Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Daha bir ana ölümü: Qeysəriyyə əməliyyatından 4 gün sonra öldü

xestexanaSabirabadda 36 yaşlı qadın qeysəriyyə əməliyyatından 4 gün sonra dünyasını dəyişib.

Xeberinfo.com:  Sabirabad rayon Perinatal Mərkəzindən verilən məlumata görə, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı xəstəxanaya bətnində ölü döllə daxil olub. Doğum şöbəsinin həkiminin asisenti Mehriban Yunisovanın sözlərinə görə, Seyfəliyeva Familə xəstəxanaya gətirilərkən vəziyyəti ağır olub: “Xəstə gələn kimi onu əməliyyat blokunda UZİ elədik. Baxdıq ki, döl ölüdür. Bundan əlavə isə ananın bətnində 3 litrə yaxın iri qan laxtaları vardı. Elə oradaca xəstəni vəziyyətdən çıxarmaq üçün təcili olaraq qeysəriyyə əməliyyatına götürdük. Ananın bətnindən ölü döl xaric olundu. Əməliyyatdan sonra həmin qan laxtalarını xəstənin valideynlərinə də göstərdik”.

Asisent onu da əlavə edib ki, qadın əməliyyat edildikdən sonra onun vəziyyəti ilə bağlı Səhiyyə Nazirliyinə məlumat verilib: “Təcili olaraq Bakıdan briqada göndərildi. Reanimotoloq xəstənin vəziyyətini ağır qiymətləndirdi. Qara ciyər, ürək, böyrək çatışmazlığı diaqnozu qoydu. Bundan əlavə ananın bədənindən çıxarılan döl gömgöy idi, çox güman ki, iki gün öncə ölmüşdü”.

M.Yunisova qeyd edib ki, əməliyyatdan sonra xəstənin vəziyyəti daha da ağırlaşıb: “Bütün analizlərin cavabı aşağı və eyni zamanda ağır göstərilirdi. 4 saatda bir qram da olsun sidik ala bilmədik. Xəstə Ucar rayonundan gətirilib. Gətirilənə kimi vaxt itkisi olub və xəstənin vəziyyəti ağırlaşıb. Xəstə elə Ucarda əməliyyat olunmalı idi. O boyda yolu belə vəziyyətdə gətirmək olmazdı”. (AzNews.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam