Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İnsanları rəhmli və səxavətli olan ölkələr-AZƏRBAYCANLILAR HANSI PİLLƏDƏ YER ALIB?

Son məlumatlar göstərir ki, altruist olmaq üçün varlı olmağa ehtiyac yoxdur. BBC müxtəlif ölkələrdə yaşayan insanların səxavətli və bir-birinə nə dərəcədə kömək etməyə hazır olmaları barədə maraqlı tədqiqatın nəticələrini təqdim edib.

 Yenixeber.org: Yazını oxuculara təqdim edirik:

“Ölkənizdə insanlar nə qədər əliaçıqdır? Niyə  adambaşına düşən ÜDM 2295 manat (1350 dollar) olan Myanma sakinləri xeyriyyə təşkilatlarına altmış dəfə daha varlı olan Norveçin vətəndaşlarından daha çox ianə verirlər? Niyə dünyanın ən uzun iş saatına malik ölkələrindən biri İndoneziyanın vətəndaşları dünyanın ən qısa iş saatına malik ölkələrindən olan Almaniyanın sakinlərindən daha çox könüllü iş görürlər?

Hamımız yaxşı əməl etmək iqtidarındayıq. Amma bəzi cəmiyyətlərdə qayğı özünü digərlərindən daha çox büruzə verir. Yeni hesabatda bu barədə danışılır.

Tanımadığın insanlara kömək etmək

Nufuzlu “Gallup” sorğu şirkətinin “Ən Səxavətli Ölkələr – 2018” hesabatına əsasən (Most Generous Countries 2018), braziliyalılar və türklər yardımsevərlik imicindən ləzzət alırlar, Liviya və İraq sakinləri isə tanımadıqları insanlara qarşı daha mehribandırlar.

CED01

“Gallup” 2017-ci ildə 146 ölkədən 150 mindən çox insan arasında sorğu keçirib. İştirakçılara belə bir sual təqdim olunub: Ötən ay ərzində xeyriyyə təşkilatına ianə vermisinizmi? Hansısa təşkilatda könüllü kimi işləmisinizmi? Tanımadığınız bir şəxsə kömək etmisinizmi?

“Planetimizin 7.6 milyard əhalisindən 2.2 milyard insanı yad birinə kömək etdiyini, 1.4 milyard insan pul ianəsi verdiyini, 1 milyardı isə könüllü kimi işlədiyini deyib”,- deyə şirkət hesabatında bildirib.

Bəs ölkələr arasındakı bu fərqi nə ilə izah etmək olar?

İnsanları digərlərinə kömək etməyə nə vadar edir? Uzun illər ərzində tədqiqatçılar başqalarının rifahını yaxşılaşdırmaq üçün atılan bu sosial davranış barəsində müxtəlif nəzəriyyələr irəli sürüblər.

Böyük Britaniyada yerləşən Exeter Universitetinin Psixologiya Məktəbindən professor Piter B. Smit BBC-yə deyib: “Millətlər arasındakı fərqlərin səbəblərini aşkara çıxarmaq çox mürəkkəb bir işdir. Bəzi ölkələr bu sosial davranışın hər üç növü üzrə yüksək göstəriciyə malik olublar və bəziləri isə əksinə, hər üç növdə aşağı nəticə göstəriblər. Lakin yerli vəziyyət də bu ortaq tendensiyanın zəifləməsində rol oynayır.”

2015-ci ildə “Journal of Cross-Cultural Psychology” (Mədəniyyətlər Arası Psixologiya Jurnalı) üçün yazdığı məqaləsində professor Smit rifah, var-dövlət, inam, gəlir bərabərsizliyi, qəbul edilən korrupsiya, qorxu, qrup mədəniyyəti və din kimi sosial, iqtisadi və mədəni faktorlara təsirinin mühümlüyünü vurğulamışdı. Məsələn, bəzi cəmiyyətlər kollektiv mədəniyyətə malikdir və bu da fərddən daha çox qrupun əhəmiyyətini irəli çəkməyi tələb edir. Lakin həmin qrupdan kənardakı insanlara bəzən inanmaq olmur.

CED02

İqtisadiyyat da rol oynaya bilər: Yüksək birdəfəlik gəlir ianə etmək qabiliyyəti ilə əlaqələndirilir. Amma Myanmanın xeyriyyəçi mədəniyyəti buddist ənənələri sayəsində bu qədər inkişaf edib. Professor Smit deyib ki, gəlir bərabərsizliyi yüksək olan ölkələrin sakinləri də yadlara kömək etməyə meylli olurlar. Lakin bunu etməklə riskə girmək təhlükəsi hiss edilən zaman istək azala bilər.

Hər millət və cəmiyyətə məxsus xüsusiyyətlərdən əlavə, sosial davranışlara kontekstin təsiri də ola bilər.  Məsələn, son illərdə yaşanan qaçqın böhranı və sağlamlıq epidemiyaları.

Böhran zamanı bir olmaq

“İllər ərzində aparılan “Gallup” sorğularının anket nəticələrinə nəzər yetirdikdə belə sosial davranışları artıran bəzi səbəblər müəyyənləşdirə bilmişəm. Buraya müasirləşən dünyada insanların dəyərlərinin dəyişməsi və spesifik fövqəladə halların təzahürü daxildir,” –deyə professor Smit deyib.

Son illərdə yaşanan (Avropa, Afrika və Myanma) qaçqın böhranı insanları yadlara kömək etmək və pul ianə etməyə daha çox həvəsləndirib. “Gallup”-a əsasən, 2017-ci ildə xeyriyyə təşkilatlarına könüllü kimi yazılan insanların ən çox olduğu ölkə İndoneziya olub.

CED03

Vətəndaşların etinasızlığı

Gallup anketə xeyriyyəyə daha az maraq göstərən ölkələr qrupunu da salıb. Buraya 2017-ci ildə iqtisadi və siyasi qarışıqlıdan əziyyət çəkməyə davam edən Yəmən, Fələstin əraziləri və Yunanıstan daxildir. Mərkəzi və Şərqi Avropa boyunca kommunist dövrünün təsirini yaşayan cəmiyyətlərdə xeyriyyəyə rəğbət azdır. Çində isə vəziyyət 2016-cı ildə xeyriyyə ianələrinə qarşı məhdudiyyətlərin yumşaldılmasından sonra daha yaxşılaşıb.

 

Kömək etmək insanı daha xoşbəxt edir

Fresnoda yerləşən Californiya Dövlət Universitetində Psixologiya professoru və yad insanlar üzrə mütəxəssis Dr Robert Levin deyib ki, cəmiyyətlərin xeyriyyəçi fərdləri cəmiyyətlər haqqında bizim düşündüyümüzdən də çox məlumatları üzə çıxarır. Bəzi mədəniyyətlər könüllü işləmək və ianələr verməklə insanların yaxşı niyyətli işlərini aktiv şəkildə normallaşdırıblar. “Bu isə sosial siyasət və bəzən də ölkəni idarə edən idarə-üsuldan asılıdır,” – deyə doktor Levin BBC-yə deyib.

“İnsanları könüllülüyə və başqa insanlar üçün yaxşı işlər görməyə həvəsləndirən sistem qurmaq lazımdır. Elə bir sistem ki, insanlar kömək etdikləri fərdlərlə münasibətdə ola bilsinlər və eyni zamanda özlərini təhlükəsiz hiss etsinlər. Altruist yanaşma təkcə kömək olunan insanlara yaxşı təsir etmir, həm də kömək əlini uzadan insanlar üçün xoş təsir bağışlayır. Başqaları üçün pul və ya vaxtını xərcləyən insanlar sonralar həyatlarının yaxşılığa doğru dəyişdiyini deyirlər,” –deyə Levin söyləyib.(strateq.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam