Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Məcid “Maşın”dan Murad Dadaşovun istəyi ilə çıxdı”- Müğənnidən sərt ittiham

 Müğənni Sevinc Musayeva "Maşın" şou barədə ittihamlar səsləndirib

Yenixeber.org: O, sosial şəbəkədə aparıcı Aytən Səfərovanın aktyor Məcid Hüseynovu deyil, Mətanəti oyundan çıxaracağını yazıb.
 
Müğənni iddia edib ki, oyunun gedişatını M.Dadaşov dəyişib: "Əslində, Aytən, həqiqətən, Mətanət xanımı çıxaracaqdı. Buna 100% əmin olun. Səsvermə açıqlananda Mətanət xanımın da mimikalarına fikir verin, Aytən xanımın da. Səsverməyə qədər Mətanət xanım əsəbi idi, çünki bilirdi ki, çıxacaq.
Reklamlar və səsvermə açıqlananda isə gülürdü. Çünki son reklamda bildi ki, qalacaq. Aytən xanım isə qürurunu boğaraq, sadəcə, Murad Dadaşovun qərarı ilə Məcidi uzaqlaşdırdı. Orada iştirakçıların qərarı yox, Murad Dadaşovun qərarı daha önəmlidir. Bunu bilin. Deməli, Məcid məhz Murad Dadaşovun seçimi ilə Aytən xanımın əliylə kənarlaşdı. Əslində, o qədər səs toplaması Mətanət xanımı sevməyənlərin və onun bu oyundan getməsini istəyənlərin real fikridir. Ona görə də Aytən xanımı son addımına görə qınamayın. Əgər Mətanət xanım getsəydi, Murad Dadaşovun şousu sönük keçəcəkdi. Kimi çıxartsın? Lal-dinməz oturan Məcidi, əlbəttə ki.  Mən əvvəldən demişəm ki, ekranda gördüyünüz hər şey, ayın tarixindən başqa yalandı! Ümümi olaraq avtomobil Aytən xanıma qismət olsun".
Qeyd edə ki, dünən səsverməyə çıxan Aytən Səfərova həmkarı Mətanət Əliverdiyevanı oyundan uzaqlaşdıracağını desə də, qalib gəldikdən sonra aktyor Məcid Hüseynovu "Maşın"dan kənarlaşdırıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam