Vilyam Hacıyevin “pambıqla başı kəsildi”
Prezident İlham Əliyev Bərdə müşavirəsində pambıq məhsuldarlığının ən aşağı olduğu regionların adlarını çəkdi

Yenixeber.org: Bu siyahıda İmişli, Hacıqabul, Neftçala, Ucar “xüsusi” yer tuturdular. Dövlət başçısı bu rayonlarda məhsuldarlığın çox aşağı olmasından narazılığını dilə gətirdi. 

Belə məlum oldu ki, sözügedən bölgələrdə iş düzgün aparılmayıb, əyər-əskiyə yol verilib, yerli icra hakimiyyəti orqanları olduqca bərbad fəaliyyət göstəriblər. 

Lakin biz hələlik bu regionlardan birinə diqqət çəkəcəyik. Növbəti yazımızda isə digər regionlarla bağlı araşdırmalarımızı təqdim edəcəyik. 
İndisə gəlin İmişlidə pambıq yığımı ilə bağlı məhsuldarlığın aşağı olmasının səbəblərini işıqlandıraq.

İmişli ötən il pambıq tədarükü ilə bağlı 30 min ton öhdəlik götürsə də, yalnız 14 min ton pambıq təhvil verə bildi. Çünki Vilyam Hacıyev özünün şımartdığı yerli məmurlarla sadəcə bacara bilmədi.

İmişli pambıqçılıq rayonudur. Prezidentin rayonların tarixi ənənələri bərpa etməsi ilə bağlı tövsiyyəsindən sonra rayonda pambıqçılıqla bağlı ilk aylar canlanma oldu. 

Amma sadə vətəndaşda geniş pambıq sahələri əkmək üçün maddi imkan olmadığını bilən İcra başçısı bu öhdəliyi büdcə təşkilatlarının rəhbərlərinin üzərinə qoydu. Nə qədər qəribə də olsa ilk aylar rayonda kolxoz əhval – ruhiyyəsi hökm sürdü. 

Hətta ilk aylarda Vilyam Hacıyev sovet dönəmində olduğu kimi əyalət məmurlarının proseslə bağlı gündəlik hesabatlarını da dinləyirdi. 

Halbuki artıq kolxoz təsərrüfatı yoxdur. Hər kəsdə xüsusi mülkiyyətdir.” – deyən mənbə, əlavə olaraq bildirib ki, İmişli ötən il pambıq tədarükü ilə bağlı 30 min ton öhdəlik götürsə də, yalnız 14 min ton pambıq təhvil verə bildi. 

 İmişlidə yığımın son aylarında pambığın alış qiymətinin qəflətən aşağı salınması, hər tondan 200 kq məhsulun min bir bəhanə ilə məninsənilməsi fermerləri əlavə tədbirlər görməyə məcbur edib. 

Çünki qazanılan vəsait çəkilən xərci nəinki ödəmirdi, hətta fermer il boyu əziyyət çəkib yetişdirdiyi məhsulu satdıqdan sonra belə sonucda pambıq tədarüki müəssisəsinə borclu qalırdı. 

Bundan başqa Vilyam Hacıyevin göstərişi ilə pambıq əkən məmurlar – kənd və qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri, dövlət müəsisəsinin rəhbərləri sadə kəndliyə, fermerə rəqib deyil, sanki düşmən kimi baxdılar. 

İmişli RİH başçısının İmişli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Məmi Atakişiyevin, Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucova qarşı təzyiqləri Vilyam Hacıyevin diqqətinə dəfələrlə çatdırılsa da, nəticədə icra başçısı problemin həllində çarəsiz durumda qaldı. 

Yəni Məmi Atakişiyev məcburi köşkünün kredit götürməklə əkdiyi pambıq sahəsini suvara bilməməsi üçün rayonun aidiyyatı strukturuna konkret tapşırıq verdi. 

Və nəticədə də istəyinə nail oldu. Min bir zəhmətlə və külli miqdarda vəsait xərcləməklə əkilən məhsul susuzluqdan məhv oldu. 

İmişlidəki mənbədən conflict.az-a daxil olan məlumatda rayon İcra Hakimiyyətinn başçısı Vilyam Hacıyevində məzuniyyətə çıxdığı bildirilir.

Məlumatı verən mənbə V.Hacıyevin bir neçə ay öncə məzuniyyətdən qayıtmasına baxmayaraq yenidən istirahət etmə arzusunun o qədər də xoş məramlı olmadığını qeyd etdi. 

Bütün bunlar real faktlardır və dövlət başçısı da faktlara söykənərək İmişlinin adını çəkib. Belə görünür ki, seçkidən sonra V.Hacıyev yola salınacaq. 

Prezident bildirib ki, məhsuldarlığa görə birinci yerdə Tərtər rayonudur – 27 sentner, çox yaxşı göstəricidir: “İkinci yerdə Bərdə rayonu – 26,3 sentner. 

Üçüncü yerdə Biləsuvar – 21,8 sentner, dördüncü yerdə Ağcabədi – 21,5 sentner, beşinci yerdə Ağdam rayonu – 20,6 sentner və ondan sonrakı yerdə Cəlilabad rayonudur – 20 sentner. 

Bütün başqa rayonlarda məhsuldarlıq 20 sentnerdən aşağı olub – təqribən 18, 15, 13 sentner. 

Mən onların da adlarını çəkmək istəyirəm ki, onlar həm nəticə çıxarsınlar, həm də gələcəkdə öz işlərini daha düzgün qursunlar. 

Beləliklə, aşağıdan birinci yerdə Neftçala rayonudur – 8,2 sentner. Aşağıdan ikinci Hacıqabul – 8,3, Samux - 8,8, Ucar - 9,3, İmişli - 9,7 sentner. 

Mən məhsuldarlıq on sentnerdən aşağı olan rayonların adlarını çəkdim. Digər rayonlarda 10 sentnerdən çoxdur. Ancaq bu da əlbəttə ki, bizi heç cür qane edə bilməz”.

İmişli RİH-nin mövqeyini dərc etməyə hazırıq.(fia.az)