Uşaq əməyindən istifadə edənlərəXƏBƏRDARLIQ
Yeni təhdid çağırışlar ölkədə 1998-ci ildə qəbul olunan “uşaq hüquqları haqqında qanun”un təkmilləşdirilməsi və ya yenilənməsini labüd edir
Yenixeber.org: Mütəxəssislərin fikrincə Azərbaycanda uşaqlar daha çox fərdi təsərrüfatlarda işə cəlb olunur.
Müqayisə küçə ticarəti və digər sahələrdə azyaşlıların əməyindən istifadənin getdikcə azaldığını göstərsə də, bu sahədə öz həllini tapmalı olan məsələlər də az deyil. Günlərlə aparılan araşdırmalar zamanı paytaxt küçələrində uşaq əməyindən istifadə halları ilə qarşılaşmasaq da, bölgələrlə bağlı eyni sözü deyə bilmərik. Kameranı görüb üzlərini çevirən uşaqlar yol kənarında dovşan satırlar. Müsahibə vermək istəməyən balaca satıcılar bu ərazini özləri üçün iş yeri ediblər. Dediylərinə görə hər gün bura gəlib 3-5 manat pul qazanırlar.
Nabil Seyidov – Uşaq hüquqları ilə bağlı ekspert: “Son 5 ili müqayisə etdikdə, onu qeyd etmək olar ki, uşaq əməyindən istifadə ilə bağlı xeyli azalma var. Xüsusilə də uşaqların səhhətinə, sağlamlığına, təhsilinin inkişafına zərər vuran əmək növlərinə cəlb olunması baxımından çox kəskin azalma var”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirirlər ki, Dövlət Əmək Müfəttişliyi bu sahə ilə bağlı hər il monitorinqlər aparır. Ötən il ərzində uşaq əməyindən istifadə ilə bağlı cəmi 1 və ya 2 hal aşkarlanıb.
Əbülfət Məhərrəmov – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti Şöbəsinin müdir müavini: “Uşaqlar, onların əxlaqi kamilliyinə mənəvi ziyan gətirə bilən iş yerlərində – gecə klublarında, kazinolarda, restoranlarda, narkotik və toksiki maddələrin satışı, dövriyyəsi, daşınması kimi iş yerlərində işləmələri qəti qadağandır”.
Uşaq hüquqlarının müdafiəsi sahəsində çalışan təşkilatlar azyaşlıların əməyə cəlb olunmasını önləmək üçün qanunların işlək mexanizminin hazırlanmasını təklif edirlər. Mütəxəssislərin fikrincə bu sahədə bir neçə qurum fəaliyyət göstərsə də, onların işi istənilən effekti vermir.
Nabil Seyidov – Uşaq hüquqları ilə bağlı ekspert: “Hər bir icra hakimiyyətinin nəzdində yetkinlik yaşına çatmayanlarların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar var. Bu komissiyalar işlək mexanizm deyil. Onların demək olar ki, heç birində psixoloq yoxdur. Bu komissiyanın islahata uğraması çox vacibdir”.
Digər məsələ vaxtından öncə əməyə cəlb olunan uşaqların psixoloji vəziyyəti ilə bağlıdır. Araşdırmalar göstərir ki, belə uşaqlar təkcə fiziki yox, psixoloji olaraq istismar olunur.
Aidə Nəbiyeva – Psixoloq: “Əgər bu gün uşağın vaxtı pul müqabilində istismar olunursa, bu o deməkdir ki, uşaq öz dəyərli vaxtını pula qurban verir. Artıq uşağın psixologiyasında tamam başqa şeylər formalaşır”.
Uşaqların zorakılıqdan qorunması üçün xüsusi reabilitasiya mərkəzlərinin yaradılması, bağça və məktəblərin hüquq-mühafizə orqanları ilə qarşılıqlı işləməsi üçün yeni mexanizmin hazırlanması da təklif olunur.