Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“GÜNAYBANK”DAKI 100 MİLYONLUQ TALANLA BAĞLI ŞOK İDDİALAR –“Mahmud Məmmədov zərərçəkmişləri şantaj edir, İbrahim Alışov isə…”


 “İbrahim Alışov özü bankın Bakının mərkəzində yerləşən filialı vasitəsilə həyata keçirilən çirkli sxemlərin iştirakçısıdır”

“Emin Zeynalova rəhbərlikdən kimsə dəstək verməsə, belə addım ata bilməzdi”

Yenixeber.org: “Mahmud Məmmədov “qara bazar”da valyuta spekulyasiyalarının hesabına öz bankını möhkəmləndirib
“GünayBank”ın hesablarından onlarla milyon dolların misli görünməmiş oğurluğu ilə bağlı araşdırmaları davam etdirilir. Bankın hazırda həbsdə olan İdarə Heyətinin sədr müavini Emin Zeynalov az qala 100 milyon manatı ofşor hesablarına köçürüb. Virtualaz.org-a məlum olub ki, bank pulları ofşor hesablarına Baltikyanı ölkələrin Vaşinqtonun sanksiyaları altında olan bankları vasitəsilə çıxarıb. “GünayBank”ın müdafiəsinə atılmış Maliyyə Bazarlarına Nəzarət üzrə Palatanın bəyanatı isə heç bir etimad doğurmur, çünki Palatanın rəhbərlərindən biri olan İbrahim Alışov özü bankın Bakının mərkəzində – “Nizami” metro stansiyasının yaxınlığında yerləşən filialı vasitəsilə həyata keçirilən çirkli sxemlərin iştirakçısıdır.
İ.Alışov manatın devalvasiyasının qızğın vaxtında valyuta alqı-satqısında fəal oynayaraq, ölkədə maliyyə böhranının dərinləşməsinə xeyli “yardım” edib. Lakin bu gün söhbət lazımsız strukturun zirvəsindən nominal və infantil rəhbəri olan Rüfət Aslanlını sıxışdırıb çıxarmış Alışovdan danışmayacağıq. Bu epizod, sadəcə olaraq, bir daha sübut edir ki, maliyyə sektorundakı bir çox məmurlar nə qədər “günaha batıblar” və buna görə də, “GünayBank”ın işinin ədalətli araşdırılmasında maraqlı deyillər.
Hazırda Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin təcridxanasında saxlanılan Emin Zeynalov atası – təcrübəli bankir Zakir Zeynalovla birgə fəaliyyət göstərib.
İbrahim Alışov
Virtualaz.org-a bank sahəsində məlumatlı mənbənin verdiyi informasiyaya görə, “GünayBank”ın sahibi Mahmud Məmmədovun yaxın dostu olan Zakir Zeynalov axtarışda olan oğlunu bilərəkdən gizlədib və onu hüquq-mühafizə orqanlarına KİV-də yayımlanmış və geniş rezonans doğurmuş yazıların dərcindən 15 gün sonra təhvil verib.
Böyük Zeynalov “GünayBank” rəhbərliyi ilə əlbir olaraq, aldadılmış əmanətçilərin vəsaitlərinin mənimsənilməsi üzrə öz planını gerçəkləşdirir və bildirir ki, bank qarşısında bütün borclarını bağlayıb. Bununla birlikdə, oğlunun oğurladığı pullar hesabına alınmış daşınmaz əmlakı bankın aktivlərinə yatıraraq, aldadılmış əmanətçilərə deyir ki, pullarını bankdan tələb etsinlər. Zakir Zeynalov gözəl anlayır ki, heç kəs onun oğlu tərəfindən oğurlanmış pullarla alınmış və bankın balansına daxil edilmiş daşınmaz əmlak vasitəsilə pulları qaytara bilməyəcək.
Başqa sözlə, uzun illər ərzində ölkənin ən iri banklarından birinə rəhbərlik etmiş və adı müxtəlif maliyyə fırıldaqlarına bulaşmış Zeynalov özünün çoxmilyonluq varidatını heç kimlə bölüşmək niyyətində deyil. Bütün aktivlərini “GünayBank”ın balansına keçirməklə Zeynalov yeni çirkin oyuna başlayıb. Bank dairələrində qeyd edirlər ki, təcrübəsiz Emin təkbaşına bu böyüklükdə bank fırıldağını həyata keçirə və məşhur məmurlara məxsus olan onlarla milyon dolları xaricdəki hesablara yollaya bilməzdi. Bütün mənbələr ona işarə edir ki, bu bank fırıldağında cinayətkar qruplaşma fəaliyyət göstərib və həmin qruplaşmaya “GünayBank”ın rəhbərliyi də cəlb olunub.

E.Zeynalovun həbsindən sonra “GünayBank”ın bütün zərərçəkmiş əmanətçiləri DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayətlə müraciət ediblər. Lakin əlaqələrindən və varidatından istifadə edən “Mahmud Məmmədov – Emin Zeynalov – Zakir Zeynalov” cinayətkar qruplaşması həm istintaqa, həm də zərərçəkmişlərə güclü təzyiq göstərir. Qruplaşma yaxşı məlum olan vasitələrdən – qorxutmadan, şantajdan, qarşılıqlı ittihamlardan yararlanır… Bir şey məlumdur ki, mütəşəkkil cinayətkar qruplaşma oğurlanmış pulların mənimsənilməsi naminə bütün yollara gedir.
Devalvasiyadan bir ildən bir az çox keçmiş daha öncə maliyyə bazarının həndəvərinə yaxın düşə bilməyən Mahmud Məmmədov “qara bazar”da valyuta spekulyasiyalarının hesabına öz bankını möhkəmləndirdi, filial və valyutadəyişmə məntəqələri şəbəkəsini genişləndirdi ki, bütün bunlar ölkədə baş verən bank və maliyyə böhranı fonunda heç bir məntiqə sığmırdı. Səs-küylü qalmaqaldan sonra M.Məmmədov var gücü ilə özünün yeni layihəsinin əsas simasını – ifşa edilmiş Emin Zeynalovu xilas etməyə çalışır.
Bu azmış kimi, M.Məmmədov İbrahim Alışovun və Maliyyə Bazarlarına Nəzarət üzrə Palatanın köməyi ilə Baltikyanı ölkələrin cinayətkar maliyyə dairələri ilə əlaqələrdə adı hallanan bankının nüfuzunu xilas etmək istəyir. Virtualaz.org-un mənbələri – aldadılmış əmanətçilər istintaqa çoxsaylı yazışmaları, əlaqələri, videoyazıları təqdim etməyə hazırdırlar ki, Canik Hacıyev – Eldar Mahmudov sxemi üzrə fəaliyyət göstərən cinayətkar qruplaşmanı sona kimi ifşa etsinlər.
Aldadılmış əmanətçilər və Mahmud Məmmədovun mütəşəkkil cinayətkar qruplaşmasının və “GünayBank”ın qurbanları ədalətli araşdırmaya ümid edir və istintaqla əməkdaşlığa hazır olduqlarını bildirirlər…
eynalovlar hazırda bankın adına qeydiyyatdan keçirilmiş daşınmaz əmlakı qaytaracaqlar və ailə kapitalını daha da artıracaqlar.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a maraqlı fikirlər söyləyib. Ekspert bankın Müşahidə Şurasının sədri və bankın faktiki sahibi olan Mahmud Məmmədovun “GünayBank”dan 100 milyon manatın  mənimsənilmədiyini söyləməsinə diqqət çəkib: “Maliyyə Bazarlarına Nəzarət Palatası da belə bir halın olmadığını açıqladı. Axı mətbuatda bankın rəsmi balansındakı 100 milyon manatın mənimsənilməsindən söhbət getmir! Banka kimlərinsə etibar etdiyi qeyri-rəsmi əmanətlərdən söhbət gedir! Yəni kimlərsə ”GünayBank”a pul yerləşdirir və həmin pullar heç yerdə qeydə alınmır. Bankdan çıxarılan da həmin pullardır. Məncə, söhbət bundan gedir. Bu halda bank sahibi və Maliyyə Bazarlarına Nəzarət Palatası rahat şəkildə deyə bilir ki, belə hal yoxdur.
Yəni formal şəkildə 100 milyon manatın mənimsənilməsi yoxdur, faktiki isə var. Azərbaycan banklarında belə bir praktika olub. Vətəndaş banka gətirib əmanət qoyub, ona əmanətin qəbulu haqda sənəd veriblər, aylıq, illik faizlərini alıb. Amma əmanətin qəbulu rəsmiləşdirilməyib. Bankda Müşahidə Şurası sədrinin xəbəri olmadan belə bir halın baş verməsi mümkünsüzdür. Belə hallar baş verirsə, Maliyyə Bazarlarına Nəzarət Palatası hara nəzarət edir?
Bank nəzarətinin əsas məqsədi əmanətçiləri qorumaqdır. Əgər belə hallar baş verirsə, deməli, nəzarət də yoxdur.
Əslində bu xəbərlər yayılandan sonra bank sahibi və Maliyyə Bazarlarına Nəzarət Palatası çıxıb deməli idilər ki, “GünayBank”da qeyri-rəsmi əmanət qəbulu olmayıb,  yoxdur. Bu günə qədər bu sözü deyən olmayıb. Onların özlərini belə aparması da şübhələri artırır”.

Əkrəm Həsənov Emin Zeynalovun bankda İdarə Heyətinin sədr müavini olaraq belə işləri təkbaşına görə bilməyəcəyi haqda iddialarla razıdır: “Heç bankın İdarə Heyətinin sədri də o səlahiyyətlərin sahibi deyil. Sədr o halda belə addım ata bilərdi ki, Eldar Mahmudov kimi hamisi olardı. Vaxtilə Cahangir Hacıyevin Beynəlxalq Bankda etdiklərini ”GünayBank”da təkrar edə bilərdilər. “GünayBank” rəhbərliyinin belə bir arxa-dayağı yoxdur. İnandırıcı deyil ki, Emin Zeynalov təkbaşına belə bir iş görə bilər. Ona rəhbərlikdən kimsə dəstək verməsə, belə addım ata bilməzdi. Bu məsələlər araşdırılmalıdır”.
Əkrəm Həsənov bankların qeyri-rəsmi şəkildə əmanət qəbulunun səbəblərini də açıqlayıb: “Azərbaycanda zaman-zaman banklarda belə hallar olub. Banklarda  əmanətlərin qeyri-rəsmi qəbulu ilə bağlı cinayət işləri də olub. Məlum olub ki, vətəndaş banka əmanət qoyub. Vətəndaşla müqavilə bağlanıb, kassa qəbzi verilib. Vətəndaş da arxayın olur ki, pulu bankdadır. Faktiki isə bank həmin əmanətin qəbulunu sistemə vurmur. Bunu etməklə vergidən yayınırlar, Əmanətlərin Sığortalanması Fonduna ödəniş etmirlər. Maliyyə Bazarlarına Nəzarət Palatası bir neçə banka əmanət yerləşdirilməsinə qadağa qoyub. ”GünayBank”ın həmin sırada olduğunu bilmirəm. Mümkündür ki, banklar bu qadağanı əmanətləri rəsmi deyil, qeyri-rəsmi qəbul etməklə aşırlar”.
Yayılan məlumatlarda “GünayBank”da 48 nəfərin 100 milyon manatının mənimsənildiyi deyilir. Bildirilir ki, həmin şəxslərin böyük əksəriyyəti məmurlardır. Bu şəxslər banka əmanətlərini niyə qeyri-rəsmi yerləşdirirlər və ya buna razı olurlar?
Ekspert deyir ki, bu halda məqsəd böyük pulların olmasını gizli saxlamaqdır: “Bir çox hallarda həmin pullar rüşvət və korrupsiya yolu ilə əldə olunur. Bu həm də ”çirkli pullar”ın “yuyulması”dır. Maliyyə Bazarlarına Nəzarət Palatası, Maliyyə Monitorinqi Xidməti hara baxır, bilinmir. Bank pulu qeyri-rəsmi götürürsə, sonradan rəsmi kredit kimi verə bilmir. Bankın balansında məbləğin haradan daxil olması bilinmirsə, avtomatik suallar yaranacaq. Mümkündür ki, həmin pulları alıb lombardlara yönəldiblər. Banklar kredit verilməsi ilə bağlı məhdudiyyətləri bu şəkildə aşırlar. Lombardlarda aylıq 10 faiz alırlar. İllik isə faiz dəfələrlə çoxdur. Şübhəli əməliyyatlar aparılması ehtimalı da var. Cinayət əməllərinə, terrorçuluğun maliyyələşməsinə həmin vəsaitlərdən istifadə edilməsini də istisna etmək olmaz. Zaman-zaman Dövlət Təhlükəsizlik Xidməti müxtəlif terror qruplaşmalarına aid şəxsləri ifşa edir, məhv edir. Bütün bu məsələlər araşdırılmalıdır. Yəqin ki, hazırda pərdəarxası proseslər gedir. İnanmıram ki, dövlət orqanları heç bir tədbir görmürlər. Ola bilər hazırda həmin pulların qaytarılması üzrə iş aparılır”.
Vaqif

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam