakistanda – 756 $ təşkil edib.
Hesabatda deyildiyi kimi, yalnız 89 ölkə mənzil qiymətləri ilə bağlı dəqiq statistik məlumatlar verib və İran onların arasında 48-ci yerdədir.
Bu reytinq siyahının əvvəlində gələn Honq-Konqla – ən yüksək mənzil qiymətlərindən başlayır.
Misir mənzil qiymətləri siyahısının sonunda gəlir. Digər ölkələrlə müqayisədə təvazökar misirlilər yaşayış yerinin 1 kvadrat metri üçün 598 $ ödəməlidirlər.Tərcümə: Strateq.az