Qadınların kişilərə nisbətən tez kökəlməsinin səbəbi- FOTO
Həzm prosesi şəxsiyyətiniz kimi fərdidir. Belə ki, həzm prosesiniz tamamilə yediyiniz qidalardan asılıdır. Əgər yediyiniz qidaların normal həzm olunmadığını düşünürsünüzsə, həzm prosesi ilə bağlı aşağıdakı məlumatları bilmək köməyinizə çatacaq
Yenixeber.org: Fərdi həzm faktorlarına bağlı olaraq qidanın bədəndə tam həzm olunma müddəti 24 saatdan 72 saata qədər davam edə bilər. Qidanın mədədən nazik bağırsaqlara keçmə müddəti 6-7 saatdır.
Yediyiniz ərzaqlar birbaşa olaraq həzm prosesinə təsir edir. "Məsələn, steyk bağırsaqlarda 1 gündən çox da qala bilər. Meyvələr isə 12 saatdan daha az müddətdə bağırsaqlarda qalır", - deyə sağlamlıq üzrə mütəxəssis Dr. Mehmet Öz "O, the Oprah Magazine" jurnalına müsahibəsində deyib.
Qəbul etdiyiniz qidalar həzm prosesinin sürətini artıra və ya azalda bilər. Məsələn, lifli qidalar (meyvə, tərəvəz və kəpəkli taxıl məhsulları) qəbul etdiyiniz zaman həzm prosesi sürətlənir. Buna səbəb isə sulu və yumşaq maddələrin bağırsaqlardan daha asan keçməsidir. Əgər kifayət qədər meyvə və tərəvəz qəbul etməsəniz, qida qalıqlarının quru və bərk olduğuna görə bağırsaqlardan keçməsi çətinləşəcək və bu da birbaşa həzm prosesinin uzanmasına səbəb olacaq. Həmçinin, idman hərəkətləri qidanın həzm prosesini sürətləndirir. Nikotin və kofein tərkibli qidalar və bəzi dərmanlar həzm prosesini yavaşladır.
Ümumilikdə qidanın həzm prosesi 24 saatdan 72 saata qədər davam edə bilər. Lakin bu, sizin qəbul etdiyiniz qidanın miqdarından və növündən, metobolizma sürətinizdən və cinsiyyətinizdən asılı olaraq dəyişir.
A Mayo Clinic-in araşdırmasına görə, qida qalıqları ortalama hesabla qadınların yoğun bağırsağında 47 saat, kişilərdə isə 33 saat qalır. Bu səbəbdən də qadınlar kişilərə nisbətən daha çox köklük problem ilə qaşılaşırlar. Onların həzm orqanları kişilərə nisbətən iri, bağırsaqları isə daha uzundur.
Qəbul edilən qidaların parçalanaraq bədən üçün yararlı hissələrin sovrulub, mikrobların və lazımsız vasitələrin bədəndən xaric olunması həzm prosesi adlanır.
Ağız vasitəsi ilə qəbul olunan qida qida borusu, mədə, nazik bağırsaq və yoğun bağırsaqdan keçərək həzm olunduqdan sonra bədəndən xaric olunur.
Qida çeynəyən zaman qlandalardan ifraz olunan ağız suyu tərkibində olan fermentlərin təsiri altında islanır, müəyyən qədər parçalanmağa başlayır və udulması asanlaşır.
Udulan qida qida borusu ilə mədəyə doğru hərəkət edir. Qida borusunun mədəyə keçdiyi yerdə qapaq mexanizmi mövcud olur və qida mədəyə daxil olanda bu qapaq açılır, mədə dolu olan zaman isə qapanaraq qidanın və mədə mötəviyyatının geri qayıtmasına imkan vermir.
Həzmin gedişi mədədə 3 - 10 saat davam edir. Mədədə həzm mədə şirəsinin təsiri altında gedir. Mədə şirəsinin tərkibində fermentlər, xlorid turşusu, seliyəbənzər maddələr vardır. Mədə divarının yığılması sayəsində qida mədə şirəsi ilə daha yaxşı qarışır, bu isə onun həzm olunmasını asanlaşdırır.
Mədə şirəsi ilə qarışan qida qalıqları nazik bağırsağa ötürülür. Burada mədəaltı vəzi və qaraciyər vasitəsi ilə həzm prosesi davam etdirilir. Mədəaltı vəzi qidanın tərkibindəki protein, karbohidrat və yağları hissələrə ayırır. Qaraciyər öd ifraz edir ki, bu da öd kisəsinə toplanaraq, oradan onikibarmaq bağırsağa tökülür. Öd yağların parçalanmasına və sorulmasına güclü təsir edir. Qaraciyərdə, həmçinin karbohidratlar- nişasta (qlikogen) ehtiyat bir məhsul kimi saxalanılır.
Vitaminlər, su və başqa lazımi maddələr nazik bağırsaq divarından qana keçir. Həzm olunmayan qalıqlar isə yoğun bağırsaqlara keçir və yuxarıda qeyd etdiyimiz kimi təxminən 24 saat orada qalır.
Yaxşı həzm sistemi üçün
- Çoxlu meyvə və tərəvəz yeyin
- Qırmızı ətin qəbulunu azaldın
- İdmanla məşğul olun
- Stressdən uzaq durum
- 8 saatdan az olmayaraq yatın