Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

21 YAŞLI MİLYONÇU -O, belə varlandı...

 

 

2008-ci ildə iqtisadi böhran dərinləşəndə Maykl Saymanın 13 yaşı var idi. Onun valideynləri kiçik restoran işlədirdilər. Kütləvi yoxsullaşma müştərilərin sayını xeyli azaltmışdı. Biznesin borcu xərcini ödəmirdi.

Yenixeber.org: Balaca Maykl Google-da video dərslərə baxaraq kompüter kodlaşmasını öyrənməyə başladı. Kodlaşdırdığı proqramları internetdə satmaqla gündəlik $100-200 qazanan Maykl ailəsinə yardım göstərirdi. Çox keçməmiş, Maykl ailənin bütün dolanışığının yükünü öz çiyinlərinə götürdü.
Bu gün Maykl Sayman milyonerdir. Google şirkətində məhsul meneceri vəzifəsinədək yüksəlmiş Maykl Silikon Vadisində gənc yaşlarda özünə uğurlu karyera quraraq ağlın, bacarığın yaşda deyil, başda olduğunu əməli qaydada sübuta yetirib.

Apple Applikasiya Mağazasında ən yüksək satış rəqəmlərini əldə edən “4 Snaps” adlı müftə oyun applikasiyası icad etdikdən az sonra Facebook şirkətinin banisi Mark Zukerberq Mayklla əlaqə saxladı. 17 yaşında Maykl Facebook şirkətində işləməyə başladı. Bir neçə il burada uğurla işlədikdən sonra 2017-ci ildə o, Google şirkətinə keçdi.

Balaca Maykl evdə kodlaşdırdığı proqramları satmaqla ailəsinə yardım edirdi.

Balaca Maykl evdə kodlaşdırdığı proqramları satmaqla ailəsinə yardım edirdi.

“Məni ən çox narahat edən odur ki, məni ‘vunderkind’ adlandıranlar elə bir təsəvvür yaradırlar ki, guya mən əlahiddə bir istedadla doğulmuşam. Halbuki mən internetin bəxş etdiyi imkanlardan istifadə etmişəm və vaxt keçdikcə öyrənmişəm,” Maykl Sayman deyir.

Onun sözlərinə görə, uğurunun bünövrəsində istedad yox, səy və bir az da bəxt dayanır.

Mayklın valideynləri 2008-ci ildə başlanan iqtisadi böhran nəticəsində ciddi dolanışıq problemi ilə üzləşmişdilər.

Mayklın valideynləri 2008-ci ildə başlanan iqtisadi böhran nəticəsində ciddi dolanışıq problemi ilə üzləşmişdilər.

Mayklı həvəsləndirən başlıca amillərdən bir məhz ailəsinin maliyyə durumu olub.

“Ailəm o qədər pulsuzluqla üzləşirdi ki, bəzən işığın pulunu necə ödəyəcəyimizi bilmirdik. Buradan gəlir götürməyə bir ehtiyac yaranmışdı. Nəsə böyük bir şey etməli idim,” deyə Maykl uşaqlıq dövründə üzləşdiyi çətinliklərin onu erkən böyüməyə vadar etdiyini vurğulayır.

Bəlkə də elə bu səbəbdəndir ki, Maykl risklərə ehtiyatla yanaşır. Facebook-dan Google-a atılmaq onun üçün asan qərar deyildi.

Mayklın qabiliyyəti Facebook şirkətinin banisi Mark Zuckerbergin diqqətini cəlb etdi.

Mayklın qabiliyyəti Facebook şirkətinin banisi Mark Zuckerbergin diqqətini cəlb etdi.

“Fikirləşdim ki, bu sıçrayışı edim və əgər alınmasa, bundan da nəsə öyrənərəm.”

İndi Maykl Google-da işləməyi sevir, hərçənd ki, onun orada konkret nə işlə məşğul olduğunu deməyə icazə verilmir.

“Deyərdim ki, bu, mənim həyatımın ən həyəcanlı fürsətlərindən biridir.”

Hazırda Google şirkətində çalışan Maykl internet texnologiyasına yeni töhfələr üzərində çalışır.

Hazırda Google şirkətində çalışan Maykl internet texnologiyasına yeni töhfələr üzərində çalışır.

Bəs o, həyatından razıdırmı?

“Mən həyatda spontan yanaşmaya üstünlük verirəm. Günbəgün yaşayıram. Bəzən kefimə Disneylanda getmək düşür. Onda hamını başıma yığıb deyirəm “Getdik Diseynlanda” – problem deyil.”

Bütün uğurları ilə yanaşı Maykl təvazökarlıq hissini itirməyib.

“Məndən də ağıllı milyonlarla uşaq var. Məndən də yaxşı kodlaşdırırlar, dizayn edirlər, daha yaxşı mühəndisdirlər. Amma məndə olan onlarda yoxdur.”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam