Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Ermənistanda seçkiöncəsi sürprizlər:“Putini başqa prezident əvəzləsin, rus ordusu Gümridən çıxsın... Naxçıvanı, Qarsı, Sürməlini bizə versinlər...” – Araşdırma

Andrey Nikolayev

rosbalt.ru, 04.12.2018

 

Yenixeber.org: Ermənistanda inqilab bitib, amma respublika qaynamaqdadır. Təəccüblü deyil: dekabrın 9-da orada bu gün nəticələrini heç kimin sezmək bacarığında olmadığı erkən parlament seçkiləri keçiriləcək. Müxtəlif siyasi güclər, onların təşəbbüsləri və təcavüzkarlığı seçkiöncəsi dönəmi fəallaşdırıb. Bu, təkcə ölkəiçi opponentlərə deyil, həm də Rusiyaya yönəlib – düzdür, seçimlə. Yəni Ermənistanda heç kim Rusiyanın pul və silahından imtina etmək istəmir, amma, budur, çoxları RF hərbi bazasının Gümridə mənzillənməsinə qarşı fəal çıxış edirlər. Onları, əslində, gizlədilməyən iki mühüm məqam ruhlandırıb:  Donlad Trampın Vladimir Putinlə görüşdən imtinası və Gürcüstanda prezident seçkilərində Gürcüstan XİN başçsı olanda “Lavrovun özünə kələk gələn” – Rusiya bazaları respublikanı tərk etdi – Salome Zurabişvilinin qələbəsi. Bu “məntiqlər”in ayrıntılarından aşağıda danışılacaq.

Burada isə qeyd edək ki, respublikanın təhlükəsizliyini onun ərazisində Rusiya hərbi bazası yerləşmədən düşünməyən Ermənistan Kommunist partiyası parlament seçkilərinə boykot elan edib, çünki, birincisi, bütün siyasi güclər üçün bəbarər start şərtləri təmin edilmir. İkincisi, kommunistlər boykotun səbəbi kimi ölkədə “antiruisya qüvvələri”nin pislədikləri fəaliyyətini və RF şirkətlərinin cinayət təqibini göstəriblər. Yəqin ki, kompartiya sadəcə rüsvay olmamaq qərarına gəlib, çünki mövcud siyasi durumda parlamentə girmək şansı yoxdur. Amma “etiqad”ını satmır və hətta onun uğrunda fiziki vuruşur. İrəvan Ermənistanın sovetləşməsi günündə əvvəllər dava-dalaş görməyib, amma, budur, noyabrın 29-da buna şahid olub.

Kommunistlər 98 il əvvəl Qırmızı ordunun respublikaya daxil olduğu əziz günü ənənəvi şəkildə qeyd etməyi qət ediblər. Amma Avropa kursunun tərəfdarları da bu günə laqeyd qalmayıblar. Ermənistan KİV-lərinin xəbər verdiyi kimi, Birləşmiş mütərəqqi kommunist və Sosilasit yolu partiyalarının qoşulduğu kommunistlər “avropalılar”dan çox olublar. Onlar inqilabçı Şaumyanın abidəsi önünə və Qırmızı ordu döyüşçülərinin memorialına gül qoyublar, amma bu zaman Avropa inteqrasiyası tərəfdarları polislərin müşayiətiylə Gümridən Rusiyanın 102-ci bazasının çıxarılması plakat-çağırışlarıyla onlara basqın ediblər. Plakatlar bildirib ki, “sovetlər” Ermənistanı azad etməyib, işğal ediblər. Ümumiyyətlə, onlar SSRİ və Rusiya arasında fərq görməyib və uyğun çıxışlara təhrik ediblər. Kommunistlər qəzəblənib, vurhavur başlanıb. Polis dalaşqanları aralaşdıra bilib, amma bunun üçün əlavə güc çağırmalı olub. Ancaq  kommunistlər üstün gəlib – abidəni “bağlamaq” hədəsi gələn “avropalılar”ı ora buraxmamağa nail olublar. Onda onların ideoloji düşmənləri Ermənistanın “işğalıyla” bağlı etiraz notu çatdırmaq üçün Rusiya səfirliyinə sarı hərəkətləniblər. Amma kommunistlər polislərlə birgə onların yolunu kəsiblər. Ümumiyyətlə, gözəl bir “bayram” və ilk dəfə şapalaqlaşmayla alınıb.

Amma indi özgə bir zəmanədir. Birincisi, respublikanın başında artıq “Kremlin əlaltısı” Serj Sərkisyan, ya “Rusiyayönlü” başqa siyasətçi durmur. İrəvanda çoxlarının hesab etdiyi kimi, RF prezidenti “dodaqlarını sıxmalı” və ABŞ prezidentindən təhqirə dözməli olur. Məsələn, “Lragir” yazır ki, ABŞ Rusiyanı “təsadüfən nüvə silahı olan üçüncü dünya ölkəsi kimi” qəbul edir. … İndi Putinə göstərirlər ki, Qərbin zəkasına haçansa təsir edən maço obrazı işini dayandırıb. Və başlıcası – “Putin rus torpaqlarını toplayan kimi” layihəsi bitib. Bunu həm Ukrayna, həm də “prezident seçkiləri başa çatandan sonra AB və NATO-ya sözsüz kursdan danışmağa başlayan və Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin Rusiya ilə yalnız AB və ABŞ-ın dəstəyi ilə danışacağını deyən” qonşu Gürcüstan təsdiqləyir. Həqiqətdə, Gürcüstan özünün xarici siyasət yönünü heç vaxt gizlətməyib və Zurabişvili yeni heç nə demir. Amma Ermənistan Gürcüstana tay deyildi, indi isə anlaşılan səbəblərdən olub. Baş vermiş inqilabdan savayı Ermənistan həm də bundan ruhlanır ki, Rusiya qoşunlarının Gürcüstandan çıxarılması indi prezident postunu tutası xanımla səsləşir. Belə ki, o, təcrübəsini qonşu ölkəylə bölüşəcək və ona kəsərli yardım göstərəcək? Və burada ciddi bir “əmma” var. Erməni nəşrinin yazdığı kimi, Zurabişvili BBC-yə müsahibədə “maraqlı bir qeyd” edərək deyib ki, o, 2004-2005-ci illərdə Gürcüstan Xİ naziri olarkən Putin “başqaydı”: “Biz o zaman onu Gürcüstandan bazaları çıxarmağa dilə tuta bildik”.

Rusiya prezidenti indi necədir? Ermənistan nəşrinin versiyasına görə, “güzəştə gedəndir” ki, bunu da Rusiya böyük dövlətçilik elitası  mühitindəki boğuq donqultulardan görmək olar. Xüsusi xidmətlərə və “zadəganlar”a yaxın çevrələrdə dəyişilmək vaxtı artıq çatan “qocalmış” Putindən danışırlar. Hətta Medvedyevlə müqayisə artıq Putinin xeyrinə aparılmır”. Habelə sual səslənib: “ Rusiya Trampın acı həb udmağa vadar etdiyi “yeni” Putinin dönəmində yeni Ermənistana necə yanaşacaq? … Təsadüfi deyil ki, Ermənistanın sərhədlərini müəyyən edən Rusiya-Türkiyə müqavilələrinin denonsasiyası mövzusu Ermənistanın seçkiqabağı kampaniyasında aktuallaşıb. Ermənistan parlamentinə kimlərin daxil olacağı və yeni güclərin Rusiya bazasının Ermənistandan çıxarılmasını tələb edib-etməyəcəyi haqda Rusiyanın narahatlığı təsadüfi deyil”.

Qeyd edək ki, bütün bunlar tam ciddiliklə yazılır və deyilir. Yəni Putin, doğrudan da, “dəyişilib və qocalıbsa”, hesab oldunduğu kimi, durum Ermənistanın xeyrinə biçimlənəcək və baza çıxarılacaq. Qaldı ki “yeni güclər”in tələblərinə, bu, cari siyasi gerçəkliklərdən qoparaq getdikcə daha ucadan səslənəcək. Nüvəsi 2016-cı ildə İrəvanda polis alayını ələ keçirən, üç asayiş keşikçisinin ölümünə səbəb olan eyniadlı silahlı qrupdan olan “Sasna tsrer” partiyasının təmsilçiləri parlamentə düşərsə, “lehinə” səslər güclənəcək. Qrup üzvləri inqilabdan sonra azadlığa buraxılıb və indi parlament seçkilərinə qatılmaq niyyətindədirlər. Partiyanın proqramında digərlərilə yanaşı bölgəsəl qarşılıqlı münasibətlərin tam təftişi, Ermənistanın xarici siyasət kursunun dəyişilməsi və ümumiyyətlə, bölgənin siyasi xəritəsinə “yenidən baxılması” qeyd olunub. Partiya xüsusən də o zaman Ermənistanın tərkibində olan (o vaxt Ermənistan adlı dövlət var idimi?-red.) Qars və Sürməli qəzalarının Türkiyəyə keçdiyi, habelə indiki Naxçıvan muxtariyyətinin Azərbaycana verildiyi 1921-ci il tarixli Moskva və Qars müaqvilələrinin etibarsız qəbul edilməsinə yönlənib. Hətta “Sasna tsrer” hesab edir ki, Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir.

Rusiyanın özünə gəlincə, “Sasna tsrer” hələ bu yaxınlarda onun bazasının Ermənistan ərazisindən çıxarılması, respublikanın sovetsonrası bütün inteqrasiya layihələrindən çıxması, Rusiya telekanallarının ER-də yayımının dayandırılması və s. uğrunda çıxış edib. O, indiki mərhələdə isə RF ilə “bərabərhüquqlu və qarşılıqlı sayğı” prinsipiylə münasibət qurmağı təklif edir. Belə yayğın formulun açılışı ən gözlənilməz ola bilər, amma, çətin ki, Moskvanı qane etsin. Amma, bax, partiya İran və ABŞ-la strateji tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir. Yəqin ki, hər kəs maraqlanacaq: “Bu necə olur?” Və ümumiyyətlə, Ermənistan siyasətində “Bu necə olur?” sualı tez-tez verilir və hələlik heç kim cavablandırmır.

Onu KTMT-nin ermənistanlı baş katibinin səlahiyyətləri (vətənində ona açılan cinayət işi üzündən) dayandırılandan sonra öz respublikasının təmsilçisindən savayı bu postda heç kimi görməyən və hətta Belarus və Qazaxıstanın narazı prezidentlərindən “izahat tələb etməyə” hazırlaşan inqilabçı baş nazir vəsifəsini icra edən Nikol Paşinyana da vermək olar. Və bu məqamda Ermənistan lideri birdən KTMT və AİB-in Sankt-Peterburqda dekabrın 6-da elan edilmiş (deyirlər ki, sammit ləğv oluna bilər) sammitlərindən qabaq danışmağa başladı ki, “baş katib vəzifəsi … ikinci plana keçir”. Və “2020-ci ilədək baş katib Ermənistanın təmsilçisi olsa, bu nəyi dəyişir?” Bu məsələ kimi həyəcanlandırırsa, sual edir: “Bu necə olur?” Amma Paşinyan cavablandırır: “Problem xeyli genişdir: söhbət bizim KTMT və KTMT-nin bizim qarşımızdakı öhdəliklərindən gedir”.

Qeyd etməyinə dəyər ki, tərəflərin bir-birinə münasibətdə öhdəlikləri anlamamaq tendensiyası, doğrudan da, olub.

Amma indiki halda kim və niyə “özgəsi” olub? Onu  dəstəkləyən elektorat üçün apriori qeyri-populyar bəyanatlar verən Paşinyanmı? Putin “tam başqa bir adam olmayacaq” – bu, zəmanətlidir. Amma, bax, Paşinyan qeyri-inqilabçı lider deyil, dövlətin  faktiki birinci şəxsi rolunda möhkəmlənərsə, bunu bacarar, öz söz və hərəkətlərini mövcud geopolitik gerçəkliklərə uyğunlaşdıra bilər.

O isə hələlik Ermənistanda işləyən təkcə Rusiya şirkətlərinə basqın edir, başqalarını dadandırır. Məsələn, bu günlərdə onun dilindən səslənib ki, hökumət Rusiyanın “Ekotexprom” şirkətiylə əməkdaşlıq haqda memorandum imzalayıb – onun respublikaya yatırımı tam 340 milyon dollar təşkil edəcək. Rusiya biznesi bu pula sənaye kompleksi quracaq – ermənilərə yeni 1200 iş yeri təmin edərək soda, şüşə və texniki duz istehsal edəcək. Qeyd edək ki, “Ekotexprom” kimya sənayesi, inşaat sənayesi, tullantılardan istifadəylə məşğuldur.

Ümumiyyətlə, dekabrın 6-dan, daha doğrusu, parlament seçkilərindən  sonra kimin nə qədər güclü və hansı yöndə “dəyişib-dəyişmədiyi” məlum olacaq. İrəvan Putinin  lekalı (əyri xətkeş-red.) üzrə “səhvlərin düzəldilməsi” üzərində işləsə, olar ki, onun  “ürəyi yumşalar”?  Amma dəqiqi budur ki, bazanı Ermənistandan çıxartmağa başlamayacaq. Bircə  respublikadakı durum radikal dəyişilsə və onu cəzalandırmaq üçün Rusiya hərbçiərini Gümridən çıxarmaq qərarına gələ bilər.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam