Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Kaş bütün müğənnilər qırılaydı”- Vasif Məhərrəmli - VİDEO

 

 

“ARB Ulduz”un “Virtual həyat” verilişinin növbəti qonağı Əməkdar artist Vasif Məhərrəmli olub

 

Yenixeber.org: Paxıllığını çəkən insanlardan danışan müğənni, bəzi gözü götürməyənlərin onun arxasınca şaiyələr belə yaydıqlarını etiraf edib:

“Həzm edə bilmirlər və hamının arxasınca min cür söhbətlər edirlər. Onların içində mən də varam. Bilirəm ki, mənim arxamca nə qədər söhbətlər gedir, nə qədər şaiyələr, nə qədər yalanlar, nə qədər böhtanlar var. Məni həzm edə bilməyənlər var. Niyə Vasif Məhərrəmli Əməkdar artistdir? Əmək sərf edib olub Əməkdar artist də. Sən də sərf elə, ol!”

Gözü yüksəklərdə olub özündən başqasını tanımayan və “mənəm mənəm” deyənləri isə sənətçi, tənqid atəşinə tutdu:

“Çəkmə paxıllıq. İşlə məşğul ol! Mən kiminsə getdiyi toyları sayası deyiləm ki. Bir müğənni populyar olsun, sevilsin, tanınsın, toya getməsin, o zaman bütün müğənnilər başının tacı olacaq. Bir müğənni tanınsın, populyar olsun, toylara getsin, bütün müğənnilərin düşməni olacaq. Bu, danılmaz faktdır. Bəzi müğənnilər, hətta onların əksəriyyəti deyirlər ki, kaş bütün müğənnilər qırılaydı, yüz toyun yüzünə də mən musiqiçi qoyaydım, hərəsində də gedib on dəqiqə oxuyaydım, hamısı mənim olaydı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam