Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Beyləqanda tender oyunu, büdcə talanı, vergidənyayınma–İLGİNC FAKTLAR

 

 

 

Yenixeber.org: Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə sahəsində ciddi islahatların aparılması bu gün ölkənin böhrandan çıxması üçün əsas şərt hesab olunub. Əslində Azərbaycanda korrupsiyaya qarşı fəaliyyət göstərən kifayət qədər dövlət qurumları, prokurorluq və hüquq-mühafizə orqanları var. Ancaq mübarizənin effektliyi hələ ki, istənilən səviyyədə deyil.

Prezident Ilham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir.

Prezident korrupsiya qarşı mübarizənin effektivliyin artırmaq üçün “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı Qanunu təsdiqlədi.

Qanuna əlavə edilən 11-1-ci maddə korrupsiya faktları ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə prosedurunu nəzərdə tutur.

Əlavəyə görə, korrupsiya faktları ilə bağlı bilgiləri hər bir şəxs yazılı, elektron və ya şifahi formada verə bilər. Dövlət və bələdiyyə orqanları rəhbərləri həmin qurumlardakı korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsindən ötrü struktur bölmə müəyyən etməlidir. Korrupsiya ilə üzləşən işçilər bununla bağlı həmin struktur bölmələri məlumatlandıra bilərlər.

Məlumatı alan vəzifəli şəxs onu qeydə almalı, 20 iş günü müddətində araşdırma aparmalı və nəticəsini məlumat ötürənə bildirməlidir.

Məlumatı verən şəxsin anonimliyi qorunur ki, kimsə sıxma-boğmaya salmasın.

                                             

 

                                   Bizə isə heç anonimlik lazım deyil.

Realmedia.az ötən sayında açıq-aydın Beyləqandakı büdcə oğurluğu haqda yazıb. Qeyd etmişik ki, rayonda “səkisalma” prosesi altda dövlət büdcəsi talan edilir. Konkret ünvan, konkret şəxslər göstərilib.

Vurğulamışıq ki, səki maxinasiyalarını Mobil Həsənov reallaşdırır. Hansı ki, “STAR 2017” MMC-nin rəhbəridir.

Ümumiyyətlə bir məsələni qabardaq. Niyə tenderdə yeni açılmış müəssisələr qalib gəlir. Səbəb odur ki, bir şirkət tenderdə 2-3 dəfə qalib olub, işləri apardıqdan sonra daha yüksək vergi faizi ödəyir. Yeni yaradılan şirkətə isə yüksək vergi tətbiq olunmur. Rayon rəhbərliyində dayaq olduqdan sonra dələduzlara gündə bir yeni şirkət açmaq problem deyil. Dövlətə yüksək vergi ödəməkdənsə yeni şirkət açmaq sərfəlidir. Demək büdcə oğurluğu ilə yanaşı vergidənyayınma halları da var.

“STAR 2017” MMC-nin gördüyü işlər barədə təkrar yazırıq. Dövlət büdcəsindən Beyləqan şəhərinin abalığı üçün hər il 97 min manat vəsait ayrılır. Bu vəsaitlə rayonda gözəgörünən yerlərdə səkilərin tametlənməsi aparılır. Bu il Nərimanov küçəsi ilə M. Rəsulzadə küçələrinin səkilərinin üzlükləri dəyişdiriləcək. Bununla da 2017-ci ildə şəhərin abadlaşması sona yetir.

“Abadlıq” işinin necə aparılmasını isə gözümüzlə gördük. Səkidə köhnə tametin üstündən yenisini düzürlər. Bəs niyə köhnə tamet çıxarılmır, nə səbəbə? Çünki sənədləşmədə qeyd ediləcək ki, guya yeni vurulan tametin altına filan qədər sement, çınqıl sərf olunub. Pulu silməkçün əsa lazımdır ya yox? Əslində mürəkkəb mexanizm də deyil. Həmdə intelekti zəif olan yerli məmurlar mürəkkəb korrupsiya mexanizmi fikirləşə bilməzlər.

Prokurorluq orqanları üçün bu faktı yoxlamaq çox asandır. Cinayətkarlar cəzalandırılmayanacan bu faktları yazacağıq. Əgər aidiyyatı qurumlar prezidentin dediklərini yerinəı yetirməkdə acizdirlərsə bunu da vurğulayacağıq.

Yeri gəlmişkən, özbaşınalıq və rüşvətxorluq yerli məmurların gözünü elə örtüb ki, prezidentin özünü də Beyləqana gələndə aldadıblar. Bu haqda yerli mənbələr məlumat verib.

Bu haqda ətraflı yazacağıq. Hələlik qısaca yazaq ki, 3 il qabaq prezident Beyləqana gələrkən H. Əliyev adına parkda yerləşən uşaq evinin açılışın edib. Keçən il noyabrda İlham Əliyev yenidən Beyləqana gələrkən ayrı uşaq baxçasının açılışı olub. Yerli məmurlar 3 il qabaq açılmış uşaq baxçasındakı avadanlıqları, inventarları yeni təhvil verilən baxçaya daşıyıblar.

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam