Uşaq bezləri Xərçəngə səbəb ola bilər?
Hazırda dünyada ən çox istehlak edilən məhsullardan biri də uşaq bezləridir. Müxtəlif brendlər altında bazarda bir çox uşaq bezlərinə rast gəlmək olar. Qiymətinə görə fərqlənən bu bezlər keyfiyyətinə görə də fərqlənir.
Yenixeber.org: Bəs Azərbaycanda xanımlar ən çox hansı bezlərdən istifadə edir? Apardığımız sorğuya əsasən keyfiyyət cəhətdən xanımların seçimi “Pampers”, qiymət baxımından isə “Leylək” markalı bezlərdir.
Nəyə görə “Pampers” sualına isə xanımlar digər bezlərlə müqayisədə allergik reksiyalar verməməsi, körpənin dərisində qızartı, səpki kimi narahatlıqlara səbəb olmamasını göstərirlər. Körpələrimiz üçün hər gün istifadə etdiyimiz bu bezlərin tərkibi haqqında bilirsinizmi?
Kağız( vood plup)-Bezlərin ortasında yerləşən ağ pambığa oxşar təbəqədir,zərərsizdir.
Super əmici polimer( Super Absorbent Polymer -SAP)-bezlərin islandıqdan sonra belə quru qalmasını təmin etmək üçün istifadə olunur. Bu toksik maddənin insan sağlamlığı üçün ziyanlı olması haqqında kifayət qədər məlumat yoxdur, lakin tənəffüs yollarında bəzi problemlərə yol aça bilər.
Polipropile(Polypropylene)-sintetik maddədir və bezlərin iç hissəsini təşkil edir, ziyansızdır.
Politilen( Polyethylene)-bezin üst təbəqəsini təşkil olunduğu maddədir, zərərsiz olması iddia olunur.
Xlor və Dioksin( Chlore )-bezlərin iç hissəsinə ağ rəng vermək üçün istifadə edilir. Heyvanlar üzərində aparılan araşdırmalarda dioksin maddəsinin hormonal sistemdə dəyişikliklər yaratdığı, imumteti zəyiflətdiyini və sonsuzluğa səbəb olması təsdiq edilib. Uzun müddət istifadə zamanı" Xərçəng" riskini yaratması da düşünülür. Dioksin yalnız uşaq bezlərində deyil istifadə etdiyimiz bəzi qidalarda da var. Xüsusəndə heyvan qidalarının yağlı hissəsində. Araşdırmalara görə körpənin ana südü ilə aldığı dioksin bezlə təmasdan aldığı dioksindən dəfələrlə çoxdur.
Boya maddələri-zərərsizdir,bəzi hallarda allergik reaksiyalara səbəb ola bilər
Parfüm-zərərsiz olaraq qəbul edilir. Ticarət sirri olduğu üçün bezlərdə istifadə edilən parfümlərin tərkibi haqqında məlumat yoxdur. Allergik reaksiyalara səbəb olar bilər. Belə halda ətirsiz olan bez markalardan istifadə edə bilərsiz.
Ümumiyyətlə, bezlərin körpələrə ziyanlı olması haqqında dəqiq tibbi araşdırmalar yoxdur. Buna görə də körpələriniz üçün istifadə etdiyiniz bezlərin keyfiyyət sertifikatının olmasına diqqət edin. Keyfiyyətsiz bezlər dəri zədələnməsinə- dermatidə səbəb olur. Bezlərin istifadə müddəti də önəmlidir. Normal şərtlər altında bezlərin saxlama müddəti iki ildir. Bezin tərkibində olan maddələr qeyri-düzgün saxlama şəraitində tez sıradan çıxır və bu da körpəniz üçün daha ziyanlı ola bilər. Bəzi analar isə qənaət üçün körpələrin bezlərini daha uzun müddətdən bir dəyişirlər ki, buda bezin tərkibində olan maddələrin körpələrə mənfi təsirini artırır.
Ticarət sirri olduğu üçün bezlərin tərkibindəki maddələrin gizlədilməsi, onların insan sağlamlığına vuracağı ziyanların bilərəkdən araşdırılmaması faktları da inkar edilmir. Hazırda bazarda öz istehsalçısna küllü miqdarda gəlir gətirən və böyük satış şəbəkəsinə sahib olan bezlərin körpələrə vurduğu ziyanın dərəcəsi hələ də sual altındadır.