Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Şəkərli içkilər erkən ölümə səbəb ola bilər

Şəkərli içkilər erkən ölümə səbəb ola bilər

 

Britaniya mətbuatı qidaların insan orqanizminə təsirinə də diqqət ayırıb

Yenixeber.org: "The Independent" qəzeti yazır ki, alimlər şəkərli içkilərin erkən ölümlərlə bağlılığını aşkar ediblər. Lakin onlar bunu şəkərli qidalara aid etmirlər.

Bu ona görə belədir ki, şəkərli içkilər və şəkərli qidalar orqanizmdə müxtəlif şəkildə həzm edilir.

Alimlər bu nəticəyə gəlməzdən əvvəl yaşı 45-dən yuxarı bir qrup insanı 6 il müddətində müşahidə ediblər.

Təcrübə göstərib ki, günə 680 qramdan artıq şəkərli içki qəbul edənlərin erkən ölüm riski belə içkiləri günə 28 qramdan artıq qəbul etməyənlərlə müqayisədə iki dəfə çoxdur.

Lakin alimlər vurğulayırlar ki, bu nəticələr erkən ölümlərin şəkərli içkilərlə yalnız bağlılığını göstərib və birmənalı qaydada səbəb kimi qəbul edilə bilməz.

Alimlər bundan əvvəl piylənmə və xroniki xəstəliklərə - əlavə edilmiş şəkərli qidaların təsirini öyrənmişdilər.

Alimlər deyirlər ki, başqa faydaları çox az olan şəkərli içkilər insan bədənini "şəkər daşqınına" məruz qoyur.

Amma onların fikrincə şəkərli qidalarda yağlar və zülallar kimi başqa komponentlər də olur. Bu maddələr bədəndəki metabolizmi yavaşıdır. Başqa sözlə, şəkərli qidalar da tam ziyansız deyil.

Görünür, insanlar da şəkərin sağlamlığa vurduğu ziyandan indi daha çox agahdırlar.

Birləşmiş Krallıqda 2013-cü ildən bəri şəkərli içkilərin istehlakı 13 faiz azalıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam