Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Hamburger və fast-food genlərimizi dəyişir- Orqanizmin “iltihab” kimi gördüyü qidalar

Hamburger və fast-food genlərimizi dəyişir

 

 

Bizim immun sistemimiz fast-food qidalarını bakterial infeksiya kimi qəbul edir, bu qidalar "epigenetik dəyişikliklər"ə yol açır

Yenixeber.org: Bu nəticəyə Bonn Universitetinin genetik alimləri gəliblər.

Siçanlar üzərində aparılan təcrübədə bir neçə siçan "qərbsayağı pəhriz"ə otuzdurulub. Onlara yağı, şəkəri, duzu bol olan fast-foodlar verilib, meyvə, tərəvəz isə verilməyib. 1 aydan sonra onların qanında təhlükəli infeksiyaya yoluxmada olduğu kimi immun hüceyrələri yaranıb.

"Sağlam olmayan qidalanma" siçanların qanında qranulosit və monositlərin sayını artırıb.  Alimlər siçanların orqanizmində "fast-food ötürücüsü" adlı bir gen təyin ediblər ki, bu gen zərərli qidalara güclü reaksiya verir.

Ən maraqlı fakt isə bu pəhrizin immunitetə təsiri olub. Fast-food siçanların genetik informasiyanı qoruyub saxlamaq qabiliyyətini dəyişib. Hüceyrələrdəki DNK sapları adətən zülal ətrafında dolanmış kimi olur. Amma qeyri-sağlam qidalanmadan sonra bu saplar öz strukturunu dəyişərək, bir neçə sapın topadan ayrılıb ayrıca struktur kimi qalmağa can atıb. Belə mənzərə adətən orqanizmdə iltihabi proses başlayanda baş verir.

Siçanlar 1 aydan sonra adi qidalanmalarına keçdikdən sonra qanda DNK-nın mənzərəsi dəyişib, iltihab prosesi əlamətləri yoxa çıxıb, amma immunitetdə epigenetik dəyişikliklər hələ də qalmaqda davam edib.

Bu təcrübə onu göstərib ki, fast-food və zərərli qidalanmaya orqanizmin reaksiyası bir iltihabi prosesə olan reaksiya kimidir. Orqanizm bu qidanı təhlükə və xəstəlik kimi qəbul edir, dərhal qanda dəyişikliklər baş verir, "döyüş hazırlığı" siqnalı verilir.

Əgər insan bu zərərli qidalardan əl çəkib, sağlam qidalanmaya keçərsə, orqanizm yalnız 2-3 aydan sonra bunu başa düşüb, bu prosesləri ləğv edə bilər. Amma insan uzun müddət - uşaqlıqdan yaşlanana kimi fast-food yeyərsə, onun qanında və genetikasında bu dəyişikliklər geridönməz hala çevrilər, burdan da II tip şəkərli diabet, ürək, qan-damar sistemində problemlər başlayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam